Məhkəmə qərarları › İş №2(008)-6780/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6780/2024

11.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6780/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X11 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X4 olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan Xidmət” X4 olmaqla “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, onun xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Vedi (Ararat) rayonu, Xalisa kəndində doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə Ermənistan Respublikası, Vedi (Ararat) rayonu, Xalisa kəndində anadan olmuşdur. O, doğum akt qeydinin bərpa edilməsi barədə 4 saylı Bakı “Asan Xidmət” X1 müraciət etmişdir. 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən ona xx.xx.2024-cü il tarixdə imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən 29 avqust 2024-cü il tarixli 3-16-5/8-15-933/2024 nömrəli Ərizəçi ünvanlanmış məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa, və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 16-cı bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qürum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənizin icrası tərəflərindən mümkün olmamışdır. Həmçinin bildirilmişdir ki, həmin Məcəllənin 162.2-ci maddəsinə və həmin Qərarın 14-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq ölüm haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunan AZ-İİ seriyalı 412252 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 05 ayının 21 günündə 957 nömrəli qeyd edilmişdir. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan Xidmət” X4nin 3-16-5/8-69-196/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X5 ilə X6 nikahı 31 may 2024-cü il tarixdə 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən 15 nömrəli bərpa akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Ələkbərov, arvada Əliyeva soyadı verilmişdir. Qeyd: Nikahın bağlanması Ermənistan, Vedi rayon qeydiyyat şöbəsi tərəfindən 26 fevral 1966-cı il tarixdə 07 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. 16 may 2024-cü il 957 nömrəli akt qeydi ilə qeydiyyat akt qeydi ilə Sabunçu rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18-2-31697/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, Ərizəçi xx.xx.2023-cü il tarixdən ünvan 1 ünvanı üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində ərizəçi ilə eyni kəndə böyüdüklərini, 1988-ci ildə Azərbaycan Respublikasına gəldiklərini, ərizəçinin anasının adı Qızlar xanım olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 ifadəsində ərizəçi ilə qonşu olduqlarını, 30 noyabr 1988-ci ildə Azərbaycan Respublikasına gəldiklərini, Vedi rayonundan olduqlarını, ərizəçinin anasının adı Qızlar xanım olduğunu bildirmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi xx.xx.1968-cı il tarixdə Ermənistan Respublikası, Vedi rayonu, Xalisa kəndində anadan olmuşdur. Məhkəmə hesab edir ki, göstərilən faktın başqa yolla müəyyən edilməsi mümkün olmadığından, düzgün olaraq məhkəməyə müraciət etmiş və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbyacan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli 3 nömrəli Qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1968-ci ildə tarixdə Ermənistan Respublikası, Vedi rayonu, Xalisa kəndində anadan olmuş Ərizəçi doğumunun qeyd edilməsi faktı müəyyən edilməklə doğum akt qeydi bərpa edilsin. Doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğum tarixi xx.xx.1968-ci il, doğulduğu yer Ermənistan Respublikası Vedi rayonu, ata qrafasında X5 (milliyəti Azərbaycanlı), ana qrafasında X9 (milliyəti Azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Ərizəçi adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar