Məhkəmə qərarları › İş №2(008)-6753/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6753/2022

10.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6753/2022 10.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçilər Ərizəçi1, onun nümayəndəsi (qızı) X1 qızının, Ərizəçi2, Ərizəçi4, Ərizəçi5 iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 Bakı şəhəri 9 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi5 və Ərizəçi4 9 saylı notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə xx.xx.1986-cı ildə ölmüş mərhum ataları X4 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 556 saylı 025 hektar bağ sahəsinə mirasın qəbul edilməsi üçün müəyyən olunmuş müddətin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Ərizəçilər tələblərini onunla əsaslandırmışdılar ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 0,32 hektar torpaq sahəsi olan 310 №-li bağ sahəsi xx.xx.1961-ci il tarixli müqavilə əsasında X6 ayrılmışdır. Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli qərarına əsasən bağ sahəsinin yalnız 0,25 ha ölçüdə icarədarın istifadəsinə verilmişdir. 5631 №-li müqavilə əsasında ayrılmış bağ sahəsinə dair tərtib edilmiş 1973-cü il tarixli cizgi və aktda bağ sahəsinin nömrəsi 310/556 kimi qeyd edilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 556 saylı bağ sahəsi xüsusi mülkiyyət olmaqla daşınmaz əmlakın reyestrində **********46 № ilə, X5 adma tam pay olmaqla xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.1927-ci ildə doğulan və xx.xx.1986-cı ildə ölən X5 xx.xx.1925-ci ildə doğulan və xx.xx.2003-cü ildə ölən Dürü Xeyrəbad qızı ilə nikahı xx.xx.1950-ci ildə 706 nömrə ilə qeyd edilib. Həmin nikahdan - xx.xx.1950-ci il tarixdə Kazımova (Quliyeva) Nazilə Abdulağa qızı, xx.xx.1952ci il tarixdə Kazımova (Rəhimova) Azilə Əbdülağa qızı, xx.xx.1953-cü il tarixdə Ərizəçi3, xx.xx.1956- cı il tarixdə Kazımova (Əliyeva) Pikəxanım Əbdülağa qızı, xx.xx.1959-cu il tarixdə Ərizəçi2 Əbdülağa qızı, xx.xx.1966-cı il tarixdə Ərizəçi4 Əbdülağa oğlu doğulublar. X9 ölən günə kimi onun yaşadığı ünvanda, yəni Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmməd küçəsi ev 6-da Ərizəçi3, Əliyeva (Kazımova) Pikəxanım Əbdülağa qızı, Ərizəçi2 Əbdülağa qızı, Ərizəçi4 Əbdülağa oğlu qeydiyyatda olublar. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il 1085 №-li arayışına əsasən Əliyeva (Kazımova) Pikəxanım Əbdülağa qızı xx.xx.1956-cı ildən xx.xx.1994-cü ilə kimi P.Məmmədov küçəsi ev 6-da qeydiyyatda olub və yaşayıb. Həmçinin Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il 260 №-li arayışına əsasən Ərizəçi2 xx.xx.1959-cu ildən xx.xx.1986-cı ilə kimi qeydiyyatda olub və yaşayıb. Mərhum ataları öldükdən sonra başları qarışıq olub, mirasın qəbul edilmə müddətini üzürsüz səbəbdən ötürmüşdülər. Bütün bunları sonradan bilmişdilər ki, notariat orqanına müraciət etməliydik. Bunu bildikdən dərhal sonra Bakı şəhəri 9 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdilər. Lakin notariat ofisi ərizələrinə baxaraq mirasın qəbul edilməsi üçün müddətin buraxıldığını, eyni zamanda 6 vərəsədən yalnız 5 vərəsənin yəni- Kazımova (Quliyeva) Nazilə Abdulağa qızının vərəsəsi Ərizəçi5, Ərizəçi3, Kazımova (Əliyeva) Pikəxanım Əbdülağa qızı, Ərizəçi2 Əbdülağa qızı, Ərizəçi4 Əbdülağa oğlunun müraciət etməsinə baxmayaraq, vərəsələrdən birinin yəni Kazımova (Rəhimova) Azilə Əbdülağa qızının gəlməməsini səbəb gətirərək xx.xx.2021-ci il tarixli, 3030 nömrəli Qərarına əsasən notariat hərəkətinin aparılmasından imtina edərək, məhkəməyə şikayət verilməsi qaydası izah etdi. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edirlər ki, buraxılmış müddət bərpa edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məlumatlandırılsa da, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Ərizəçi3 da məhkəmə iclasında iştirak etmir. Ərizəçi4 verdiyi məlumata əsasən o, biraz yaşlı və xəstədir, bu səbəbdən iştirak edə bilmir. Məhkəmə maraqlı şəxsin nümayəndəsi və Ərizəçi3 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi4 izahat verərək, qeyd etdi ki, o, belə bir ərizə imzalamayıb, onun yerinə bilmədən etibarnamə əsasında qızı imzalayıb, o, bacısı Ərizəçi1 miras əmlaka hüququnun çatmadığını hesab edir və onun barəsində buraxılmış müddətin bərpa edilməsinə etiraz edir. Belə ki, Ərizəçi1 səksəninci illərdə bağ evini tərk edib, o, analarından qalan əmlakı öz adına keçirdib. Ərizəçilər Ərizəçi2 və Ərizəçi5 da vərəsələr arasında ziddiyyətin yarandığını bildirdilər. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarının araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 0,25 ha torpaq sahəsindən ibarət olan 556 saylı bağ xüsusi mülkiyyət hüquq üzrə X6 məxsus olmuşdur reyestr nömrəsi **********46, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarış). X9 və Dürü Xeyrəbad qızı xx.xx.1950-ci il tarixdə 706 nömrə ilə nikahlarını bağlamışdılar (İİ-JQ № 498501 nikah haqqında şəhadətnamə). Onların altı uşaqları doğulmuşdur: xx.xx.1950-ci il tarixdə Kazımova (Quliyeva) Nazilə Abdulağa qızı (AZ № ******* doğum haqqında şəhadətnamə). xx.xx.1953-cü il tarixdə Ərizəçi3 (AZB № 053921 doğum haqqında şəhadətnamə). xx.xx.1956-cı il tarixdə Kazımova (Əliyeva) Pikəxanım Əbdülağa qızı (İİ-JQ № 283501 doğum haqqında, İİ-JQ ; 451346 nikah haqqında şəhadətnamələr). xx.xx.1959-cu il tarixdə Ərizəçi2 (İ-İE № 691852 doğum haqqında şəhadətnamə). xx.xx.1966-cı il tarixdə Ərizəçi4 Əbdülağa oğlu(AZ № ******* doğum haqqında şəhadətnamə). xx.xx.1952-ci il tarixdə Kazımova (Rəhimova) Azilə Əbdülağa qızı (iddia ərizəsinəi əsasən). Ərizəçilərin ataları X9 (miras qoyan) xx.xx.1986-cı il tarixdə ölmüşdür (AZ-İİ № 171744 ölüm haqqında şəhadətnamə). Ərizəçilərin anaları Dürü Xeyrabad qızı xx.xx.2003-cü il tarixdə ölmüşdür (AZ-İ № 072214 ölüm haqqında şəhadətnamə). Ərizəçilərin böyük bacıları Quliyeva (Kazımova) Nazilə Abdulağa qızı xx.xx.2010cu il tarixdə ölmüşdür (AZ № 432561 ölüm haqqında şəhadətnamə). Ərizəçi1 xx.xx.1956-cı ildən xx.xx.1994-cü ilə kimi Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsi, ev 6-da qeydiyyatda olub və yaşayıb (Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il 1085 №-li arayış). Ərizəçi2 xx.xx.1959-cu ildən xx.xx.1986-cı ilə kimi Bakı şəhəri Sabunçu rayonu, Balaxanı qəsəbəsi, P.Məmmədov küçəsi, ev 6-da qeydiyyatda olub və yaşayıb (Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il 1085 №-li arayış). Ərizəçilər Bakı şəhəri 9 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdilər. Notarius R.Z.Sadıqov xx.xx.2021-ci il tarixli, 3030 №-li Qərarla miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətinin aparılmasından imtina etmişdir. Hazırda ərizəçilər arasında mübahisə yaranmışdır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizə baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar