Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6806/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili X9 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbin dair ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmış X1 doğum faktı müəyyən edilməklə, müvafiq doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, övladı X5 24.07.1995-ci il tarixdə faktiki nikahdan (nikah bağlamadan) Bakı şəhəri, Sabıınçu rayonu, Maştağa qəsəbəsində ev şəraitində doğulub. Qızı dünyaya gəldikdən sonar bir müddət atası Ziyadxan ilə birlikdə yaşasalar da, sonradan onlar onunla ayrılmış və onun barəsində heç bir məlumat ala bilməmişdir. Ona görə də X5 üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. X11 yetkinlik yaşına çatmış bir gənc kimi doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, onun Azərbaycan Respublikasının vətəndaşı kimi öz hüquqlarından istifadə etməsinə mane olur. Aşağıda göstərilən hüquqi əsaslara görə hesab edir ki, yetkinlik yaşına çatmış X1 doğum faktı tanınmaqla müvafiq doğum haqqında şəhadətnamə verilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçi Ərizəçi nümayəndəsi və vəkili X12 ərizənin məzmununa uyğun izahat verərək, ərizə tələbinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən X3 ifadə verərək bildirmişdir ki, ərizəçini 1995-ci ilin əvvəllərində təsədüf nəticəsində tanımış, həmin vaxtı Ərizəçi ona hamilə olduğunu bildirmiş, bir nəfər oğlanın onu altdatdığını demişdir. Bundan sonra onun Səbirəyə yazığı gəlmiş və onu Bakı şəhəri Sabunçu rayonunda yerləşən öz evinə apararaq onunla birgə 1998-ci ilin sonunadək birlikdə yaşamışlar. Səbirənin onun evinə gəldikdən bir müddət sonra qarnı yavaş-yavaş böyümüş 24.07.1995-ci il tarixində Səbirənin bir qız övladı olmuşdur. Doğuş qəflətən və vaxtından əvvəl başlamışdır. Doğuşun başladığı vaxtı onun bacısı Bədəlova Səliməxanımda onun evində olmuş, uşağıda məhz Səliməxanım tutmuşdur. Uşağın atasının kim olması barədə məlumatı yoxdur. Məhkəmə iclasında iştirak edən şahid X10 öz ifadəsində bildirdi ki, ərizəçi ilə 3 il qonşu olmuşdur, eyni məhəllədə kirayədə qalmışlar. Səbirə onun qonşusu olan Vəliyeva Yaraşıqın evində kirayədə qalmışdır. O Səbirəni tanıyanda Səbirə gözləgörünən hamilə vəziyyətində olmuşdur. Bir müddət sonra təxminən 1995-ci ilin yay aylarında Ərizəçi bir qızı övladı doğduğunu eşitmişdir. Ərizəçi uşağın adını Fidan qoyulmuşdu. Uşağın atası barədə mənim məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X2 öz ifadəsində bildirdi ki, ərizəçi 3 il ərzində onun bacısının evində kirayədə yaşamışdır. Ərizəçi onun bacısının evində olarkən hamilə vəziyyətdə olmuşdur. Bir dəfə o bacısıgildə olanda Səbirənin ağrısı tutmuş, doğuş başlamış, xəstəxana yolu uzağ olduğundan doğuş evdə başa çatmış, uşağıda məhz o tutmuşdur. Doğulan uşağ qız uşağı olmuşdur, adını isə Fidan qoymuşlar. Belə ki, iş materiallarına əlavə olunmuş 11 nömrəli poliklinikanın tibbi arayışında görünür ki, 24.07.1995-ci il tarixində doğulmuş X5 praktik sağlamdır. -"xxxx" Mənzil-Tikinti Kooperativinin 21.08.2021-ci il tarixli, 27 nömrəli arayışına əsasən Ərizəçi və X5 ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. - İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Ərizəçi 2005, 2006-cı illər və ondan əvvəlki illər olmaqla birlikdə çəkilmiş fotoları vardır. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 25.08.2021-ci il tarixli, 05/15-1954 nömrəli Ərizəçi ünvanlanmış məktubdan görünür ki, uşağın doğulması faktını sübuta yetirən sənədlər olmadığından doğum faktının qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə araşdırması zamanı, ərizəçi şahid ifadələrinə əsasən ərizəçi 24.07.1995-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində ev şəraitində X4 doğduğunu və həmin faktın təsdiq edilməsini xahiş etsə də, həmin faktı sübuta yetirə biləcək mötəbər və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “yetkinlik yaşanı çatmış X1 doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “yetkinlik yaşanı çatmış X1 doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6806/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6806/2021
18.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver