Məhkəmə qərarları › İş №2(008)-6799/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6799/2024

01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6799/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişində yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketlə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qəran”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması və 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan market onun faktiki sahibliyinə, istifadəsinə verilmişdir. Həmin müqavilə əsasında 51.000 (əlli bir min) ABŞ dolları onun tərəfindən MMC-yə tam ödəniş həyata keçirilmiş və Cavabdeh MMC tərəfindən xx.xx.2009-cu il tarixli, 01 nömrəli Maliyyə arayışı verilmişdir. İddiaçının Cavabdeh MMC-yə 1 manat belə borcu qalmamışdır. Sözügedən marketin dəyəri iddiaçı tərəfindən tam ödəndikdən sonra həmin qeyri-yaşayış sahəsi sahibliyində olmaqla, təyinatı üzrə fəaliyyət göstərir. Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019cu il Fərmanı ilə, son illərdə mülkiyyət hüquqlarının təmin olunması və qeydiyyat problemlərinin həlli istiqamətində inqilabi bir dəyişiklik və mühüm islahat kimi tarixə düşmüşdür. Fərman istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərini və Azərbaycan Respublikasının sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə imzalanmışdır. Həmin Fərmanın icrası çərçivəsində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın istismarına icazə verilmişdir. İddiaçı uzun müddətdir ki, həmin binanın sakini kimi marketinə xüsusi mülkiyyət hüququ haqqında dövlət reyestrindən çıxarışı ala bilmir. Məlum olduğu kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Bununla bağlı tərəfindən dəfələrlə həm şifahi, həm yazılı formada, Cavabdeh MMC-yə müraciət olunaraq ümumi yığıncağın qərarını və təsdiq edilmiş plan-sxemi tələb etsə də, MMC-nin rəhbərliyi və müvafiq əməkdaşlar həmin sənədi ona verməkdən imtina etmişlər. İmtinanın əsası kimi, marketə görə əlavə 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti ödəməli olduğunu ona bildirilmişlər. İddiaçının vəkili tərəfindən Cavabdeh MMC-nin hüquqi ünvanı olan Sabunçu rayonu, ünvan 2rilmiş, “X2” sürətli poçt daşınması xidməti tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh MMC-yə ünvanlanmış məktubu aparmaq üçün kuryer həmin ünvana getmiş, qapı bağlı olduğu üçün məktub geri qayıtmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, "NƏR-GÜN” MMC-nin imtinası qanunsuz və əsassızdır. Başqa sözlə süründürməçilik, incitməkdən və əsassız varlanmaqdan başqa bir şey deyildir. Necə ola bilir ki, analoji müqavilə, maliyyə arayışıları ilə başqa sakinlərə tələb olunan sənədlər verilir və həmin şəxslər çıxarış alır, ona isə verməkdən imtina edirlər. Göründüyü kimi, iddiaçı kimi müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərimi tam şəkildə icra etmiş, lakin Cavabdeh MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketə dair tərəfimdən tam ödəniş edildiyi halda, cavabdeh iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi marketə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etmədiyi aşkardır. Belə ki, cavabdeh "NƏR-GÜN” MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, ona verməli olduğu marketə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağının qərarını və digər sənədləri (plan-sxem və s.) təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bir daha göründüyü kimi, onun mülkiyyətçi kimi hüquqları kobud şəkildə pozulduğu üçün məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki: Cavabdeh MMC ilə, İddiaçı-payçı arasında bağlanmış 20 may 2009-cu il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamalı rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında Marketi payçıya verməyi, payçı isə həmin marketi qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci maddə). Göstərilən marketin ümumi sahəsi 76,0 kv.m-dir.Marketin mərtəbəsi 1-giriş, 1-ci mərtəbə. Market son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən, payçının özünə verilmişdir (2.2-ci maddə). Payçı tərəfindən əvvəl 60,0 kv.m market sahəsi müqabilində ödənilmiş 51 000 (əlli bir min) ABŞ dolları sonradan 76,0 kv.m market sahəsinə çevirilmişdir (2.3-cü maddə). Cavabdeh MMC tərəfindən verilmiş müvafiq maliyyə arayışının surətindən və məzmunundan görünür ki, Bakı şəhəri, Yasamalı rayonu, Yeni Yasamal yaşayış massivi 3-də inşa edilən yaşayış binası Cavabdeh MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş, 1-ci mərtəbəsində, ümumi sahəsi 76,0 kv.m olan Marketin pay dəyərindən 51 000 (əlli bir min) ABŞ dolları payçı İddiaçı tərəfindən ödənilmişdir. Bu günə qalıq yoxdur. İddiaçının nümayəndəsi Vəkil 13 sentyabr 2024-cü il tarixli, 123/24 KP nömrəli vəkil sorğusu ilə Cavabdeh MMC-yə müraciət edərək, icraatında hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan market İddiaçı faktiki sahibliyinə, istifadəsinə verilmişdir. Həmin müqavilə əsasında 51.000 (əlli bir min) ABŞ dolları İddiaçı tərəfindən MMC-yə tam ödəniş həyata keçirilmiş və Cavabdeh MMC tərəfindən xx.xx.2009-cu il tarixli, 01 nömrəli Maliyyə arayışı verilmişdir. Sözügedən marketə hüquqların dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, həmin idarədən müqavilə, maliyyə arayışı və qeyri-yaşayış sahəsi (market) olduğu üçün “ümumi yığıncağın qərarı” və digər sənədlərin (plan-sxem və s.) tələb olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı faktiki sahibliyinə, istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketlə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qəran”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsini xahiş etmişdir. “X2” sürətli poçt daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-yə ünvanlanmış məktubu aparmaq üçün kuryer həmin ünvana getmiş, qapı bağlı olduğu üçün məktub geri qayıtmışdır. CMS – “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə olunan məlumata əsasən ********** VÖEN nömrəsi olan Cavabdeh MMC 20 may 2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 20 may 2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamalı rayonu, Yeni Yasamal yaşayış massivi 3-də yerləşən Cavabdeh MMC-nin tikilməkdə olan binasında Marketi payçıya verməyi, payçı isə həmin marketi qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş pay haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Payçı tərəfindən alınmış müvafiq marketin ümumi sahəsi 76,0 kv.m-dir. Mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmiş və onun Cavabdeh MMC-yə borcu yoxdur. İddiaçının nümayəndəsi Vəkil Cavabdeh MMC-yə 06 yanvar 2021-ci il tarixli məktubla müraciət edərək, İddiaçı faktiki sahibliyinə, istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişdə yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketlə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qəran”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsini xahiş etmişdir. Lakin “X2” sürətli poçt daşınması xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan da göründüyü kimi, Cavabdeh MMC-yə ünvanlanmış məktubu aparmaq üçün kuryer həmin ünvana getmiş, qapı bağlı olduğu üçün məktub geri qayıtmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişində yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan market İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan və onun qeyd edilən marketlə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 112-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququnu əldə edir; 113.1-cü maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir; 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqını tam ödəməsi isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Həmçinin mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. 139.1.6-cı maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin üzərində mülkiyyət hüquqların əmələ gəlməsi üçün əsas hesab olunur; 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər; 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6ci maddəsinə əsasən mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi (MTK) binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iş üzrə tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İddiaçı həmin müqavilə üzrə üzərinə düşən bütün öhdəliklərini tam şəkildə icra etmiş, lakin Cavabdeh MMC həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişində yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketə dair iddiaçı şəxs tərəfindən tam ödəniş edilmiş, lakin cavabdeh iddiaçı şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qərarını və digər sənədləri (plan-sxem və s.) verməməklə mülki qanunvericiliyin normaları baxımından öhdəliyini lazımınca icra etməmişdir. Belə ki, Cavabdeh MMC müqavilə ilə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, İddiaçı verməli olduğu mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qərarını və digər sənədləri (plan-sxem və s.) təqdim etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddianı əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi təmin edilməli, Cavabdeh MMC tərəfindən şəxsin bəhs olunan müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ ümumi yığıncağın qərarını və digər sənədləri (plan-sxem və s.) ona verilməsi barədə cavabdeh kooperativin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 3 ünvanında yerləşən hündürmərtəbəli binanın 1-ci mərtəbəsində, 1-ci girişində yerləşən, ümumi sahəsi 76,0 kv.metr olan marketlə bağlı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyetstrində qeydə alınması (çıxarışın verilməsi) üçün tələb olunan “ümumi yığıncağın qəran”nın və digər sənədlərin (plan-sxem və s.) verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar