Məhkəmə qərarları › İş №2(008)-6591/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6591/2025

01.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6591/2025 01.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X9 Seyfəddin oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Xətai Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş X3nun xx.xx.1991-ci il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, X3 xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuş və oğluna Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. X3 18 sentyabr 1991-ci il tarixdə ərizəçinin qayınanasının yaşadığı Kürdəmir rayonu, Axtacı-Qarabucaq kəndində yatdığı yerdə rəhmətə getmişdir. Oğlu Kürdəmir rayonu, Axtacı-Qarabucaq kənd qəbirstanlığında dəfn edilmişdir. Oğlu rəhmətə getdikdən sonra Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni qeydiyyat şöbəsinə təqdim etsələr də, ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Doğum haqqında şəhadətnaməni təqdim etməklə ölümü rəsmiləşdirildiyini düşündüklərindən, hal-hazırkı vaxtadək ölüm haqqında şəhadətnamə verilməməsi barədə məlumatları olmamışdır. Ərizəçinin həyat yoldaşı X4 08 may 2025-ci il tarixdə vəfat etmiş və notariat ofisinə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəyən zaman, sistemdə rəhmətə getmiş övladları 29 yanvar 1991-ci il təvəllüdlü X5 hələ də sağ göründüyü bildirilmişdir. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat Şöbəsi doğum akt qeydini imtina etmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəfin və digər proses iştirakçılarının izahat və ifadələri: Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X1 ifadəsində bildirdi ki, uşaq onların yanında vəfat etmişdir. Belə ki, onlar gəzinti üçün çıxmışlar və gəldikdən sonra uşaq yatmışdır. Sonradan görmüşlər ki, uşaq yatdığı yerdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirdi ki, uşaq gəzintidən gəldikdən sonra gəlib yatmış, lakin oyanmamış və məlum olmuşdur ki, uşaq vəfat etmişdir. Mülki işin materialları -5 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/7-Ə-12/2-190/2025 saylı arayışdan görünür ki, X8 xx.xx.1991-ci ildə Sabirabad şəhərində anadan olmuşdur və bu barədə xx.xx.1991-ci il tarixində Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən 70 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Sabirabad “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/950-2025 saylı arayışdan görünür ki, X5 ölümü haqqında haqqında akt qeydi aşkar edilməmişdir. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 631/2025 saylı məktubdan görünür ki, X5 ölümü ilə bağlı müvafiq sənəd təqdim olunmadığından ölümün qeydə alınmasından imtina edilmiş və şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Axtaçı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 61 nömrəli arayışdan görünür ki, Ərizəçi oğlu xx.xx.1991-ci il tarixində vəfat etmiş və Kürdəmir rayonunun Axtaçı- Qarabucaq kəndində yerləşən köhnə qəbiristanlıqda dəfn edilmişdir. -Azərbaycan Respublikası TƏBİB-nin “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-i tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-70/3-843/25 saylı arayışdan görünür ki, X8 xx.xx.1991-ci ildə anadan olmuş və xx.xx.1991-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız şəxsin yaxın qohumları tərəfindən o halda verilə bilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmasın və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilsin. Belə ki, iş materiallarından görünür ki, ərizəçi X5 anasıdır və o, tibbi şəhadətnamə ala bilməmiş və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin bu barədə məhkəmə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin X3 xx.xx.1991-ci il tarixində Kürdəmir rayonu, Axtaçı-Qarabucaq kəndində vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara və şahid ifadələrinə əsaslanmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X5 xx.xx.1991-ci il tarixində Kürdəmir rayonu, Axtaçı-Qarabucaq kəndində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1991-ci il təvəllüdlü X5 xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu, Axtaçı- Qarabucaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar