Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-659/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi İddiaçı nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salamova Nailyanın və onun nümayəndəsi İsmayıl Salamovun, Tərcüməçi Axund-zadə Ayşən Elimxan qızının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salamova Nailya olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı Dövlət Notariat Kontoruna qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salamova Nailya olmaqla “icra qeydinin ləğvi edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli icra qeydinin ləğv edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 28 dekabr 2018-ci il tarixdə borc verən Salamova Nailya (Türkmənistan Respublikasinin vətəndaşı) ilə aralarında Bakı şəhəri, 30 saylı notariat ofisində 14000 (on dörd min) manat kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Salamova Nailya (Türkmənistan Respublikasinin vətəndaşı) xx.xx.2019-ci il (iyirmi səkkiz dekabr iki min on doqquzucu il) tarixədək borc verənə qaytarmağa öhdəsinə götürmüşdür. Borcunu pandemiya dövrü olduğundan vaxtında ödəyə bilmədiyindən, Bakı şəhəri 17 saylı Notariat Ofisinin xüsusi notariusu X2 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Türkmənistan Respublikasında qeydiyyatda olan Salamova Nailyanın (PTKMAİ171913) xx.xx.2018-ci il Türkmənistan Respublikası Fin d/t xx.xx.1983) xeyrinə Bakı şəhəri Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 110 qeydiyyatda olan İddiaçı müddət üçün vaxtında ödənilməmiş 14.000 (on dörd min) manat və 25 (iyirmi beş) manat pul vəsaitinin tutularaq borc verən Salamova Nailyaya ödənilməsi barədə xx.xx.2022-ci il tarixdə İcra qeydi aparılmışdır. İcra qeydinə xitam verilməlidir. 17 saylı Notariat ofisi notarius haqqında qanunu kobudcasına qanun pozuntusuna yol vermişdir. Bundan başqa notarius icra qeydini verərkən qanunvericiliyin bir çox müddəalarını pozmuşdur. O, sözügedən borcu tam həcmdə üçüncü şəxsə ödədiyi halda notarius araşdırmadan icra qeydi vermişdir. Beləki, notarius ona borcun ödənilməsi barədə yazılı bildiriş göndərməmiş, borclu hesab edilən şəxsin hüquqlarını pozmaqla yalnız tələbkarın mövqeyindən çıxış etmiş, borcun mübahisəsiz olub-olmamasını müəyyənləşdirmək üçün heç bir hərəkət etməyərək yalnız kredit müqaviləsinə əsaslanaraq əsassız icra qeydi aparmışdır. Bundan başqa o icra qeydinin verilməsi barədə məlumatsız olmuş, qeydi haqqında məlumatı İcra və Probasiya şöbəsindən onu axtaranda xəbər tutmuşdur. Bundan başqa notarius aşağıdakı qanun pozuntularına yol vermişdir. Notarius Bankın təqdim etdiyi sənədləri araşdırmadan, mübahisənin olub-olmamasını aydınlaşdırmadan icra qeydi vermişdir. Yasamal rayonu qeydiyyatı olmağıma baxmayaraq qanun pozuntusuna yol verərək Sabunçu rayon 17 saylı notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Qanunsuz olduğundan icra qeydi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Salamova Nailya izahat verərək bildirmişdir ki, iddiaçı ona 5790 manata yaxın pul verdiyini, lakin həmin pul kredit müqaviləsi üzrə ödəniş deyildir. Belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2019-cu ildək ödənilməli olduğu üçün, həmin pul tam ödənilənədək İddiaçı onlara əlavə aylıq 500 manat ödənilməli idi. İddiaçının Mübarizə, Nazimə və Məryəmə göndərmiş olduğu pul ona çatmamışdır. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi İsmayıl Salamov bildirmişdir ki, onlar Mübarizi, Nazimi və Məryəmi tanımadığını və onlara göndərilən pulların ona çatmadığını bildirmişdir. İddiaçının onlara ödədiyi 5790 manatın borca aidiyyatı olmadığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli kredit müqaviləsiə əsasən Salamov Naila İddiaçı 14000 manat məbləğində pul borc verməyi, borc alan isə krediti xx.xx.2019-cu il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri 17 saylı notariusunun xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 14000 manat pul Salamova Nailyanının xeyrinə ttulması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli əlyazmadan görünür ki, X4 yanvar ayından 2019-cu il avqust ayına qədər İddiaçı Salamova Nailənin 14 000 manat pulunun 6000 manat olan hissəsini almışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır; İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir; Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Təlimatın 169-1-ci bəndinin e) yarım bəndinə əsasən ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanları və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət etmədikdə; ə) yarım bəndinə əsasən ipoteka qoyan bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində əsas öhdəliyi icra etmədikdə aparılır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, İddiaçı Salamova Nailyaya kredit müqaviləsi bağlandığı tarixdən sonrakı müddət ərzində 5790 manat məbləğində pul ödəmişdir. Salamova Nailya sözügedən ödənişin hazırki kredit müqaviləsi üzrə olmadığını bildirsə də, bu halı təsdiq edəcək sübutları yəni tərəflar arasında başqa öhdəlik münasibətlərinin olmasına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsindən də görünür ki, borc verən icra qeydi ilə bağlı yalnız borclunun olduğu yer üzrə notarial orqana, 20 gün əvvəldən borcluya bununla bağlı bildiriş göndərdikdən sonra müraciət edə bildiyi halda, Salamova Nailya qanunvericiliyin bu tələblərinə riayət etmədən borclunun yaşadığı yer üzrə deyildə yəni başqa ərazidə yerləşən notarial orqana müraciət etmişdir. Bundan da əlavə Salamova Nailə borcluya bu barədə 20 gün əvvəldən məlumat verməsinə dair qanunvericiliyin tələblərini pozmuşdur. Belə olan halda məghkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 17 saylı notariusunun xx.xx.2022-ci il tarixli icra qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İcra qeydi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-659/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-659/2024
22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver