Məhkəmə qərarları › İş №2(008)-6890/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6890/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6890/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi Məmmədova aylin Məmməd qızının, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1985-ci tarixdə ölmüş X2 xx.xx.1981-ci il tarixdə ölmüş X18 (Məmmədəli Ağaqulu oğlunun) anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, xx.xx.2020-ci il tarixdə ölmüş X8 atası, xx.xx.1981-ci il tarixdə ölmüş X24 babası, xx.xx.1985-ci tarixdə ölmüş X6 isə babasının anasıdır. “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid paspora əsasən ünvan 1 babasının anası olan X4 məxsusdur. Ərizəçi doğulduğu gündən ailəsi ilə birlikdə həmin evdə yaşayır. Atası dünyasını dəyişdikdən sonra isə həmin evə o, sahiblik edir. Baxmayaraq ki, atamsının nənəsindən miras qalmış həmin evi faktiki olaraq qəbul edib, ona sahiblik edir, həmin evi öz adıına sənədləşdirə bilmir. Çünki babası X18 doğumu barədə məlumat aşkarlanmadığı üçün X2 onun anası olmasını sübut edə bilmir. Belə olan halda onun X2 vərəsəsi olmağı təsdiqlənmir. Etibarnamə üzrə nümayəndəsi olan anası X5 AR X29 müraciət etmiş, arxivin xx.xx.2023-cü il tarixli cavab məktubunda Allahverdiyev X18 doğum tarixi barədə məlumatın aşkarlanmadığı bildirilmişdir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhər 17 saylı notariat ofisinə müraciət edəndə bildirilmişdir ki, vərəsə kimi tatnınmağı üçün X2 babası - X18 anası olduğunu təsdiq edən sənəd təqdim olunmalıdır. Həmin sənədi təqdim edə bilmədiyinə görə notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. O, hal-hazırda miras əmlakı idarə edir, orada yaşayır. Maraqlı şəxs Bakı şəhər 17 saylı notariat ofisi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1985-ci il tarixində Bakı şəhəri, Maştağa kəndində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır, onun atası X8, anası X3r (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi tərəfindən verilmiş X-JQ № 473180 doğum haqqında şəhadətnamə). Ərizəçinin atası X8 xx.xx.1953-cü il tarixdə Bakı şəhəri, Maştağa kəndində doğulmuşdur, onun atası Məmmədəli Ağadadaş oğlu, anası X16r (Bakı şəhəri Lenin rayon Maştağa kənd soveti tərəfindən verilmiş AZB № 137116 doğum haqqında şəhadətnamə). X8 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ № 136336 ölüm haqqında şəhadətnamə). Onun atası X24 (doğum haqqında şəhadətnamədə Məmmədəli Ağaqulu oğlu göstərilmişdir) xx.xx.1981-ci il tarixdə ölmüşdür (İİ-JQ № 303643 ölüm haqqında şəhadətnamə). AR X33 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Allahverdiyev X18 doğum tarixi barədə məlumatın aşkarlanmamışdır. X6 xx.xx.1985-ci tarixdə Bakı şəhəri, Maştağa kəndində ölmüşdür (İİİ-JQ № 293468 ölüm haqqında şəhadətnamə). “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid paspora əsasən ünvan 1 babasının Meyransa Qurban qızına məxsusdur. X9 (ərizəçinin dayısı oğlu), X1 Meyransa Qurban qızının ərizəçinin atasının anası olduğu faktını təsdiq etmişdilər. X14 xx.xx.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, onun anası X10r (250921 №-li doğum haqqında şəhadətnamə). Onun anası xx.xx.1939-cu il tarixdə doğulmuşdur, onun atası Məmmədəli Ağadadaş oğludur (418495 №-li doğum haqqında şəhadətnamə). X11 xx.xx.1970-ci il tarixdə doğulmuşdur, anası X12r (1881810 №-li doğum haqqında şəəhadətnamə). Onun anası xx.xx.1946-cı il tarixdə doğulmuşdur, atası X21r 9xx.xx.2023-cü il tarixli arxiv arayışı). Beləliklə, X24 hər iki şahidin babasıdır, onların hər ikisi X2 onların babalarının anası olması faktını təsdiq edirlər. Ərizəçi Bakı şəhər 17 saylı notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmiş, lakin onun vərəsə kimi tatnınmağı üçün X2 babası - X18 anası olduğunu təsdiq edən sənəd təqdim olunmadığından notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Hazırda ərizəçi X2 onun babası X18 anası olması faktının müəyyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktlarıın təsdiq edilməsi vərəsəliklə ilə əlaqədar tələb olunur. Göründüyü kimi, ərizəçinin babasının X24 olması təqdim edilmiş sənədlərlə təsdiq edilir. Ərizəçinin X2 adına olan evdə qeydiyyatda olması, onun Maştağa kəndində doğulması, şahid ifadələri X2 X18 anası olması faktının təsdiq edilməsinə əsas verir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.1985-ci tarixdə ölmüş X2 xx.xx.1981-ci il tarixdə ölmüş X18 (Məmmədəli Ağaqulu oğlunun) anası olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1985-ci tarixdə ölmüş X2 xx.xx.1981-ci il tarixdə ölmüş X18 anası olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar