Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6704/2025 10.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci ildən xx.xx.1992-ci il tarixədək Ağdam rayon, Seyidli kənd Orta məktəbində müəllimə vəzifəsində fasiləsiz olaraq işləməyi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1977-ci ildən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu, Seyidli kənd orta məktəbində müəllimə vəzifəsində çalışmışdır. Ağdam rayonunun erməni işğalçıları tərəfindən zəbt ediləndən sonra azərbaycanlıların məcburi çıxarılması ilə əlaqədər onun xx.xx.1977-ci ildən xx.xx.1992-illərin iş stajının əmək kitabçasında qeyd edilməsi və yaxud həmin dövrün iş stajına dair sənəd əldə edilməsi mümkün olmadı. O, pensiya ilə əlaqədər Azərbaycan Respublikası DSMF Sabunçu rayon şöbəsinə müraciət etmişdir. Azərbaycan Respublikası DSMF Sabunçu şöbəsinin xx.xx.2014-cü tarixli 1xx-xx-6666 saylı məktubu ilə xx.xx.1977-ci ildən xx.xx.1992-ci il tarixədək işlədiyi müddətlədə iş stajımın yoxlanması mümkün olmadiğı üçün qeyd olunan illər üzrə iş stajı məhkəmə qərarı ilə təsdiq oluna bilər. Həmin faktın müəyyən edilməsi pensiya ilə əlaqədər ona lazımdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq əmək kitabçasını təqdim edərək işləməsi faktını mövcud olmasını, şagirdlərinin də bu faktı təsdiq edə biləcəyini, lakin bu faktın maraqlı şəxslər tərəfindən nəzərə alınmadığını bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi X2 ərizənin rədd edilməsini məhkəmədn xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Respublika VVA Arxivinin müdirinin xx.xx.2005-ci il tarixli Arayışından görünür ki, X4 və X5 nikah xx.xx.1977-ci il tarixdə, 03 nömrəli aktın qeydi ilə qeydə alınmışdır. Arvada Mehdiyeva soyadı verilmişdir. Ərizəçi məxsus ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, Ərizəçi Ağdam 12 TŞ üzrə xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixə kimi rayonun Seyidli kənd orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı 30 yanvar 2025-ci il tarixli, 3-17-1/2-M-20204/2025 nömrəli imtina məktubundan görünür ki, təqdim etdiyi əmək kitabçasının surətində qeyd olunan 1977-1992-ci illər əmək fəaliyyəti dövrünə aid sənədlər işğal zonasında qaldığı üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilməmişdir, sözügedən dövr üzrə əmək fəaliyyəti məhkəmə qaydasında təsdiq edildikdən sonra həmin dövrün sığorta stajına daxil edilməsinə baxılması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş xx.xx.2005-ci il tarixli Əmək Kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu, Seyidli kənd Orta məktəbində müəllim vəzifəsində işləməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Ağdam rayonu Seyidli kənd Orta məktəbində müəllim vəzifəsində işləməsi Əmək Kitabçası ilə təsdiq edən sənəd olduğundan hazırki işin icraatına xitam verilməli və ərizəçiyə hazırki mübahisə ilə bağlı inzibati orqanın qərarında aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciə\t etmə hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən: iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icaata xitam verir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 262.3-ci maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizənin icraata xitam verilsin. Ərizəçiya qanunla nəzərdə tutulmuş qaydada İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6704/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6704/2025
10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver