Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6819/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək (dəqiqləşdirilmiş tələblə) ərizəçiyə təsərrüfat otağının tikintisinə icazə verilməsi barədə Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamının «ünvan 1 ünvana dair verildiyinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999-cu il tarixli 18/032-8/3064 saylı təsərrüfat otağının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə razılıq məktubu ilə və Bakı şəhəri Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamı ilə ona Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əliyev küçəsi, 13 saylı evin qarşısında razılaşdırılmış sxem əsasında 6,0x4,0 kv.m. ölçüdə təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin sərəncam əsasında təsərrüfat otağını 2000-ci ildə tərəfindən tikilmiş və ha-hazıra kimi istifadəsindədir. Təsərrüfat otağının tikintisi aparılarkən Sabunçu rayon Bakıxanov qəsəbəsi üzrə İcra nümayəndəliyi, Sabunçu Telefon qovşağı, 12 saylı BAŞEŞ-nin, Sabunçu rayon Qaz-istehsalat İdarəsi, Bakı şəhər Elektrik şəbəkəsinin, Sabunçu rayon İstilik istismar sahəsi, Sabunçu rayon Su Kəmərləri və Qurğularının İstismarı üzrə İstehsalat zonası və Sabunçu rayon Kürəbənd Qəza Xidməti sahəsi ilə razılaşdırılmışdır. Lakin həmin sərəncamda onun yaşadığı küçə səhvən M.Əliyev kim qeyd olunmuşdur. Belə ki, ona məxsus mənzilin qeydiyyat vəsiqəsində, habelə 39 saylı MİS-tərəfindən verilmiş arayışdan görünür ki, onun yaşadığım küçə H.Ağayevdir. Sərəncamda buraxılmış yanlışlığın düzəldilməsi barədə Sabunçu rayoln İcra hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Lakin oradan əsassız olaraq ona imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Ərizəçi məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi 1993-cü ildən xx.xx.2003-cü il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15, mənzil 102 ünvanında qeydiyyatda olmuşdur (39 saylı MKİS tərəfindən verilmiş xx.xx.20220ci il tarixli, 300 №-li arayış). Həmin mənzil - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, H.Ağayev küçəsi, ev 15, mənzil 102/103 – xx.xx.1998-ci il tarixdən ərizəçinin mülkiyyətindədir (Bakı şəhəri İcra Hakmiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 022932 №-li Qeydiyyat Vəsiqəsi). Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamı ilə Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əliyev küçəsi, ev 13, mənzil 102-də yaşayan Ərizəçi yaşadığı evin qarşısında razılaşdırılmış sxem əsasında 6,0x4,0 kv.m. ölçüdə təsərrüfat otağının tikintisinə icazə verilmişdir. Həmin sərəcama əlavə edilmiş cigidən təsərrüfat otağının Kirov küçəsində yerləşdiyi görünür. Həmin cizgi Sabunçu rayon Bakıxanov qəsəbəsi üzrə İcra nümayəndəliyinin, Sabunçu Telefon qovşağı, 12 saylı BAŞEŞ, Sabunçu rayon Qaz-istehsalat Vahidi, Sabunçu rayon İstilik-İstsmar Sahəsi, Sabunçu rayon Su Kəmərləri və Qurğularının İstismarı üzrə İstehsalat zonası, Sabunçu rayon Kürəbənd Qəza Xidməti sahəsinin rəisləri lə razılaşdırılmışdır. Bakıxanov Bələdiyyəsi tərəfindən təqdim edilmiş sxemdən görünür ki, Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamına əlavə edilmiş cizgidə Kirov küçəsi kimi göstərilən küçə Həsən bəy Ağayev küçəsidir. Hazrda ərizəçi Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamındakı yanlışlığın aradan qaldırılmasını, ünvanın «ünvan 2yil, «ünvan 1 qeyd edilməsini istəyir. Ərizəçi bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, sxemdə göstərilən ünvanla təsərrüfat otağının yerləşdiyi ərazinin üst-üstə düşmədiyindən ərizənin icrasından imtina edilmişdir. Lakin, Maraqlı şəxs məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş, ərizəyə etiraz verməmiş, öz mövqeyini sübut edən sənədlər məhkəməyə təqdim etməmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyi üçün ərizə təmin olunmalı, Ərizəçi təsərrüfat otağının tikintisinə icazə verilməsi barədə Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamının «ünvan 1 ünvana dair verildiyi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi təsərrüfat otağının tikintisinə icazə verilməsi barədə Maraqlı şəxs Başçısının xx.xx.2000-ci il tarixli, 23 №-li sərəncamının «ünvan 1 ünvana dair verildiyi təsdiq edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6819/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6819/2023
28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver