Məhkəmə qərarları › İş №2(008)-6847/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6847/2023

17.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6847/2023 17.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümün qeyd edilmə faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-cu il tarixdə doğulmuş X2 xx.xx.1980-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o 29 sentyabr 1959-cu ildə Cəlilabad rayonunda anadan olub və hazırda ünvan 1 ünvanında yaşayır. İddiaçının mərhum övladı X3 xx.xx.1979-cu il tarixdə anadan olmuş xx.xx.1980-cı il tarixdə vəfat etmiş və Cəlilabad rayonunun Musalı kənd qəbirstanlığında dəfn edilmişdir. X3 vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnaməni alınmamışdır. X1 ölüm akt qeydinin olmaması barədə Maraqlı şəxs tərəfindən iddiaçıya arayış da verilmişdir. Həmin arayışla da təsdiq olunur ki, X2 ölüm akt qeydi tapılmamışdır. İddiaçı əlaqədar olaraq Maraqlı şəxsnə müraciət edib məhrum övladı X2 ölüm faktı müəyyən edilərək ölümün qeydə alınmasını xahiş etsə də, Maraqlı şəxs 19 iyul 2023-cü il tarixli arayışında qeyd olunur ki, xx.xx.1980-ci il tarixdə vəfat etmiş mərhum övladı X2 ölüm akt qeydi aparılmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilən arayışdan görünür ki, xx.xx.1979-cu ildə Azərbaycan Respublikası, Cəlilabad rayonu Musalı kəndində anandan olmuşdur. Bu barədə 05 noyabr 1979-cu il tarixdə Cəlilabad rayon Ləkin kənd icra nümayəndəliyində 127 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-431/2023 nömrəli cavab məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Cəlilabad rayon Hakimiyyəti Başçısının Ləkin kənd İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli, 5-41/2-20-287/2023 nömrəli arayışdan görünür ki, Cəlilabad rayonun Musalı kəndində anadan olmuş, hal-hazırda Bakı şəhərində yaşayan Ərizəçi özünün və Musalı kənd sakinlərinin dediyinə əsasən onun xx.xx.1979-cu il təvəllüdlü X3 adlı uşağı xx.xx.1980-ci il tarixdə faktiki olaraq vəfat etmiş və Cəlilabad rayonun Musalı kənd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına X2 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. Məhkəmə iclasına şahid X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onun baldızıdır. Ərizəçi Elnarə adlı qızı xx.xx.1980-ci il tarixdə ölüb və onun dəfnində iştirak edib. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə doğulmuş X2 xx.xx.1980-ci il tarixində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar