Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6772/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X18 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 15/1 saylı fərdi yaşayış evində köçməsi və həmin mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qızıdır. Ailə daxili narazılığı səbəbi olaraq onu mənzilə buraxmır və qapının açarlarını da dəyişmişdir. İddiaçının başqa yaşayış yeri yoxdur. O,sığınacaq olaraq hər gün bir qohumunun mənzilində qalmaq məcburiyyətində qalmışdır. Mənzilə yaxınlaşa bilmir və belə ki, şərlənəcəyindən qorxur. Ən əsası mənzilin açarı iddiaçıda olmadığı üçün mənzilə girə bilmir. Ona məxsus olan əşyalar, geyim ləvazimatlarıda həmin mənzildədir. Buna baxmayaraq ev eşyasi ola-ola, hazırda səfil vəziyyətində bir gün küçədə və bir gün qohumlarının evində qalmasına dözə bilmir və məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı açıq ürək əməliyyatı keçirmiş və aldığı məvacib dərmanlarının pulunu həmən ödəyir. Mənzilin su , qaz, işıq sayğaçı da onun adınadır. İddiaçı Zabrat Bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış və hər il üzrə topraq və yaşayış evinə görə rüsumlar tərəfindən ödənilir. Zabrat Bələdiyyəsinin şəhadətnaməsindən göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq dahəsi 190 kv.m, tikinti sahəsi 45 kv m olmaqla 1 mərtəbəli evi mövcutdur və torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. Bakı şəhər Notariat ofisinin xüsusi notariosu X7 təstiq etdiyi ərizədən göründüyü kimi X12, X6, X1 Kifayət Məhərrəm qızının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşadığını təstiq etmişlər. X14 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin verdiyi arayışdan göründüyü kimi xx.xx.1958-ci il təvəllüdlü İddiaçı fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İddia ərizəsinə əlavə olunan Memarlıq Planlaşdırma həlli layihə sxemindən göründüyü kimi Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 15/1 nömrəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan Zabrat Bələdiyyəsinin şəhadətnaməsindən göründüyü kimi İddiaçı xx.xx.2023-cü il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmış və torpaq dahəsi 190 kv.m, tikinti sahəsi 45 kv m olmaqla 1 mərtəbəli evi mövcutdur və torpaq sahəsinin təyinatı fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin Sabunçu rayon Su kanal İdarəsi ilə İddiaçı arasında 10 may 2023-cü il tarixdə 47194285 nömrəli “Su təchizatı və tullantı suları” haqqında” Qanuna və “X15”na uyğun olaraq “Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərə bağlanan” müqavilə bağlanmışdır. "xxxx" ASC ilə İddiaçı xx.xx.2023-cü il tarixli 345520 nömrəli “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı” barədə müqavilə bağlanmışdır. “Azəriqaz” İB ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli AKX-05405xx/xx-2023 nömrəli “Qaz paylacısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının X14 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-18-10/2-5546/2023 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü Cavabdeh və xx.xx.1958-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1ndə yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar. X12, X8 və X2 notariat qaydasında təsdiq edilmiş ərizədə bildirilmişdir ki, İddiaçı və Cavabdeh ilə birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən evdə qeydiyyatsız yaşayıllar. Memarlıq Planlaşdırma həlli layihə sxemindən göründüyü kimi Bakı şəhəri, Sabunçu Rayonu, Zabrat qəsəbəsi, Namiq Abdullayev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və yamüqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. İddiaçı ilə Cavabdeh birlikdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışlar. Cavabdeh hazırda mübahisəli tikilidə yaşamaqda davam etsə də, iddiaçını evə buraxmır və ordan istifadə etməsinə maneələr törədir. Məhkəmə hesab edir ki, mübahisəli tikili özbaşına tikili stastusunda olmaqla üzərində tərəflərin və ya hər hansı üçüncü bir şəxsin hüquqları qeydə alınmamışdır. Özbaşına tikililərə münasibətdə köçürülmə, çıxarılma, istifadə qaydasının müəyyən edilməsi və s. mübahisələri tənzimləyən konkret hüquq norması olmadığından hazırki mübahisə qanunun analogiyası tətbiq edilməklə həll edilməlidir. Özbaşına tikiliyə mülkiyyət hüququnun əldə edilməsi əsasları Mülki Məcəllənin 180.3-cü maddəsində təsbit edilmişdir. Həmin maddəyə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Lakin iş materiallarından mübahisəli evin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması müəyyən edilmir. Eləcə də, özbaşına tikilidə yaşamış, həmin tikilinin alınmasında əməyi və zəhməti olmayan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Lakin iş materiallarında olan sənədlərə əsasən müəyyən edilir ki, mübahisəli özbaşına tikili İddiaçı tərəfindən onun vəsaiti hesabına alınmış, bütün komunal ödənişlər onun adına olmaqla, Zabrat bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Uzun müddətdir ki, qızı Cavabdeh ilə qeyd olunan ünvanda yaşamışlar. Beləliklə, iddiaçı Alıyeva X5 Rayonu, Zabrat qəsəbəsi, Namiq Allahverdiyev küçəsi ünvanında yerləşən 15/1 nömrəli fərdi yaşayış evinə köçürülməsinə dair iddia ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir. Belə ki, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Bununla əlaqədar məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. İş üzrə İddiaçı həmin yaşayış sahəsinə ehtiyacı olması müəyyən edilmişdir. İddiaçının başqa yaşayış yeri mövcud deyil və onun yuxarıda qeyd olunan mübahisəli evdə yaşaması müəyyən edilmişdir. Bü cür vəziyyətdə yaşayış sahəsinə ehtiyyacı yarandığı üçün cavabdehlərin yaşadığı evə köçürülməsi zərurəti yaranmışdır. Avropa İnsan Hüquqları Məhkəməsi “O.X10rşı” iş üzrə ərizənin qəbul edilənliyi barədə və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun işi”nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə “mənzil” qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)”. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli evdə yaşamasına cavabdeh tərəfindən maneə yaradılması “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından mənzil hüququna müdaxilə kimi qiymətləndirilməli və o mübahisəli evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı Alıyeva X5 Rayonu, Zabrat qəsəbəsi, Namiq Allahverdiyev küçəsi ünvanında yerləşən 15/1 nömrəli fərdi yaşayış evinə köçürülsün. 50 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-6772/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6772/2024
06.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver