Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-6949/2022 30.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «payların ayrılması» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «payların ayrılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Heyranxanım küçəsi 15 saylı fərdi yaşayış evinə 1/3 hissədə payın müəyyənləşdirilməsi və evin digər 2/3 hissədən ayrılması tələbinə diar qətnamə çıxarılmısını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilirsə ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçının həmin cavabdehlərə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olduğu hal olduğundan, yəni Bakı Apellyasiya Məhkməsinin payların müəyyən edilməsinə dair 2(103)-6006/2019 saylı, xx.xx.2016-cı il tarixli və naturada bölgü tələbinə dair Bakı Apellyasiya Məhkməsinin 2(103)-2835/2022 saylı, xx.xx.2022-cı il tarixli qərardadı ilə eyni tərəflər üzrə eyni premetə dair idda tələbi üzrə artıq yekun məhkəmə aktı çıxarıldığından, iddianın yolverilməzliyinə görə iddia ərizənin qəbul edilməsindən imtina edilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 114, 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddianın yolverilməzliyinə görə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «payların müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən 8717 nömrəli, xx.xx.2022-ci il tarixli qəbz ilə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-6949/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-6949/2022
30.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver