Məhkəmə qərarları › İş №2(008)-6982/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6982/2025

21.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6982/2025 21.01.2026 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X2 Şəhərlərin Su Təchizatı Xidməti X4rşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Dövlət Su X2 Şəhərlərin Su Təchizatı Xidməti X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinin **********01 N-li abonent kodu olan su sayğacına cavabdeh tərəfindən əsassız olaraq tərtib olunmuş xx.xx.2025-ci il tarixli 122982 Nli Akt əsasında hesablanmış 168 (yüz altmış səkkiz) manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev onun istifadəsindədir. Bildirir ki, 2023-cü ildə həmin evə **********01 N-li Abonent kodu açılmaqla mexaniki sayğac qoyulmuşdur. Bildirir ki, həmin vaxtdan işlətdiyi suyun sərfiyyatına uyğun olaraq suyun pulunu ödəmişdir. Bu yaxınlarda işlətdiyi suyun sərfiyyatından artıq borc yazıldığının şahidi oldu. Həmin borcun hansı səbəbdən yazıldığını öyrənmək üçün Azərbaycan Dövlət Su X1 Şəhərlərin Su Təchizatı Xidməti" X6 Sabunçu Rayon Sukanalı İdarəsinə müraciət etdi. Oradan bildirdilər ki, onun ünvanına baxış keçirilib və ünvanında "su xəttindən qanunsuz istifadə halı aşkar edilmiş" və bu barədə ona xx.xx.2025-ci il tarixli 12298. N-li Akt tərtib olunmuş və həmin akta əsasən 168 (yüz altmış səkkiz) manat cərimə məbləği yazılmışdır. O Sabunçu rayon Sukanal İdarəsinin cavablarının əsassız olduğunu bildirdi. Həmçinin bildirdi ki, onun su sayğacından başqa heç bir qanunsuz müdaxilə əsasında su işlətməmişdir. İşlətdiyi su sayğacından gəlib və həmin suyun pulunu ödəmişdir. “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin Sabunçu rayon Sukanal İdarəsinin yazdığı borcun tam olaraq əsassız olduğunu düşündüyü üçün həmin borcun silinməsini tələb etdi. Lakin "Azərsu" Açıq Səhimdar Cəmiyyətinin Sabunçu rayon Sukanal İdarəsi borcu silməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini, borcun silinməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət Su X2 Şəhərlərin Su Təchizatı Xidməti X6 keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə xəbardar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və tələbin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəfin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı ünvan 1 ünvanı üzrə 0**********01 nömrə ilə abonent ilə Azərbaycan Dövlət Su X2 Şəhərlərin Su Təchizatı Xidməti X6ndə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il traixli 122982 nömrəli aktın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin istehlakçısı İddiaçı su xəttindən qanunsuz istifadə halı aşkar edilmişdir. 0**********01 nömrəli abonent İddiaçı məxsus abonent kartından görünür ki, abonentə cəriməyə əsasən 2025-ci ilin avqust- sentyabr ayı tarixində 168 manat borc hesablanmışdır. Məhkəmənin Azərbaycan Dövlət Su X2 Şəhərlərin Su Təchizatı Xidməti Publik X5 Rayon Sukanal İdarəsinə verdiyi sorğuya əsasən göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə tərəflər arasında bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən Sabunçu rayonu, Ramana qəsəbəsi 2-ci sahə ev 333/M-də yerləşən, İddiaçı məxsus mənzil su ilə təchiz edilmişdir (abonent kodu: 0**********01). Abonentin istifadə etdiyi suyun dəyəri həmin ünvana xx.xx.2023-cü il tarixində quraşdırılmış İSS-20M-2 markalı, 23093896 nömrəli sayğacın göstəricilərinə uyğun olaraq hesablanmışdır. Məlumat üçün bildirir ki, xx.xx.2025-ci il tarixində əməkdaşlar tərəfindən abonentin su təchizatı sisteminə baxış keçirilən zaman sayğacdankənar olmaqla d=20 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə faktı aşkar edilmiş və bununla bağlı 122982 nömrəli dəymiş ziyan aktı tərtib edilmişdir. Bu səbəbdən “Sudan istifadə Qaydaları”na 4 nömrəli əlavəyə uyğun olaraq sudan qanunsuz istifadəyə görə 240 m3 (168 manat) sərfiyyat hesablanmışdır (240m3 x 0.70 manat = 168 manat). Abonentin iddia ərizəsində (İş №2(008)-6982/2025) mübahisələndirdiyi 168 manat borc məbləği barədə onu qeyd edir ki, abonentlərlə iş şöbəsində araşdırma nəticəsində məlum olmuşdur ki, anlaşılmazlıq səbəbindən abonentə səhvən cərimə yazılmış və borc məbləği qeydə alınmışdır. Hazırda abonentin hesabında sudan istifadəyə görə ümumilikdə 196.80 manat borc vardır. Həmin borcun 168 manatı əsassız hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən su təchizatı müəssisələrindən alınan su həmin şəxslərin mülkiyyətidir və bu Qanunda nəzərdə tutulan hallar istisna olunmaqla, bu sudan onlar tərəfindən istədikləri şəkildə istifadə olunur. Həmin Qanunun 5.2-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 30-cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa “Sudan istifadə” qaydalarının 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. “Sudan istifadə” qaydaları istehlakçıların hüquqlarına həsr olunmuş 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ var. Həmin Qaydaların 3.5-ci maddəsinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır. Məhkəmə hesab edir ki, iş üzrə əsas mübahisə xx.xx.2025-ci il tarixli 122982 nömrəli akt əsasında iddiaçıya hesablanmış 168 manat məbləğində borcun hüquqi əsasının olub-olmaması ilə bağlıdır. İş materiallarından, xüsusilə Sabunçu rayon Sukanal idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli rəsmi məktubdan müəyyən olunur ki, iddiaçıya 168 manat məbləğində borc anlaşılmazlıq səbəbindən səhvən hesablanmış və həmin məbləğin 168 manat hissəsi əsassız hesab edilmişdir. Belə olan halda, cavabdeh qurumun özü tərəfindən mübahisələndirilən məbləğin əsassız hesab edildiyi etiraf olunmuşdur. İş üzrə müəyyən olunur ki, 168 manat məbləğində borcun hesablanması cavabdehin öz izahatına əsasən səhv olmuşdur və həmin məbləğin tutulması üçün hüquqi əsas mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evin 0**********01 №-li abonent kodundan 168 manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar