Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-6990/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Ərizəçi, Maraqlı şəxs1, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Maraqlı şəxs1 olmaqla övladlığa götürmə tələbinə dair ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi (sonradan - Sosial Xidmətlər Agentliyi) və Maraqlı şəxs1 qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 Ərizəçi övladlığa verilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 adına tərtib edilmiş doğum akt qeydində uşağın adının “X9”, «ata» qrafasında «Ərizəçi»nun qeyd edilməsi, doğum tarixi və «ana» qrafasının qeyd olunduğu kimi saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1989-cu ildə, Azərbaycan Respublikasında doğulmuşdur. Həyat yoldaşı Maraqlı şəxs1 ilə xx.xx.2018-ci ildə nikah bağlamışdılar. Orta təhsillidir, "xxxx" QSC-də satıcı vəzifəsində işləyir. Ruhiəsəb, narkoloji, vərəm, onkoloji və infeksion xəstəliklərlə barədə tibbi arayışları əldə etmişdir, sağlamdır. Hazırda, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları ünvanında yaşayır. Övladlığa götürmək istədiyim uşaq - xx.xx.2014-cü il tarixdə doğulmuş X6 - həyat yoldaşının 1-ci nikahından olan övladıdır. Uşağın bioloji atası X7 xx.xx.2016-cı ildə vəfat etmişdir. Həyat yoldaşı xx.xx.2022-ci il tarixli, 8İ-29962 saylı notarial ərizə ilə uşağın övladlığa götürülməsinə razılığını ifadə etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahat verərək, uşağının Ərizəçi övladlığına verilməsinə razı olduğunu bildirdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Nümayəndə izahat verərək, qeyd etdi ki, ərizəçi məhkəmədən əvvəl Agentlyiə müraciət etmişdir. Agentlik tərəfindən bütün lazımi araşdırmalar aparılmış və uşaqların ərizəçiyə övladlığa evrilməsi məqsədəmüvafiq hesb edilmişdir. Xahiş edir, ərizə təmin edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1989-cu il tarixdə doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ləhiş bağları ünvanında arvadı Maraqlı şəxs1 və xx.xx.2014-cü il tarixdə doğulmuş X8 ilə qeydiyyatsız yaşayır (AA058706 N-li şəxsiyyət vəsiqəsi, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3809 №-li xx.xx.2022-ci il tarixli arayış). Ərizəçi xx.xx.1993-cü il tarixdə doğulmuş İbrahimova (Məmmədova) Rufanə Əlikiram qızı ilə xx.xx.2018-ci ildə nikahlarını bağlamışdılar (AZ-İİ 310177 N-li nikahın bağlanması haqqında şəhadətnamə). Ərizəçinin arvadı Məmmədova (hazırda İbrahimova) Rufanə Əlikiram qızı və X4 uşaqları - X8 xx.xx.2014-cü il tarixdə doğulmuşdur (AZ-İİİ № 384359 doğum haqqında şəhadətnamə). Uşağın atası X7 xx.xx.2016-cı il tarixdə ölmüşdür (AZ-İ № 776759 ölüm haqqında şəhadətnamə). Ərizəçi "xxxx" QSC-də satıcı vəzifəsində işləyir və 400 manat məbləğində əmək haqqı alır ("xxxx" QSC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış). «Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası» X15 tərəfindən verilmiş 352 №-li, xx.xx.2022-ci il tarixli tibbi arayışlardan görünür ki, Ərizəçi və Maraqlı şəxs1 «tənəffüs orqanlarının vərəmi», «bədxassəli onkoloji xəstəliklər», «narkomanlıq, toksikomanlıq, xroniki alkoqolizm», «infeksion xəstəliklər», «ruhi xəsləliklər» üzrə müayinədən keçmiş və adlarıçəkilən xəstəliklər üzrə «neqativ» nəticə əldə olunmuş, ruhipsixi dəyişiklik aşkar edilməmişdir. Maraqlı şəxs1 valideyn-namizədin müraciəti əsasında aldığı xx.xx.2022-ci il tarixli, 8İ-29962 nömrəli notarial ərizəsində övladı X3 Ərizəçi tərəfindən övladlığa götürülməsinə razılığını ifadə etmişdir. 7 nömrəli BŞX X2 xx.xx.2022-ci il tarixli 1 nömrəli arayışına əsasən X1. Ərizəçi müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığa götürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğunluğuna dair xx.xx.2022-ci il tarixli Rəy verilmişdir. Həmin rəyə əsasən valideyn-namizəd (Ərizəçi) haqqında məlumatlar təhlil edilərək valideyn-namizədin növbəti mərhələyə keçməsinə mane olan hal aşkar edilməmis, valideyn-namizədin övladlığa uşaq götürmək üçün müraciəti zamanı təqdim etdiyi sənədlər əsasında onun Ailə Məcəlləsinin 120 və 121-ci maddələrinin tələblərinə əsasən övladlığa götürmə hüququnu məhdudlaşdıran və ya övladlığa götürməyə imkan verməyən, qanunvericiliyin tələbinə əsasən növbəti mərhələyə keçməsinə mane olan və qanunvericiliyin tələbinə əsasən növbəti mərhələyə keçməsinə mane olan və qanunvericiliklə övladlığa götürməyə icazə verməyən hər hansı hal aşkar edilməmiş, övladlığa götürmə üçün valideyn-namizədin uçota alınması mərhələsinin nəticəsini nəzərə alaınaraq valideyn-namizəd Ərizəçi tərəfindən X3 övladlığa götürülməsi uşağın mənafeyinə uyğun hesab edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin təmin olunmalı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 122.4.-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı məhkəməyə övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy təqdim edir; 118.1-ci maddəsinə görə övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir; 117.1-ci maddəsinə görə övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir; 119-1.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı övladlığa götürülən uşaq 18 yaşına çatanadək uşağın ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji və psixi sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə övladlığa götürmənin birinci ilində rübdə bir dəfə, növbəti illərdə ildə bir dəfədən az olmayaraq olaraq monitorinq aparır. 122.1-ci maddəsinə əsasən valideynləri olan uşaq bu Məcəllənin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Yetkinlik yaşına çatmayan valideynlərin uşaqlarının övladlığa götürülməsi zamanı həmin valideynlərin qəyyumlarının (himayəçilərinin) və valideynlərinin razılığı, valideynlər, qəyyumlar və himayəçilər olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Uşaqlarının övladlığa götürülməsinə valideynlərin yazılı razılığı notariat qaydasında, valideyn himayəsindən məhrum olan uşağın yerləşdiyi müəssisənin rəhbəri və ya övladlığa götürmənin həyata keçdiyi yer, yaxud valideynlərin yaşadığı yer üzrə qəyyumluq və himayə orqanı tərəfindən təsdiq olunmalıdır. Razılıq həmçinin məhkəmədə övladlığa götürmə zamanı şifahi olaraq verilə bilər; 125.1-ci maddəsinə əsasən övladlığa götürənin xahişi ilə övladlığa götürülən uşağa övladlığa götürənin soyadı və yeni ad verilir. Övladlığa götürən kişidirsə, uşağa ata adı onun adı ilə, övladlığa götürən qadındırsa, uşaq barəsində uşağın atasının hüquq və vəzifələrinin saxlandığı hallardan başqa, ata adı qadının göstərişi ilə verilir. Nikahda olmayan şəxs uşağı övladlığa götürdükdə, uşağın soyadı, adı və anasının (atasının) adı doğum haqqında qeydiyyat kitabında həmin şəxsin göstərişi ilə yazılır; 125.4-cü maddəsinə əsasən övladlığa götürülənə soyad və ata adı verilməsi, habelə onun adının dəyişdirilməsi övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. 127.1-ci maddəsinə əsasən məhkəmə övladlığa götürənlərin xahişi ilə onları övladlığa götürülənlərin valideynləri kimi doğumun qeydi kitablarına yazılmasını qət edə bilər; 127.3-cü maddəsinə əsasən övladlığa götürənlərin valideyn kimi yazılması zəruriliyi barədə övladlığa götürmə haqqında məhkəmə qətnaməsində göstərilir. 130.1-ci maddəsinə əsasən övladlığa götürmənin sirri qanunla mühafizə olunur; 130.2-ci maddəsinə əsasən övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir; 130.3-cü maddəsinə əsasən övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Məhkəmə hesab edir ki, X3 Ərizəçi tərəfindən övladlığa götürülməsi övladlığa götürülən uşağın mənafeyinə uyğundur və bunu istisna edən heç bir hallar yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixdə doğulmuş X3 Ərizəçi övladlığına verilməlidir Azərbaycan Respublikasının MPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxaraq, uşağın övladlığa götürülməsi haqqında övladlığa götürənlərin (götürənin) xahişinin təmin və ya rədd edilməsi haqqında qərar qəbul edir. Övladlığa götürmə haqqında xahişi təmin edərkən məhkəmə uşağı konkret şəxslər (şəxs) tərəfindən övladlığa götürülmüş hesab edir və qətnamədə övladlığa götürmənin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda qeyd edilməsi üçün zəruri olan övladlığa götürülən və övladlığa götürənlər (götürən) haqqında bütün məlumatları göstərir. Şərh edilənləri və uşaqların mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il tarixdə doğulmuş X8 Ərizəçi övladlığına verilməlidir. Eyni zamanda ərizəçinin tələbi əsasında uşağın doğum akt qeydində uşağın adı “Ərizəçi”, «ata» qrafasında «Ərizəçi» qeyd edilməli, doğum tarixi və «ana» qrafası qeyd olunduğu kimi saxlanılmadır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216220, 233, 349, 350-ci və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X8 Ərizəçi övladlığa verilsin. xx.xx.2014-cü il tarixdə doğulmuş X3 adına tərtib edilmiş doğum akt qeydində uşağın adı ““X9”, «ata» qrafasında «Ərizəçi» qeyd edilsin, doğum tarixi və «ana» qrafası qeyd olunduğu kimi saxlanılsın. Hazırki qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-6990/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-6990/2022
07.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver