Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6758/2023 07.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakları ilə, Ərizəçinun maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi qeyd edilməklə oğlunun doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək oğlu X2 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulması, atasının X6, anasının Ərizəçi, hər ikisinin milliyətinin azərbaycanlı olması faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. X5 isə xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində anadan olmuşdur. 1988-ci ildə Ermənistan SSR-dən qaçqın kimi Bakı şəhəri, Sabunçu rayonuna ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Bakı şəhərinə gələndə yuxarıda adını qeyd etdiyi oğlunun bir yaşı var idi. İndiyədək onun şəxsiyyət vəsiqəsi yoxdur. Oğlu dəfələrlə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aidiyyətı qurumlara müraciət etsə də, ona doğum haqqında şəhadətnamənin əsli olmadığından şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. 1988-ci ildə Ermənistan Respublikasında baş vermiş məlum səbəblər ucbatından Ə.Əsgərovun doğum haqqında şəhadətnaməsi sözün əsl mənasında sürgün olduqları vaxt itirmişdir, yeganə qalan sənəd Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci ildə V CJİ-N2 462829 şəhadətnamənin surətidir. Bu səbəbdən ilk olaraq AR-sı Dövlət Miqrasiya Xidmətinə “mənsubiyyətimin müəyyən edilməsi” ilə bağlı müraciət olunmuş və nəticədə onun Azərbaycan Respublikasına mənsubiyyətinin tanınması haqqında xx.xx.2023-cü il tarixli ******* №-li qərar qəbul edilmiş olsa da, Ermənistan SSR, Amasiya rayonu, Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci ildə V CJİ-.No 462829 verilmiş doğum haqqında şəhadətnamə AR-sı Ədliyyə Nazirliyinin bazasında göstərilmədiyindən o, şəxsiyyət vəsiqəsi ala bilməmişdir. 1988-ci ildən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 3-cü sahə, ev 8 D ailəsi, o cümlədən sözügedən X5 ilə birlikdə yaşayır. Atası xx.xx.1955-ci il tarixdə doğulmuş X6, anası xx.xx.1962-ci il tarixdə doğulmuş Ərizəçi. Hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdır. Qardaşının adına olan mülkü X11 bağışlamaq istəyir. Lakin onun doğum haqqında şəhadətnaməsi itdiyindən bağışlamanı edə bilmir. Qanunvericiliyin tələblərinə görə 4 saylı Bakı Maraqlı şəxseydiyyat şöbəsinə doğum haqqında akt qeydinin bərpa edilməsi, valideynlər haqqında məlumatın qeyd edilməsi və doğum tarixinin qeyd edilməsi ilə bağlı müraciət etmiş, lakin xx.xx.2023-cü il tarixində müraciətlərinə imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş, maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1962-ci il tarixdə Ermənistan Respublikasında doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kənd soveti tərəfindən xx.xx.1987-ci il tarixdə verilmiş V-SL seriyalı 462829 №-li doğum haqqında şəhadətnamənin kserosurətinə əsasən X13 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur, onun atası X7, anası Ərizəçidır, hər ikisinin milliyəti azərbaycanlıdır (həmin şəhadətnamənin əsli itirilmişdir). Atası kimi qeyd olunan X6 xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydityyatdadır (AZE15100397 №li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X6 və Ərizəçi xx.xx.1980-ci il tarixdə nikahlarını bağlamışdılar (Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kənd soveti tərəfindən verilmiş J-SL seriyalı 453880 №-li nikah haqqında şəhadətnamə). X12 xx.xx.1985-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulmuşdur, onun atası X7, anası Ərizəçidır, hər ikisinin milliyəti azərbaycanlıdır (Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kənd soveti tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş V-SL seriyalı 257784 №-li doğum haqqında şəhadətnamə və AA1661232 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.1987-ci il tarixdə doğulmuş X8 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2023-cü il tarixli ******* №-li qərar qəbul edilmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər X12 (qardaşı), X14 (qardaşı), X6 (atası) X8 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulduğunu təsdiq etmişdilər. Hazırda ərizəçi oğlunun doğum faktının müəyyən edilməsini istəyir. 4 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, özünü X4 təqdim edən şəxsə doğum faktın müəyyən edilməsi ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. X9 mülkiyyətində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi var (daşınmaz əmlakın reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023) və o, həmin evi qardaşı Əsgərə bağışlamaq istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Yuxarıda qeyd olunan hallardan (təqdim edilmiş sənədlərdən, şahidlərin ifadələrindən) görünür ki, milliyətcə azərbaycanlı olan Ərizəçi və onun əri X3 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində uşaqları X13 doğulmuşdur, onun şəxsiyyətini təsdiq edən sənədi olmadığından, anası ərizə iə müraciət etmişdir. Əsgərin qardaşı Elşən evini ona bağışlamaq istəyir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X2 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulması, atasının X6, anasının Ərizəçi, hər ikisinin milliyətinin azərbaycanlı olması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 xx.xx.1987-ci il tarixdə Ermənistan Respublikası, Amasiya rayonu, Güllübulaq kəndində doğulması, atasının X6, anasının Ərizəçi, hər ikisinin milliyətinin azərbaycanlı olması müəyyən edilsin. Məhkəmə qətnaməsi X10 barəsində doğum akt qeydinin açılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6758/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6758/2023
07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver