Məhkəmə qərarları › İş №2(008)-6608/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6608/2023

19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6608/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X4, Ərizəçi "xx.xx.1987-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Güllübulaq kəndində anadan olması, atasının X3, anasının X1 olmasına və Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci ildə V СЛ-№ 462829 verdiyi doğum haqqında akt qeydinin bərpa olunması" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi "xx.xx.1987-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Güllübulaq kəndində anadan olması, atasının X3, anasının X1 olmasına və Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci ildə V СЛ-№ 462829 verdiyi doğum haqqında akt qeydinin bərpa olunması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsində deyilir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 37-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, hazırkı iş ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə o halda aid ola bilər ki, Ərizəçi göstərilən məhkəmənin yurisdiksiyasına daxil olan ərazidə yaşaması müəyyən edilsin. Lakin Ərizəçi öz ərizəsində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Oqtay Zülfüqarov küçəsi 1-ci döngə ev 12-də yaşadığını bildirsə də, ərizəyə bunu təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, təqdim olunmuş sənədlər işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılması üçün kifayət deyil. Bu səbəbdən də ərizə geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə görə, ərizədə iddiaçının soyadı, adı, atasının adı ilə yanaşı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar da göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsi iddia ərizəsinin ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsaslardan biridir. Müəyyən edildi ki, "Elektron Məhkəmə" informasiya sistemində Ərizəçi adlı şəxs barədə heç bir məlumat yoxdur. Ərizəçi öz ərizəsində eyniləşdirmə məlumatı kimi Ermənistan Respublikası tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni göstərərək, ərizəyə doğum haqqında şəhadətnamənin surətini əlavə etsə də, həmin surət lazımi qaydada təsdiq olunmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinin tələbinə görə, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir. Eyni zamanda, məhkəmə bunu da qeyd etməyi zəruri bilir ki, mövcud qanunvericiliyə əsasən, şəxsin doğumunun qeydə alınması üçün tələb olunan sənədər mövcud olmadıqda, məhkəməyə doğum faktının müəyyən edilməsi barədə ərizə verilə bilər. Əgər şəxsin doğumu qeydə alınmışdırsa, lakin akt qeydi itirilmişdirsə, bu halda, məhkəməyə verilməli olan ərizə doğumun qeyd edilmə faktının müəyyən olunması barədə olmalıdır. Ərizəçinin hazırkı xahişi, yəni "doğum haqqında akt qeydinin bərpa olunması" barədə iş isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsində məhkəmə tərəfindən baxılması nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərin siyahısında göstərilməmişdir. Qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçi "xx.xx.1987-ci ildə Ermənistan Respublikası Amasiya rayonu Güllübulaq kəndində anadan olması, atasının X3, anasının X1 olmasına və Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci ildə V СЛ-№ 462829 verdiyi doğum haqqında akt qeydinin bərpa olunması" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar