Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-70/2025 11.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və 4 saylı Cavabdeh2riat ofisinə qarşı "icra qeydinin ləğvi" və “borc müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və 4 saylı Cavabdeh2riat ofisinə qarşı "icra qeydinin ləğvi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4 saylı Bakı Cavabdeh2riat Ofisinin 8İ-800 nömrəli, xx.xx.2023-cü il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Cavabdeh1 ilə biznes əlaqələri vardır. Bununla əlaqədar iddiaçının pula ehtiyacı olduğuna görə Cavabdeh1 borc almaqla əlaqədar razılığa gəldilər. 14 yanvar 2022-ci il tarixində 4 saylı Bakı Cavabdeh2riat Ofisində kredit müqaviləsi bağladılar. Həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıya 50 *** manat borc verdi. Borcu aldıqdan sonra qısa müddət ərzində borcu ödəmiş, lakin kredit müqaviləsi qüvvədə qaldığı üçün Cavabdeh1 notariat ofisinə müraciət edərək icra qeydi almışdır. Suraxanı rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixində İcra şöbəsinə çağırıldıqdan sonra icra məmuru Rüfət Maqsudov iddiaçıya bildirdi ki, 4 saylı Bakı Cavabdeh2riat Ofisinin 8İ-800 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra sənədinə əsasən borclu İddiaçı cəmi 50 *** manat borc pul vəsaiti tələbkar Cavabdeh1 verilməlidir. Kredit müqaviləsi ilə əlaqədar borcu tam şəkildə ödədiyinə görə iddiaçı, Cavabdeh1 qarşı 14 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin ləğvi ilə əlaqədar məhkəməyə müraciət etmək üçün sənədləri hazırlayır. Daha sonra İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında xx.xx.2022-ci il tarixində 4 saylı Bakı Cavabdeh2riat ofisində bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə uzun müddət biznes əlaqələri, işgüzar münasibətləri mövcud olmuşdur. İddiaçı metal konstruksiyaların, darvazaların və sair metal məmulatların hazırlanması ilə məşğul olur. Əsas sifarişlər “Sea Breeze” istirahət mərkəzindən olurdu. Cavabdeh1 “Sea Breeze” istirahət mərkəzində texniki şöbənin rəisi işləyirdi. İddiaçıya oradan müxtəlif metal konstruksiyaların, darvazaların, dəniz kənarında çətirlərin hazırlanması, restoranın metaldan yığılması sifarişlərini verirdi. Hər sifarişə görə Cavabdeh1 qazancını götürürdü. Axırıncı dəfə Cavabdeh1 iddiaçı üçün böyük həcmdə sifariş tapdı. İddiaçının həmin sifarişi yerinə yetirmək üçün əlavə pula ehtiyacı var idi. Cavabdeh1 iddiaçıya nə qədər pul lazım olduğunu soruşdu. O, 34*** manat məbləğində pul lazım olduğunu bildirdi. Cavabdeh1 dedi ki, özündə o qədər pul yoxdur. Ancaq dayısı kimi təqdim etdiyi şəxsdən həmin məbləği götürə bilər. Pulun nə qədər müddətə lazım olduğunu və nə qədər qazanc verə biləcəyini soruşdu. İddiaçı, 3 ay müddətinə 16*** manat qazanc verəcəyini bildirdikdə, cavabdeh, pulu notariusda verəcəyini bildirdi. 14 yanvar 2022-ci il tarixində 4 saylı Bakı Cavabdeh2riat Ofisində borc müqaviləsi bağladılar. Həmin müqaviləyə əsasən Cavabdeh1 Mirqasım oğlu iddiaçıya 2 ay müddətinə 50 *** manat məbləğində borc verdi. İddiaçı həmin puldan 34 *** manat saxladı, 16 *** manatını isə dərhal qazanc kimi Mehdiyev Elxana qaytardı. İddiaçı həmin sifarişi və Cavabdeh1 verdiyi digər sifarişləri icra etməyə başladı. Bir müddət sonra iddiaçı Cavabdeh1 yaşadığı ünvanda 10 *** manat nəğd pul verdi ki, borcdan silsin. O da qəbul etdi. Sonra Cavabdeh1 zəng edib bildirdi ki, təcili generator lazımdır, lakin pulu yoxdur, əgər almağa imkan varsa, al ver, borcdan çıxar. İddiaçı ona 2800 manat dəyərində təzə generator alıb göndərdi. Daha sonra görülən işlərdən Cavabdeh1 olan borcunu tam şəkildə ödədi. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(008)-3078/2023 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı borc müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(008)-3078/2023 saylı mülki iş, İddiaçı Cavabdeh1 və 4 saylı Cavabdeh2riat ofisinə qarşı "icra qeydinin ləğvi" və “borc müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə 2(008)-2535/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X6 iddianı müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı ilə biryerdə işləyib, ona pul verirdi, o da, sifarişləri hazır edib gətiridi. Pirşağı sexində iddiaçı ilə danışıb 5***0 manat pul verib, lakin həmin pul qaytarılmayıb. Sübut kimi təqdim olunan whatsapp yazışmaları onun Fəridə yazdığı mesajlar deyil, göstərilən nömrə ona məxsus olsa da, yazışmalara sonradan müdaxilə olmuşdur. Şahid qismində dindirilmiş X3, izahatında bildirmişdir ki, o, iddiaçı ilə X18 birgə işləyib. O, Fəridin Elxandan 5***0 manat borc aldığını, notariusda borcla bağlı müqavilə bağladıqlarını Fəridin söhbəti əsasında bilib. X5 evində ona 1***0 manat verdiyindən məlumatı var. Həmin pulu verməyə onunla gedib, o maşında gözləyib, Fərid isə pulu aparıb Elxana verib. İşlədikləri müddətdə pul Elxan vasitəsi ilə verilirdi Fəridə, Fərid isə həmin pulla onların əmək haqqını verirdi. Şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, onun Pirşağıda sexi var. Körpü binada onunla işləyəndə işçilərin pullarını vermirdi. Bir gün gəldi ki, See Breezde iş götürüb. Elxanı Fəridlə gələndə orda tanıyıb, Onlar öz aralarında 5***0 manat haqq hesab ediblər. Fəridin ona da 12*** manat borcu var, onun adına generator alıb və hazırda da krediti o ödəyir. Tərəflər arasında 5***0 manat söhbəti onun sexində olub. Fəridlə çox yaxın olub və bildirir ki, Fəridin gördüyü işlərə görə 3***0,1***0,5***0 manat qazancları olurdu. Şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Bütün sex işçiləri bilirdi ki, Fəridin Elxana 5***0 manat borcu var. Fəridin çox adama borcu var, hətta borcuna görə evini də əlindən alıblar. İş materiallarında olan Bakı Şəhəri 4 saylı Notariat Ofisinin xüsusi notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən xx.xx.2022-ci ildə reyestrdə 3M-20 nömrəli qeydlə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “Kredit müqqaviləsi”ndən görünür ki, Cavabdeh1 (borc verən) və İddiaçı (borc alan) aşağıdakı şərtlərlə kredit müqaviləsi bağlanmışdır:
1. "Borc verən" "borc alana" 5***0 manat 00 qəpik (əlli min manat sıfır qəpik) məbləğində pul borc verir.
2. "Borc alan" borc aldığı 5***0 (əlli min manat sıfır qəpik) manat krediti xx/xx/2022 tarixədək "Borc veranə" qaytarmağı öhdəsinə götürür.
3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər.
4. Kredit müqavilesindən irəi gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir.
5. "Borc alan" kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər.
6. "Borc verən" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir.
7. "Borc alan“ müqavilə üzrə müəyyən edilmiş müddətdə kredit qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.
8. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.
9. Bu müqaviləyə dəyişikliklər və ya əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir.
10. Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alan" çəkir.
11. Bu müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edildi. Onlardan biri notariat ofisində saxlanılır, digər nüsxələri isə tərəflərə verilir. -xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 4 saylı Bakı “Asan” mərkəzi Notariat Ofisinin 8İ-800 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-5/1049/2024 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android11” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli “**********30881, **********30889” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiqatlar nəticəsində “Samsung Galaxy A31” markalı “SM-A315F/DS” modelli mobil smartfonun yaddaşında “+994 55 241 07 31” abonent nömrəsi və “Elxan” istifadəçi adı ilə qeydiyyatdan keçmiş “Whatsapp” proqram təminatında “Fərid Borclu” adı ilə qeydolunan “+994 50 640 16 86” abonent nömrəsi ilə aparılmış məlumat mübadilələri aşkar olundu. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında 14 yanvar 2022-ci il tarixində 4 saylı Bakı Cavabdeh2riat Ofisində kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 iddiaçıya 50 *** manat borc vermiş, İddiaçı həmin borcu 15 mart 2022-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. İşin mübahisəli halı isə iddiaçı tərəfindən bütün ödənişlərin edilməsini müəyyən etməkdir. Belə ki, İddiaçı iddia edir ki, müqavilə üzrə pulun 16*** manatını dərhal Cavabdeh1 qaytarıb, bir müddət sonra Cavabdeh1 yaşadığı ünvanda 1***0 manat nəğd pul verib və daha sonra görülən işlərdən Cavabdeh1 olan borcunu tam şəkildə ödəyib. Məhkəmə işin hallarını nəzərdən keçirərək, işin mübahisəli hallarına qiymət verərək onu vurğulayır ki, İddiaçı borcunu tam şəkildə qaytardığını iddia etsə də, buna dair məhkəməyə tutarlı bir sübut təqdim etməmişdir. Onların aralarında olan whatsap yazışmalarına münasibət bildirərək qeyd edir ki, sözügedən yazışmaların məzmununda söhbət puldan getsə də, məhz icra qeydində göstərilən pulun iddiaçı tərəfindən ödənildiyini cavabdeh təsdiq etmir. Sübut qismində məhkəmədə şahidlər dindirilsə də, şahidlər bir qədər ziddiyyətli ifadələr vermiş və bir birinə əks olan məlumatlar vermişlər. Buna görə də, məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh1 və 4 saylı Cavabdeh2riat ofisinə qarşı "icra qeydinin ləğvi" və “borc müqaviləsinin ləğvi” barədə iddia tələbi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Adilə Paşayeva.