Məhkəmə qərarları › İş №2(008)-6686/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6686/2024

20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6686/2024 20.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair kiçik mübahisələr üzrə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair kiçik mübahisələr üzrə sadələşdirilmiş ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş kiçik iddiaya dair iş üzrə sadələşdirilmiş icraat qaydasında ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-4.1.2-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən həmin məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 iş günü müddətinə onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Hesab edirəm ki, iddiaçının “borcun silinməsi” barədə tələbi MPM-nin 284-4.1.2-ci maddəsinin tələblərinə uyğun verilmədiyindən, yəni iddia tələbi pul tələbi deyildə borcun silinməsi olduğundan, həmin ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 284-4.2-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 284-4.3-ci maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 284-4.1.3, 284-4.3cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh İB-nə qarşı «borcun silinməsi» tələbinə dair kiçik mübahisələr üzrə ərizəsi və ona əlavə edilmiş sənədləri qəbul edilməsindən imtina olunsun. Ərizənin qəbul edilməsindən imtina olunması barədə qərardad iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar