Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6675/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı övladları ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Zəfəran Sovxozu fərdi yaşayış evinə köçürülməsi məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X1 ilə xx.xx.2009-cu il tarixdə 318 nömrə ilə qeyd edilmişdir. Rəsmi nikahdan xx.xx.2009-cu ildə qızı X2 və xx.xx.2011-ci üdə oğlu X3 doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinə nikahın pozulması, uşaqların ananın himayəsində qalması və aliment tələbi barədə müraciət etmiş, iş hal-hazırda hakim Nilifər xanım Cəfərlinin icraatındadır. X1 və qaynatası Cavabdeh ona və övladlarına qarşı diqqətsiz idi, ailə qayğısı çəkmirdi, uşaqların saxlanmasına maddi yardım göstərmirdi, teztez onu və uşaqları döyürdü və səbəbsiz yerə qısqanırdı. Ailənin qorunub, maddi təminatının ağır olduğu barədə iradlarıma baxmayaraq öz qazancını istədiyi kimi xərcləyirdi. Bütün şəxsi birlikdə adı gedən ünvanda köçüb orda yaşamışlar. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Zəfəran Sovxozu nömrəsiz evdə o övladları ilə birgə yaşamış, hal-hazırda orda cavabdeh və yoldaşı orda yaşamağına çətinlik yaradır və onu orda yaşamağa qoymurlar. Buna görə də o, məcbur qalıb məhkəməyə müraciət edir ki, əlində rəsmi bir sənəd ilə məhkəmənin ədalətinə güvənərək onun xeyrinə qətnamə qət edəcəklərinə dair heç bir şübhəsi yoxdur. Hörmətli məhkəmə bütün bu ona və övladlarına qarşı olan haqsızlıqlara göz yummağı o tək qadındır, özü işləyib güclə övladlarına baxır, o evdən çıxsa gedəcək heç bir yeri yoxdur. Ona görə də o Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, Zəfəran Sovxozunda yerləşən nömrəsiz evə köçürülməyi barədə ona köməklik edilməsini xahiş edir. Onun Bakı şəhərində başqa ərazidə yaşamağa yeri yoxdur. Ona görə də, o uşaqları ilə yoldaşı ilə və qaynatası ilə birgə yaşamağa məcburdur. Cavabdehlə evinin özəlləşdirərək satılmasına və ailə üzvləri arasında pulun bölünməsinə razılaşa bilmir. Həmçinin evin də mülkiyyət sənədi yoxdur. Çünki ev kənd təssərüfatı təyinatlı torpaq sahəsində tikilmişdir. Eyni zamanda məhkəməyə onu bildirmək istəyir ki, o, maddi vəsaitin çatışmamazlığından aylıq kirayə haqqını ödəyə bilmir. Cavabdehlə və yoldaşı ilə danışıqları özü müsbət həllini tapmadığından o, yaşadığı və ailə üzvü kimi istifadə hüququna malik olduğu evə uşaqlarına birlikdə orda yaşamaq istəyir. Mübahisəli evdən istifadə hüquqları xx.xx.2009-cu il tarixdən sonra yarandığından hazırki mübahisənin həllində AR Mülki Məcəlləsinin normaları və Mənzil Məcəlləsinin normaları tətbiq edilir. Mübahisəli evdə öz məhdudlaşdırmamaq məqsədilə, həm də, yoldaşı və qaynatası ilə evi sataraq pulunu onunla övladları arasında bölüşdürüləcəyi barəsində razılığa gəlmədiyinə görə müraciət edir. Ona görə də, daimi olaraq yaşadığı evə köçürülməyi barədə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, o 2006-cı ildə cavabdehin oğlu ilə ailə qurmuşdur, 2009-cu ildə hazırki mübahisə olan fərdi yaşayış evi qaynatası tərəfindən tikilmişdir, lakin buna baxmayaraq həmin evdə onunda və yoldaşınında zəhməti olmuşdur. 2016-cı ildə o və övladları həmin evə köçmüşdür. Hazırda həmin evdə yaşadığını, lakin qaynatası və yoldaşı onu həmin evdən çıxartmaq isdəyir. Lakin o övladlarını kirayədə saxlamaq isdəmədiyini və evdən çıxmaq isdəmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən ev onun tərəfindən 2016-cı il tarixdə tikmişdir. İddiaçı və oğlu əvvəlcə onlarla bir evdə yaşamışdırlar. Sonradan o iddiaçı ilə oğluna icazə vermişdir ki, özlərinə ev hazır edənədək həmin evdə yaşamağa icazə vermişdir. Lakin artıq oğlu ilə boşandığından o isdəmir ki, onun evində iddiaçı yaşasınlar. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verib hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasnın Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında xx.xx.2016-cı il tarixdən qeydiyyatdadır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-449/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamsəindən görünür ki, İddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X5 arasında Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 318 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2009-cu il tarixli nikah pozulmuş, İddiaçı ilə cavabdeh X4 birgə nikahlarında doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X2 və 23 noyabr 2011-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılması qərara alınmışdır. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya rüsumu ödənilmişdir. ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikiliyə dair sərəncam vermək – onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Beləliklə işin mübahisə olunmayan halı odur ki, iddiaçının köçmək isdədiyi ev özbaşına tikilidir və sözügedən özbaşına tikili iddiaçının keçmiş qaynatası olan hazırki iş üzrə Cavabdeh tərəfindən inşa edilmişdir. Həmçinin tərəflərin hər iksi izahatlarında bildirmişdirlər ki, iddiaçı 2016-ci il tarixdən sözügedən özbaşına tikilidə həyat yoldaşı və iki övladı ilə köçüb yaşayır. Hazırda iddiaçı ilə cavabdehin oğlu arasında bağlanılmış nikah pozulduğundan və cavabdeh iddiaçını sözügedən evdən çıxmasını tələb etdiyindən iddiaçı hazırki, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, nə qədərki iddiaçı köçürülməsini tələb etdiyi evdə yaşayır iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6675/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6675/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver