Məhkəmə qərarları › İş №2(008)-6981/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6981/2023

27.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6981/2023 27.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN XİDMƏT” X4rşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN XİDMƏT” X4rşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1961-ci il təvəllüdlü X11 19 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Maştağa qəsəbəsindəki "Seyidlər Qəbristanlığında” dəfn edilmiş X5 ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, atası X11 19 sentyabr 2023-cü il tarixdə, saat 14:00 da yaşadığı ünvan 2 ünvanında 62 yaşında, qəflətən vəfat etmiş, Bakı Şəhəri Təcili və X13 Stansiyası, 14 nömrəli yardım stansiyasının həkimi Hacıyeva və tibb bacısı Qurbanov “həkimə qədər ölüm” faktını müəyyən etmişdir. X16 Vərəqəsində ölümün səbəbi qeyd edilməmiş və ölüm haqqında akt qeydi verilməmişdir. Mərhum X1 qəsəbəsindəki "Seyidlər Qəbristanlığı"nda dəfn edilmişdir. xx.xx.2023-cü il tarixdə Ərizəçi mərhum atası, X5 ölüm haqqında akt qeydinin verilməsinə dair 4 saylı Bakı “ASAN xidmət” X9 müraciət etmiş və 4 saylı Bakı “ASAN xidmət” X7 xx.xx.2023-cü il tarixdə verdiyi 3-16-5/-15- 993/2023 nömrəli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3 X17”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəlili qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X23" məscidinin İmam Axundu tərəfindən verilmiş arayışında qeyd edilir ki, X1 qəsəbəsində "Seyidlər Qəbristanlığı"nda dəfn edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X22 7 nömrəli BŞX-nin arayışına əsasən 19 sentyabr 2023-cü il tarixdə vəfat etmiş X11 7 nömrəli BŞX-na uzun müddət müraciət etmədiyinə görə müvafiq məlumatın verilməsinin mümkün olmaması və məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4 saylı Bakı “ASAN XİDMƏT” X14 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan XVİİİ-5KT № 418429 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi «atası» qrafasında X11, azərbaycanlı, «anası» qrafasında isə X8, azərbaycanlı qeyd edilmişdir. İş materiallarında olan 4 saylı Bakı “ASAN XİDMƏT” X7 xx.xx.2023-cü il tarixli, 3- 16-5/-15-993-2023 nömrəli məktubda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X3 X17”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. İş materiallarında olan Qafqaz Müsəlmanları İdarəsi, Maştağa qəsəbəsi, "X23" məscidinin İmam Axundu tərəfindən verilmiş Q/A№013 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilir ki, X1 qəsəbəsində "Seyidlər Qəbristanlığı"nda dəfn edilmişdir. İş materiallarına X5 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X6 ifadəsində bildirmişdir ki, X11 onun qaynıdır və Maştağa qəsəbəsindəki “Seyidlər Qəbristanlığı”nda dəfn edilib. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadəsində bildirmişdir ki, X11 onun böyük qardaşıdır. 19 sentyabr 2023-cü il tarixdə ölmüşdür. X1 qəsəbəsindəki “Seyidlər Qəbristanlığı”nda dəfn edilib. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il tarixdə doğulmuş X5 xx.xx.2023-cü il tarixində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar