Məhkəmə qərarları › İş №2(008)-6871/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6871/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6871/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 Seyfəddin oğlunun sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında (videogörüntülü çəkilişlər qeydə alınmaqla) baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin mahiyyəti: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il təvəllüdlü Bakı şəhərində dünyaya gəlmiş X3, xx.xx.2000-ci il tarixində Bakı şəhərində yerləşən 1 saylı cəzaçəkmə müəssisəsində qəfil tutan ürək çatışmazlığından ölməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü və Bakı şəhərində dünyaya gəlmiş ərizəçinin mərhum həyat yoldaşı X8 ilə xx.xx.1984 ildə rəsmi Nikaha daxil olaraq ailə həyatı qurmuş və 1997-1998-ci il tarixinədək yəni həbs olunduğu günədək, ünvan 1 ünvanda bir yerdə yaşamışlar. Mərhum həyat yoldaşı X8 1997 - 1998-ci il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən həbs olunaraq cəzasını çəkmək üçün 1 saylı cəza çəkmə müəssəsinə yerləşdirilmişdir. Mərhum yoldaşı 1 saylı cəza çəkmə müəssəsində cəza çəkərkən, xx.xx.2000-ci il tarixində qəflətən ürək tutma nəticəsində vəfat etmişdir. Mərhum həyat yoldaşı X4 ölüm hadisəsi qəfil baş verdiyində və bu xəbəri verdiklərində hər kəs təşviş içində idi. Və dəfn işləri ilə bağlı hərəkətlərə başlamışdılar. Bununla bağlı poliklinika şöbəsinə məlumat verməyi unutmuş, sonra mərhum həyat yoldaşı X6 xx.xx.2000-ci il tarixində Sabunçu Rayonu Balaxanı qəsəbəsində yerləşən qəbristanlıqda dəfn etmişlər. Qəbrinin fotoları iddia ərizəsinə daxil edilib. Sonradan ərizəçi həyat yoldaşının ölüm şəhadətnaməsini almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etdi. Lakin Maraqlı şəxs 16 avqust 2025-ci il tarixində ərizəçiyə arayış təqdim edərək bildirildi ki, Avtomatlaşdırılmış qeydiyyat İnformasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Daha sonra VVAQ şöbəsindən bildirdilər ki, şəxsin ölümünü təsdiq edən tibbi arayışı VVAQ şöbəsinə təqdim edilmədiyi üçün ölüm barədə akt qeydini tərtib etmək qeyri-mümkündür. VVAQ şöbəsindən ərizəçiyə imtina məktubu ilə, əlavə tövsiyyə olunmuşdur ki, şəxsin vəfat etməsi faktının müəyyən edilməsi üçün rayon məhkəməsinə müraciət edilməlidir. Lakin hal hazırda ərizəçiyə məxsus olan, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi 80 a, yeni qaydalar ilə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Zabrat - Maştağa şossesi giriş 316 C ünvanda yerləşən həyət evini satmaq istədiyi üçün, Notariat ofisinə baş vurdu. Oradan ərizəçiyə bildirildi ki, X4 ölüm haqqında şəhadətnaməsi olmadığından alqı satqı prosseslərini həyata keçirə bilməz. Bu səbəbdən də mərhum həyat yoldaşı X4 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Eyni zamanda məhkəmənin diqqətinə çatdırır ki, həyat yoldaşının ölüm faktının müəvvən edilməsi ərizəçiyə məxsus evin satılması üçün yaranmış olan çətinliklə bağlıdır və sözü gedən ünvanın daşınmaz əmlakın alqı satqısı ilə baglı işlərin aparılması üçün lazımdır. Məhz bu səbəbdən - mərhum X4 1 saylı cəza çəkmə müəssəsində ürək tutması nəticəsində vəfat etmə faktının müəyyən edilməsi zəruridir. Tərəfin və digər proses iştirakçılarının izahat və ifadələri: Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X2 ifadəsində bildirdi ki, Elmanı öz qohumlarının yanında dəfn ediblər. Cəzaçəkmə müəssisəsində ölmüşdür. Ailəsinə gec xəbər verilmişdir. Ona görə sənədi ala bilməmişlər. Mülki işin materialları - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli, 3-16-5/8-151302/2025 saylı arayışdan görünür ki, X3 ölümü haqqında haqqında akt qeydi aşkar edilməmişdir. -Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15- 739/2025 saylı məktubdan görünür ki, X3 ölümü ilə bağlı müvafiq sənəd təqdim olunmadığından ölümün qeydə alınmasından imtina edilmiş və şəxsin məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Sabunçu Rayon Balaxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 136 nömrəli arayışdan görünür ki, Ərizəçi yoldaşı X9 xx.xx.2000-ci il tarixdə Bakı şəhərində vəfat edib və Sabunçu rayon Balaxanı qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. - Qəbirüstü fotoşəklin surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə doğulmuş və xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. - 11 saylı Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, mərhum X9 11 nömrəli şəhər poliklinikasında qeydiyyatda olmamışdır və xəstəliyi barədə poliklinikaya müraciət edilməmişdir. -Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətinin arxivində saxlanılan 2614 saylı arxiv şəxsi işdə mövcud olan məlumatlara əsasən, 1960-cı il təvəllüdlü X7 Sabunçu Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən AR CM-nin 226-1-ci maddəsinin 2ci hissəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx.xx.1997-ci il tarixdən hesablanmaqla 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. E.T.Əliyev 1 saylı İslah-Əmək Müəssisəsindən xx.xx.2000-ci il tarixdə X11 X1 daxil olmuş və həmin müəssisədə xx.xx.2000-ci il tarixdə vəfat etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı:

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmənin mövqeyi: İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, ölüm faktının müəyyən edilməsinə dair ərizə yanlız şəxsin yaxın qohumları tərəfindən o halda verilə bilər ki, ölüm haqqında tibbi şəhadətnamə olmasın və iş materiallarına onun alına bilməməsinin səbəbləri barədə sübutlar əlavə edilsin. Belə ki, iş materiallarından görünür ki, ərizəçi X3 arvadıdır və o, tibbi şəhadətnamə ala bilməmiş və ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin bu barədə məhkəmə müraciət etməyə subyektiv hüququ mövcud olmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, ərizəçinin əri X9 xx.xx.2000-ci il tarixində Bakı şəhəri 1 Saylı Cəzaçəkmə müəssisəsində vəfat etmişdir. Məhkəmə bu qənaətə gələrkən iş materiallarında olan sübutlara və şahid ifadələrinə əsaslanmışdır. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, X9 xx.xx.2000-ci il tarixində Bakı şəhəri 1 Saylı Cəzaçəkmə müəssisəsində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1960-cı il təvəllüdlü X3 xx.xx.2000-ci il tarixində Bakı şəhəri 1 Saylı Cəzaçəkmə müəssisəsində qəfil ürək çatışmazlığından ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar