Məhkəmə qərarları › İş №2(008)-6928/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6928/2022

28.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6928/2022 28.11.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı "qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Axəriqaz”İB-yi tərəfindən (abonent kodu: **********10000) itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün əsassız yazılmış 1439 (min dörd yüz otuz doqquz) manat məbləğində cərimənin silinməsi, həmçinin ödəmələrdən tutulmuş pulların geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, faktiki olaraq fərdi yaşayış evində yaşayır. Azəriqaz İB-nin əməkdaşları onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacını sökərək yeni bir qaz sasgacı ilə əvəzlədilər. Qaz sayğacı dəyişdirilərkən həmin əməkdaşlar şifahi olaraq isə onun cərimə olunacağını bildirdilər. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunarkən qeyd edilir ki, əməkdaşlar 1202AQ**********9 zavod nömrəli sayğaca baxış keçirən zaman nöqsan aşkarlanmışdır. Belə ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələr və gövdəsi üst hissədən korroziyaya uğrayıb kimi akt tərtib olunmuşdur. O, həmin əməkdaşların tərtib etdiyi aktın düzgün tərtib olunmadığını, sayğacın üzərində olan klapan xüsusi plombun məhz həmin əməkdaşlar tərəfindən həmin vaxt qırılaraq aktda qeyd olunduğunu, belə olduğu halda sayğacda hər hansı deşiyin olmasının onun günahından olmadığını bildirir. Onunla Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti arasında xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən yaşadığı fərdi yaşayış evinə yeni Zenner tipli,G-4T Smart markalı,**********983 nömrəli qaz sayğacı quraşdırıldı. O, yeni quraşdırılmış sayğacı qeydiyyatdan keçirmək məqsədi ilə Asan Kommunal mərkəzinə müraciət etmişdir. Lakin karta qaz yükləyərkən məlum oldu ki, onun hazırda istifadəsində olan smart kart sayğacı bloklanıb. Bu barədə Azəriqaz İB-yi ilə əlaqə yaratmışdır və ona şifahi olaraq bildirildi ki, köhnə sayğaca müdaxilə var və bu, səbəbdən də 1439 manat cərimə pulu ödənilməyibdir. Azəriqaz İB-nin 0189646№ li, 30 oktyabr 2018 ci il tarixli itirilmiş təbii qazın hesablanması komissiyasının vermiş olduğu aktda itirilmiş təbii qaza görə hesabatda orta günlük iş rejimi və hesabat müddəti 180 gün qəbul edilməklə hesablanmış məbləğin ödənilməsi öz əksini tapmışdır. İtirilmiş təbii qazın hesablanması, 16 dekabr 2017-ci il tarixli" SOCAR və Neftqazelmitədqiqat" İnstitutu tərəfindən hazırlanmış "SOCAR"-ın vitse prezidenti Qurbanov tərəfindən təsdiqlənmiş, ARDNŞ-nin Nazirlər Kabineti ilə razılaşdırılmış sayğacsız istifadəyə görə qazın şərfinin hesablanması haqqında 1.4.4 saylı metodiki təlimata əsasən hesablanmalıdır. Həmin təlimata əsasən abonentə 3 aylıq qaz sərfinin miqdarı qədər cərimə yazıla bilər. Göründüyü kimi burada da Azəriqaz İB aktların tərtibində qanunsuzluğa yol verir. Azəriqaz İB-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarının yoxlaması labarotoriyasının 30 oktyabr 2021-ci il tarixli dövlət laborator yoxlaması haqqında tərtib olunmuş aktda ona aid olan hissədə qeyd olunub ki,sayğacın çıxış plasmast borusu deşilib, sayğac minimal sorfiyyatda 100% nisbi xəta ilə işləyir və yivh birləşmələri korroziyaya uğramışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edərək məhkəməyə bildirmişdir ki, onun 1439 manat borcunun olmasını o yalnız xx.xx.2021-ci il tarixdə tərtib edilmiş akta əsasən hesablanmış cərimələrin silinməsi zamanı məlumatı olmuşdur. Ümumiyyətlə onun qeyd edilən akt tərtib edilənədək onun borcunun olmasını və bu borcun ödənilməsi ilə bağlı ona müraciət edilməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia müddətinin tətbiqi barədə ərizə ilə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən məhkəmədən silinməsi xahiş olunan ümumi borcun 362,20 manat hissəsi və 932,90 manat hissəsi müvafiq olaraq 11/2011-ci il tarixində və 07/2012-ci il tarixində yaranmış olduğundan, iddiaçı tərəfindən də Sabunçu Rayon Məhkəməsinə 09/2022-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən iddiaçı tərəfindən mülki qanunvericilikdə nəzərdə tutulmuş ümumi iddia müddəti (10 il) ötürülmüşdür. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-04591-1 nömrəli rəyə əsasən 1202AQ**********9 zavod nömrəli sayğacın klapanı işlək deyil. Sayğajın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və dəymiş ziyan hesablanması qərara alınmışdır. İddiaçı məxsus GASREP məlumatlarından görünür ki, **********10000 saylı abonentə 2011-ci il tarixdə 362.20, 2012-ci ilin iyul ayında 932.9 manat, 2013-cü ilin may ayında isə 194.4 manat borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2022-ci ilin aprel ayı üçün 1550.34 manat borcu yaranmışdır. Qeyd edilən borcun 432 manat olan hissəsi 2021-ci ilin noyabr ayında qalıq və aktlar üzrə hesablanmış borc məbləğidir. Məhkəmə ilk növbədə xx.xx.2021-ci il tarixli ******* saylı akta əasaən iddiaçıya hesablanmış 432 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin ediməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********0000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusu deşilmiş və bunun əsasında itirilmiş qazın həcmi 4320 kub metr hesablanaraq dəymiş zərər 432 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşildiyi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən **********0000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 432 manat borc silinməlidir. Bundan sonra məhkəmə iddia tələbinin 1007 manat digər borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə iddiaçıya məxsus saldodan, nədəki iddiaçıya məxsus GASREP məlumatlarından 2011, 2012 və 2013 cü ildə yazılmış borcun nəyə əsasən yazılmış olduğu müəyyən edilmədiyindən iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Eyni zamanda məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd edir ki, cavabdeh məhkəməyə müraciət edərək bildiri ki, 2011 və 2012-ci illərdə iddiaçıya hesablanmış borc məbləğlərinin mübahisləndirilməsi ilə bağlı iddiaçı tərəfindən nəzərdə tutulan 10 illik iddia müddəti ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etsə də məhkəmə cavabdehin nümayəndəsinin diqqətinə çatdlraraq qeyd edir ki, hazır ki vəziyyətdə iddia müddətinin axımı hansı vaxt hesablanmalı olamsına dair dəlillər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddia müddətinin axımını borcun yazılmış olduğu tarixdən hesablanmalı olduğunu qeyd etəsə da, qeyd edilən halı əsalandırmamışdır. Belə ki, iddiaçıya onun məhkəməyə müraciət edilə tarixədək -xx.xx.2022-ci il tarixədək Azərqaz İB-nə borcunu olmasına dair hər hansı bir bildiriş verilməmiş, o cümlədən borcun ödənilməsi tələb edilməmişdir. İddiaçı isə qeyd edilən borcun olmasını yalnız ******* nömrəli, xx.xx.2021-ci il tarixli akta əsasən ona hesablanmış borcdan tutmalar olduğu zaman məlum olduğu bildirmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi barədə ərizə təmin edilməməlidir. Bundan başqa məhkəmə iddia tələbinin ödəmələrdən tutulmuş pulların geri qaytarılmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi konkret olmalıdır. İddiaçı iddia tələbinin qeyd edilən hissəsində hansı ödəmələrin, hansı məbləğdə tutmaların geri qaytarılamsını bildirmədiyindən iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən **********10000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1439 (bir min dörd yüz otuz doqquz) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar