Məhkəmə qərarları › İş №2(008)-669/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-669/2025

08.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-669/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1951-ci il tarixdə anadan olmuş X5 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1951-cı il tarixdə doğulmuş X5 onun anasıdır. Anası ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkirdi. Uzun illər idi ki, xəstəliyi ilə əlaqədar olaraq müalicələr alırdı. xx.xx.2024-cü il tarixdə anasının halı qəfil pisləşdi. Dərhal “Təcili Yardım”a zəng vursaq da, lakin həkim gələnə kimi anası - X5 vəfat etdi. Anası vəfat edərkən - bacısı X8 və qardaşı X9 onun yanında olublar. Anası Bakı şəhəri, Zabrat qəsəbəsi, Məçədxanım Neymətova küçəsində yerləşən 2 saylı qəbirstanlıqda dəfn olub. Müəyyən sənədləşmə işləri görmək üçün mərhum anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bu səbəbdən də o, mərhum anası X2 ölüm haqqında şəhadətnaməsinin almaq üçün 21 saylı Şəhər Poliklinikasına və 4 saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmişdir. 21 saylı Şəhər Poliklinikası “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən, 4 Saylı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi isə “ölüm haqqında şəhadətnamə”nin verilməsindən imtina etdi. Anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla əldə etməyinin mümkünsüzlüyünü nəzərə alaraq, hesab edirəm ki, məhkəmə qətnaməsi ilə anası X2 ölüm faktı müəyyən olunmalıdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi məhkəməyə məktubla müraciət edərək işlərin çoxluğundan məhkəmə iclasında öz nümayəndələrinin iştirakları olmadan mülki işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-4790/2024 məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən ,ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyatı tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi-yəni ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərsiniz. Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bakı Baş Səhiyyə Mərkəzi” X14 21 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli 392 nömrəli məktubundan görünür ki, Zabrat qəsəbəsi, Vidadi küçəsi ünvanında yaşayan 1951 -ci il təvəllüdlü X5 poliklinikada tibbi qeydiyyatda olmadığı və müraciət etmədiyinə görə “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətimiz xaricindədir. - Lenin rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1986-cı il tarixdə Xİ-ЖГ seriyalı 392368 nömrəli verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuşdur. X1, anası X3r. BŞT və TTYS-nın 12 saylı bölməsinin Ölüm haqqında xx.xx.2024-cü il tarixli Xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 1 ünvanında həkimə qədər X4 məxsus qadın cinsli meyid aşakar edilmişdir. - Bakı şəhəri Sabunçu rayon Zabrat Bələdiyyəsini xx.xx.2024-cü il tarixli 112 nömrəli arayışından görünür ki, X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və o, Məşədixanım Neymətova küçəsində yerləşən 2 saylı qəbiristanlığında dəfn edilmişdir. ********** nömrəli qəbzdən görünür ki, Ərizəçi 101 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 ərizəçinin anası olmuşdur. Anası uzun müddətdir ki, ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkmiş və yaşadığı evdə dünyasını dəyişmişdir. X5 poliklinikada qeydiyyatda olmadığı üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il tarixdə doğulmuş X2 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar