Məhkəmə qərarları › İş №2(008)-6883/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6883/2025

04.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6883/2025 04.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X13 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 Saylı Asan Xidmət X1rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 Saylı Asan Xidmət X1rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1953-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, atası X8 05 fevral 1953-cü ildə anadan olmuş, xx.xx.2025-ci ildə Bakı şəhrəində vəfat etmişdir. Bakı şəhəri, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 nömrəli qəbristanlıqda dəfn edilmişdir. X8 xx.xx.2025-ci il tarixində yaşadığı evdə vəfat edərək, Bakı şəhəri, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən qəbristanlıqda dəfn edilməsinə baxmayaraq, Azərbaycan Respublikası TƏBİB PHŞ-nin “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 12 nömrəli şəhər poliklinikasına ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət edilsə də, 22 sentyabr 2025-ci il tarixli 18-1-1-62/2-B-193-42-150/2025 nömrəli imtina cavabı verilmişdir. Həmçinin 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi xx.xx.2025-ci il tarixdə 3-16-5/8-15-841/2025 nömrəli ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınmasının mümkün olmaması əsası ilə imtina məktubu vermişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur, X8 uzun müddət yataq xəstəsi idi, xx.xx.2025-ci oil tarixdə olmüş, dəfndə iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X10, ərizəçi ilə həm qonşu həm də dost olduğunu, X8 xəstəlik keçirdiyindən 10 ildən artıq müddətdir ki, yataq xəstəsi olduğu, xx.xx.2025-ci ildə öldüyünü və dəfndə iştirak etdiyini bildirdi. İş materiallarında olan 4 Saylı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-841/2025 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X4 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilinmədiyi bildirilmişdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 375259 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə, X2 arasında xx.xx.1980-ci ildə 1555 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarına əlavə olunan Vİİİ-ЖГ seriyalı 283416 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X8, anası X3r. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-841/2025 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X15 12 nömrəli Şəhər Poliklinikasının 22 sentyabr 2025-ci il tarixli, 18-1-1-62/2-B-193-42-150/2025 nömrəli məktubunda, ünvan 1 ünvanında yaşamış X4 müəssisəyə hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verə bilmədikləri qeyd olunmuşdur. İş materiallarında olan Sabunçu rayonu, Zabrat Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 215 nömrəli arayışına əsasən, X8 18 sentyabr 2025-ci il tarixdə vəfat etmiş, Zabrat qəsəbəsi, Məşədixanım Nemətova küçəsində yerləşən 2 nömrəli qəbiristanlıqda dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir.Yəni həmin sənədin ələdə edilməsi onlara gələcəkdə vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X4 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar