Məhkəmə qərarları › İş №2(008)-67/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-67/2020

27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-67/2020 27.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı-nın nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı-nın Cavabdeh oğluna qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 35 797,95 manat əsas kredit borcunun, 3 447,81 manat əsas məbləğə hesablanmış faiz borcunun, 54,75 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, 11 manat müqavilə üzrə öhdəliklərinin pozulmasına dair borcluya bildirişlərin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcinin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 39 341,51 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması, banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyəti hüququ ilə Cavabdeh oğlunun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 142 000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borcludan tutulmasının təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü ildə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 53089/213 №-li kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 45 000 manat məbləğində pul ayrılmışdır və o, 60 ay müddətində kreditin əsas məbləği və ona illik 18% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. xx.xx.2016-cı il tarixdə bank ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2013-cü ildə 53089/213 №-li kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmışdır. Razılaşmaya əsasən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə dəyişikliyin edilməsi müəyyən edilmişdir. Borcalanın 53089/213 №-li kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2013-cü ildə bank ilə ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* №-li müvafiq çıxarış təqdim edilmişdir. Bank müqavilə ilə üzrərinə götürdüyü öhdəliklərini tam icra etsə də, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyanın) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş və bu günə kimi banka borcunu ödəməmişdir. Borcalanın banka xx.xx.2013-cü il tarixli 53089/213 №-li kredit müqaviləsi üzrə olan ümumi kredit borcu:- əsas məbləğ üzrə borcu 35 797,95 manat, əsas məbləğə hesablanmış faiz borcu 3 447,81 manat, hər gecikdirilmiş günə görə cərimə borcu 54,75 manat, müqavilə üzrə öhdəliklərinin pozulmasına dair borcluya bildirişlərin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcləri 11 manat təşkil edir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 35 797,95 manat əsas kredit borcunun, 9 088,45 manat əsas məbləğə hesablanmış faiz borcunun, 28 216,61 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, ümumilikdə 73 103,01 manat məbləğində kredit borcunun, 11 manat müqavilə üzrə öhdəliklərinin pozulmasına dair borcluya bildirişlərin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərcinin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyəti hüququ ilə Cavabdeh oğlunun mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 142 000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə olunmuş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini borcludan tutulmasının təmin edilməsi, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli 53089/213 №-li kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh istehlak məqsədilə 60 ay müddətinə illik 18 % faiz dərəcəsini ödəmək şərti ilə 45 000 manat məbləğində kredit verilmiş və ödəniş cədvəli tərtib edilmişdir. xx.xx.2016-cı il tarixdə bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü ildə 53089/213 №-li kredit müqaviləsinə 1 saylı əlavə Razılaşma bağlanmış, həmin razılaşmaya əsasən kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə dəyişikliyin edilməsi müəyyən edilmişdir. Borcalanın 53089/213 №-li kredit müqaviləsindən irləi gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Bank ilə Cavabdeh oğlu arasında ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evinin mülkiyyətçisi Cavabdehdur (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Həmin bağ evi İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 71 nömrəli reyestr kitabının 7458 nömrəli vərəqində qeydiyyata alınmışdır (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış). Məhkəmənin xx.xx.2017-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndirici təyin edilmişdir. Həmin bağ evinin xx.xx.2018-ci il tarixinə bazar dəyəri yuvarlaq şəkildə 150 000 manat təşkil edir ("xxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2018-ci il tarixli mətəxəssis rəyi). İpoteka müqaviləsindən həmin əmlakın 142 000 manata qiymətləndirilməsi görünür. Bank tərəfindən Cavabdeh kredit müqaviləsinə əsasən əsas məbləğ üzrə 35 797,95 manat əsas, 9088,45 manat faiz, 28 216,61 manat cərimə borcu, cəmi 73 103,01 manat borc hesablanmışdır (Bank tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş maliyyə arayşı). Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə Cavabdeh oğlunun Banka olan əsas və faiz borcunun neçə manat təşkil etməsi barədə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Cavabdeh oğlunun Banka olan əsas borcu 35 797,95 manat, faiz borcu 9 112,26 manat təşkitl edir (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 964 №-i ekspert rəyi). Hazırda iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 309.1.-cı maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə müvafiq olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh bankdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuş, lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin təmin olunmuş hissəsinin ipoteka predmeti olan əmlaka yönəldilməsini də araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Yuxarıda qeyd olunan ekspertizanın rəyindən görünür ki, Cavabdeh oğlunun Banka olan əsas borcu 35 797,95 manat, faiz borcu 9 112,26 manat təşkitl edir. İddiaçı tərəfindən cavabdehə 28 216,61 manat məbləğində cərimə hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə gecikdirilmiş məbləğə görə hesablanmış cərimənin yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçı tərəfindən hesablanmış 28 216,61 manat cərimə məbləğinin 300 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. "İpoteka haqqında" Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməli, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx.xx.2020-ci il tarixli 01 №-li qərardadına əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməsi qərara alınmışdır. Qeyd edildiyi kimi, bazar qiyməti 150 000 manat müəyyən edilmişdir. Məhkəmə ipoteka müqaviləsində göstərilən 142 000 manatı likvid qiymət kimi qəbul edir. Odur ki, məhkəmə hesab edir ki, ipoteka predmeti olan evin ilkin satış qiyməti 142 00 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 62 % hissəsində təmin edildiyindən (73 103,01 manatdan 45 186,40 manatın faizi) ödənilmiş 30 manat dövlət rüsumunun 18,60 manatı, 11 manat poçt xərcinin 6,80 manatı cavabdehə, rüsumun 11.40 manatı, poct xərcinin 4,20 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğlundan 35 797,95 manat əsas kredit borcu, 9 088,45 manat əsas məbləğə hesablanmış faiz borcu, 300 manat hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 45 186,40 manat borc, 6,80 manat müqavilə üzrə öhdəliklərinin pozulmasına dair borcluya bildirişlərin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərci, dövlət büdcəsinə ödənilmiş 18,60 manat dövlət rüsumu, İddiaçınin xeyrinə tutulmaıl, tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyəti hüququ ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evinə yönəldilməli, həmin ev açıq hərrac yolu ilə satılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilməli və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçınin xeyrinə ödənilməli, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılmalı, Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evin ilkin satış qiyməti 142 00 manat məbləğində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 290 manatın 180 manat hissəsi Cavabdeh, 110 manat hissəsi isə İddiaçı-dən tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 manatın 186 manat hissəsi Cavabdeh, 114 manat hissəsi isə İddiaçı-dən tutulub Kapital Bank ASC-nin Nərimanov rayon filialı KOD 200093 VÖEN ********** Müxbir hesab AZ37NABZ013501**********1944 S.W.İ.F.T. AİİBAZ2X, İBAN: AZ91AİİB******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35 797,95 manat əsas kredit borcu, 9 088,45 manat əsas məbləğə hesablanmış faiz borcu, 300 manat hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 45 186,40 manat, müqavilə üzrə öhdəliklərinin pozulmasına dair borcluya bildirişlərin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş 6,80 manat poçt xərci, dövlət büdcəsinə ödənilmiş 18,60 manat dövlət rüsumu İddiaçınin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Tutma kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş mülkiyyəti hüququ ilə Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evinə yönəldilsin, həmin ev açıq hərrac yolu ilə satılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin və ipoteka predmetinin satışından əldə olunan vəsait cavabdehin borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləği Cavabdeh tutularaq İddiaçı-nin xeyrinə ödənilsin, yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməklə 1 ay müddətində boşaldılsın. Bakı şəhəri Sabunçu rayonu, Maştağa qəsəbəsi, 35 A ünvanında, ümumi sahəsi 158,2 kv.m, yaşayış sahəsi 110,7 kv.m, yardımçı sahəsi 47,5 kv.m-dən ibarət 5 otaqlı bağ evin ilkin satış qiyməti 142 00 manat məbləğində müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 290 manatın 180 manat hissəsi Cavabdeh, 110 manat hissəsi isə İddiaçı-dən tutulub Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 300 manatın 186 manat hissəsi Cavabdeh, 114 manat hissəsi isə İddiaçı-dən tutulub Kapital Bank ASC-nin Nərimanov rayon filialı KOD 200093 VÖEN ********** Müxbir hesab AZ37NABZ013501**********1944 S.W.İ.F.T. AİİBAZ2X, İBAN: AZ91AİİB******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şi-ka--yəti ve-rilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar