Məhkəmə qərarları › İş №2(008)-6654/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6654/2025

11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6654/2025 11.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən yaşadığım Bakı şəhəri, Sabunçu rayonu Zabrat-2 qəsəbəsi, Montin küçəsi 2 saylı evə dair X2 adına əsassız hesablanmış 6.151,16 (altı min yüz əlli bir manat on altı qəpik) manat məbləğində borcun **********00080 (köhnə kod **********08000) saylı abonent kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərilən ünvan 1 ünvanda qeydiyyatdadır və orada yaşayır. Evin mülkiyyətçisi onun qaynatası X3r. Evin qaz sayğacı isə onun əri X2 adınadır. Onun əri xx.xx.2019-cu ildə vəfat etmişdir. xx.xx.2019-cu il tarixdə Azəriqaz İB-nin əməkdaşları tərəfindən onun evinin qaz sayğacına baxış keçirilmiş və qaz sayğacı onların xəbəri olmadan çıxarılaraq aparılmış, yerinə yeni mexaniki qaz sayğac quraşdırılmışdır. Bu barədə akt tərtib edilmişdir. Həmin aktda köhnə sayğacda nasazlıq olduğu bildirilmişdir. Halbuki belə hal olmamışdır. Qaz sayğacı evdən çöldən daş hasarın üstündə yerləşir, qaz sayğacının nasaz olmasından onların xəbəri yoxdur. Onlar çöldə yerləşən qaz sayğacına görə heç bir məsuliyyət daşımır. Sonradan dəymiş zərər hesablanmış və 4860 kub metr qaza görə 6.151,16 manat məbəliğndə cərimə yazmışlar. O, həmin cərimə ilə razı deyil. Ona görə də məcburiyyət qarşısındla qalaraq məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış həmin əsassız borc silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X8 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə elektron ərizə ilə müraciət edərək, mülki işin təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdeh tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərk bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasına nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir (akt və foto çəkilişlər məhkəməyə təqdim edilmişdir). Məhkəmənin nəzərinə çatdırmaq istərmişlər ki, iddiaçının ünvanında X1 məxsus quraşdırılmış G-4 markalı, 1702AZ**********09 saylı sayğaca müdaxilə olunduğu aşkar olunmuş xx.xx.2019cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir.G-4 markalı, 1702AZ**********09 saylı sayğacın müdaxilə etməsi fakti təsdiq etmək üçün çıxarılaraq "Azəriqaz" İB-nin SOCAR**********30991710X00101 saylı, 09 yanvar 2019-cu il tarixli telefonoqramına əsasən 10 yanvar 2019-cu il tarixində əhali sektorunda istismarda olan Bakı RQÖQX Departamentindən Metrologiya Departamenti, Sayğacların müayinəsi labaratoriyasında aparılmış aşağıda nömrələri qeyd olunan Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacları 12 mart 2019-cu il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuş “Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2019 tarixli 29/1710-00101-1 №-li Aktına əsasən klapanı işlək deyil. Element yuvasının qapağına vurulan plombun rəngi fərqli olduğuna görə təbii qaz itkisi yaranmışdır” şəklində rəy verilmişdir. Fransa istehsali G4 markalı smart-kart tipli qaz sayğacları 02 oktyabr 2018-cı il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunur “Məişət tipli qaz sayğaclarının yoxlanması nəticəsində aşkar ediləcək qüsurların icrası barədə” Cavabdeh İB-nin direktoru tərəfindən , xx.xx.2018-cü il -ci il tarixdə təsdiq edilmiş Təlimatda yuxarıda qeyd edilən qüsur müdaxilə kimi qiymətləndirilmişdir. Rəy əsasında “Təbii qazdan istifadə qaydalarlnın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akta əsasən 486 manat dəymiş zərərin məbləği hesablanmış,abunə koduna əlavə edilmişdir. Bundan savayı X6 2018- ci ildə heç bir ödəniş etməmiş ,2019 ci ildə heç bir ödəniş etməmiş borc 486 manat, 2020-ci ildə heç bir ödəniş etməmiş borc 486 manat,2021-ci ildə 16.40 manat borc 552.96 manat,2022-ci ildə 230 manat borc 1252.50 manat ,2023 ci ildə 30 manat borc 3271 manat ,2024 ci ildə heç bir ödəniş etməmiş borc 5017.25 manat, 2025 ci ili noyabr ayına kimi heç bir ödəniş etməmiş borc 6477.26 manat təşkil edir və bütünliklə sadaladığmız abunə saldosunda açıq aydın görünməkdədir.Abunə saldosu təqdim edilmişdir.Aydın olur ki abunə kodunda 486 manat sayağaca müdaxiləyə görə qalan hissə isə debitor borc təşkil etməkdədir. İddiaçının isə silinmə tələb etdiyi məbləğ 6151.16 manatdır.O cümlədən İddiaçı X2 vərəsə olduğunu sübut edən sənədlərin məhkəməyə təqdim edilib edilməməsini bilməyərək iddiaya münasibətdə bu iddianın geri qaytarılmasını istəyirik. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.3.4.-cü bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsi olaraq müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB-yə qarşı 6151.16 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 458698 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bakı şəhəri Səadət Sarayı tərəfindən xx.xx.1982-ci ildə verilmiş İİİ-ЖГ seriyalı 259594 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X7 xx.xx.1982-ci ildə 325 nömrəli nikah qeydi ilə nikaha daxil olmuşlar. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, **********00080 nömrəli abonent X4 məxsus sayğac 29/1710-00101-1 nömrəli rəyə əsasən 1702AZ**********5C9 sayğacın hesabına mexanizminin qoruyucu örtüyünün üzəri və vurulan sol metrologiya plomb yuvasını element plomb vurulub və ətrafı zədələnib. xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsəsan itirilmiş qaz sərfiyyatının 4860 m3 olması hesablanmışdır. **********00080 nömrəli abonent X4 məxsus saldodan görünür ki, abonentə qalıq və akt üzrə 2019-cu ilin mart ayında 486 manat borc, 2022-ci ilin aprel ayında isə 9.70 manat borc hesablanmlışdır. Sözügedən saldodan müəyyən edilir ki, abonentin 2021-ci ilin dekabr ayının sonuna 28,10 manat, 2022-ci ilin dekabr ayının sonuna 961,45 manat, limtdən artıq 54.55 manat, 2023-cü ilin dekabr ayının sonuna 1937,51 manat, limtdən artıq 110.99 manat, 2024-cü ilin dekabr ayının sonuna 1696,02 manat, limtdən artıq 503.23 manat, 2025-ci ili avqust ayının sonuna 1129,49 manat, limtdən artıq 7.42 manat cəmi 5975.76 manat sərfiyyat borcu mövcuddur. Qeyd edilən borcdan 2022-ci ilin sonu üçün 230 manat, 2023-cü ilin sonu üçün 30 manat cəmi 260 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə ilk öncə iddia tələbinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən iddiaçıya hesablanmış 486 manat borcun silinməsi hissəsinə münasibbət bildirərək qeyd edir ki, sayğacın plombunun zədələnməsi məhz abonentin təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-ui il tarixli akta əsasən abonentə qanunsuz olaraq hesablanmış 486 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin abonentə qalıq və aktlar üzrə 9.70 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən borcun yaranma əsasları məhkəməyə məlum olmadığından iddia tələbi həmin hissədədə təmin edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin yerdə qalan borcun (6151.16 manat-486 manat -9.70 manat=5655.46 manat) silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki sözügedən borc sərfiyyat borcu olduğundan və sərfiyyat borcunun silinməsi əsasları məhkəmədən müəyyən edilə bilmdəiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. **********00080 saylı abonentə Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli akta əsasən hesablanmış 486 (dört yüz səksən altı) manat borc və qalıq və aktlar üzrə 2022-ci ilin aprel ayında hesablanmış 9.70 (doqquz manat yetmiş qəpik) manat borc, cəmi 495.70 (dört yüz doxsan beş manat yetmiş qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar