Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6756/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, iddiaçı Zeynalov X1 Cavabdehnə qarşı borcun qismən silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Zeynalov X2 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sayğacı çıxarıb labaratoriya şəraitində onun iştirakı ilə yoxlanılmasının təmin edilməsi, sayğacı dəyişdirilən zaman əmələ gələn nasazlıq nəticəsində 2022-ci ilin fevral ayından sayğacın nasazlığı tam aradan qaldırıldığına kimi mövcud olan qaz sızıntısı nəticəsində yaranan borcun 50% təmin edilməsini, qeyd olunan ünvanda hazırkı sayğacın yeni smart tipli sayğac ilə əvəz olunmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, elktron məhkəmə informasiya sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlara əsasən müəyyən olunur ki, iddiaçı Zeynalov X2 Bakı şəhəri Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 243, mənzil 48-də qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin: 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir; 152.1.-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edilməli idi. Beləliklə hesab edirəm ki, hazırda iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Zeynalov X1 Cavabdehnə qarşı borcun qismən silinməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6756/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6756/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver