Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-682/2023 15.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində xx.xx.1982-ci il tarixdə doğulması barədə doğum akt qeydinin bərpa edilməsi, X2, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmuşdur. X2 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmuşdur. X1 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmuşdur. Onun doğumu Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kənd icra nümayəndəliyində qeydə alınmışdır. Doğum haqqında şəhadətnaməsinin əslini itirdiyindən, bir çox sənədləşmə işlərində problemlər yaranmış, bununla da bir sıra hüquqlarından məhrum olmuşdur. Bununla bağlı qeydiyyat şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra ərizəçi ərizəsini dəqiqləşdirərək, Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində xx.xx.1982-ci il tarixdə doğulması barədə doğum akt qeydinin bərpa edilməsi, X2, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X6 ifadəsində bildirmişdir ki, o, Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndindəndir, ərizəçi ilə həmkəndlidir. Ərizəçinin X2dur, milliyyəti azərbaycanlıdır, X1dır, milliyyəti azərbaycanlıdır. Ərizəçi 1982-ci ildə doğulmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının oğludur. Ərizəçi Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində 1982-ci ilin iyun ayında doğulmuşdur. Ərizəçinin X2dur, milliyyəti azərbaycanlıdır, X1dır, milliyyəti azərbaycanlıdır. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirmişdir ki, o, ərizəçinin xalasıdır. Ərizəçi Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində xx.xx.1982-ci il tarixdə doğulmuşdur. Ərizəçinin X2dur, milliyyəti azərbaycanlıdır, X1dır, milliyyəti azərbaycanlıdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. -xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -Bakı şəhəri Maraqlı şəxs xx/xx-2266 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq doğum haqqında şəhadətnamə ilə təmin olunacağı bildirilmişdir. -20 07 202842 nömrəli Rusiya Federasiyası pasportunun surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR Kalinin rayonunun İlməzlo kəndində doğulmuşdur. -AZE seriyalı 16510166 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. -İİ-СЛ seriyalı 308924 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, görünür ki, X9 ilə X10 08 fevral 1983-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. -P ******* nömrəli pasportun surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikasının Kalinin rayonunda doğulmuşdur. -İİ-OБ seriyalı 377528 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1984-cü il tarixdə RSFSR Ryazan əyalətində doğulmuşdur, X2, anası isə X3r. -AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon İdarəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2002-ci il tarixdə tərxis edilərək ehtiyata buraxılmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən, doğum haqqında akt qeydini bərpa etmək, həmin sənədin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx.xx.1982-ci il, doğulduğu yer Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndi, X2, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı kimi yazılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1982-ci il tarixdə Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1982-ci il, doğulduğu yer Ermənistan Respublikası Kalinin rayonu İlməzlo kəndi, X2, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-682/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-682/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver