Məhkəmə qərarları › İş №2(008)-688/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-688/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-688/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Gülüstan küçəsi, yerləşən 46 saylı evə (abonent kodu **********60000) əsassız olaraq yazılmış 646.23 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Onlarla "xxxx" ASC arasında bağlanmış müqaviləyə əsasən sayğac quraşdırılmış və uzun illərdir ki, sərf etdiyi elektrik enerjisinin dəyərini ödəyərək ondan istifadə etmişlər. Bu illər ərzində sayğacı idarənin əməkdaşları tərəfindən mütəmadi olaraq yoxlanılmış və hər hansı bir pozuntuya yol verilmədiyi barədə bildirmişlər. Abonə haqqında sənəddən görünür ki, xx.xx.2007-ci il tarixdən bu gününədək tərəfindən ödənişlər vaxtına həyata keçirilmiş, işlənmiş elektrik enerjisinə görə cavabdehə heç bir borcu olmamışdır. Lakin istehlakçının nəzarət dairəsinə düşməyən, istehlakçının iradəsindən asılı olmayan səbəblərə görə sayğacın istismarının pozulmasına dair qanunsuz ünvan 2 ünvanında yerləşən mənzil faktiki olaraq onun istifadəsindədir. Onun xəbəri və heç bir məlumatı olmadan işıq sayğacına borc məbləği hesablanmışdır. Belə ki, cavabdehin əməkdaşları yaşadığı ünvana gələrək işıq xəttini kəsməyə cəhd göstərmişlər. Səbəbini soruşduqda borcun olduğunu bildirmişlər. Daha sonra cavabdehə müraciət etdikdə, ona akt və s. sənədlər verildi. Qanunsuz borcun yazıldığını görüb "xxxx" ASC-yə şikayətlər yazmış, lakin heç bir nəticəsi olmadı. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. "xxxx" ASC-nin Nəzarət İdarəsi, X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AKT NİM 003022 saylı aktı əsasən, pozuntunun qısa məzmunu kimi “sayğacın proqram təminatı pozulmuş, “A” fazasının gərginlik və cərəyan göstərici parametrlərinin qarışması” qeyd edilmişdir. "xxxx" ASC-nin Texniki Departament və Laborotoriya İdarəsinin “Sayğacların və cərəyan transformatorların yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli 003022 saylı aktına əsasən yoxlanma zamanı aşkar olunan qüsurlar kimi “sayğacın “A” və “B” fazaları daxili qüsur nəticəsində işləmir, sayğac yuxarıda göstərilən xəta faizləri ilə az sərfıyyət hesablayır, sayğac istismara yararsızdır, sayğacın dövlət möhürü normaldır” göstərilən hallar qeyd edilmişdir. Bununla bağlı tərəfindən "xxxx" ASC-yə müraciət edilmiş, cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda elektrik hesabat sayğacına baxış keçirilmiş və sayğacın proqram təminatının pozulduğu, “A” fazasının gərginlik və cərəyan göstərici parametrlərinin qarışdırığı aşkarlanmışdır. Sayğac xx.xx.2024-cü il tarixdə yenisi ilə əvəz edilmiş və çıxarılan sayğac rəy verilməsi üçün laboratoriyada yoxlanılmışdır. Laboratiya İdarəsinin Sayğacların və cərəyan transformatorlarının yoxlanması protokolunda sayğacın “A” və “B” fazalarının daxili qüsur nəticəsində işləmədiyi, sayğacın xəta faizləri ilə az sərfıyyat hesabladığı və istismara yararsız olduğu barədə rəy verilmişdir. Tərtib olunmuş NİM 003022 saylı akta əsasən 4971 kVt.s ( 646,23 manat) elektrik enerjisi dəyərində ödəniş hesabat sənədi hazırlanmışdır. Onlara yazılmış borc məbləği qanunsuz və əsassız olduğundan silinməlidir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. O da konstitusion hüquqlarından istifadə edərək, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun məzmunundan müəyyən edilir ki, İddiaçı müraciətinə əsasən Azərişıq ASC-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə hesablaşma elektrik sayğacı tipli sayğac ilə əvəz edilmişdir. **********60000 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqinin təhlili zamanı yeni sayğacla enerji sərfiyyatına baxılmış, akta görə verilmiş hesabatın “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparıldığı, məqsədəuyğun və ödənilməsinin zəruri olduğu müəyyənləşdirilmişdir. Azərişıq ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun məzmunundan müəyyən edilir ki, **********60000 saylı kod üzrə elektrik enerji hesabatı haqqında abunə vərəqinin təhlili zamanı yeni sayğacla enerji sərfiyyatına baxılmış, akta görə verilmiş hesabatın “Elektrik enerjisindən istifadə Qaydaları”na uyğun olaraq aparıldığı, məqsədəuyğun və ödənilməsinin zəruri olduğu müəyyənləşdirilmişdir. **********60000 nömrəli abonent İddiaçı məxsus sayğac göstəricisindən görünür ki, abonentə xx.xx.2024-cü il tarixdə EİQ pozulması nəticəsində 646.23 manat borc hesablanmışdır. 31 may 2024-cü il tarixli, 003022 nömrəli Aktın surətindən görünür ki, **********60000 nömrəli abonent İddiaçı məxsus sayğaca baxış keçirilərkən sayğacın proqramı təminatı pozulması, “A” fazasının gərginlik və cərəyan göstəricisi parametrləri qarışdığı müəyyən edilmişdir. Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 818305 nömrəli protokolun surətindən görünür ki, 003022 nömrəli akta əsasən sayğac yenisi ilə əvəzolunması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, istehlakçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilə edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına istinadən əsaslı hesab edir: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın (bundan sonra – Qaydanın) 1.1-ci maddəsində məişət abonentinə (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçı olması barədə anlayış verilmişdir. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qərarın 7.10-cu bəndində göstərilmişdir ki, istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Həmin Qərarın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİM 003022 nömrəli Akt sayğacdan yaranmış nasazlıq ilə bağlı olmuşdur. Məhkəmə iclasında sayğacda yaranmış nasazlıqın məhz iddiaçının təqsiri üzündən olması öz təsdiqini tapmadığından həmin akta əsasən yazılmış borc silinməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 003022 nömrəli akt əsasında elektrik sayğacı abonentinin hesabına əsassız yazılmış 646.23 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən **********60000 saylı abonent İddiaçı xx.xx.2024-cü il tarixli, 003022 saylı akt əsasında hesablanmış 646.23 (altı yüz qırx altı manat, iyirmi üç qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar