Məhkəmə qərarları › İş №2(008)-7000/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7000/2023

30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7000/2023 30.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədirliyi Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi X1in maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri» X2 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri» X2 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə ərizə icraata götürülmüş müvafiq prosessual hərəkətlər edilməklə məhkəmə hazırlıq iclası 30 noyabr 2023-cü il tarixə saat 11:15-ə təyin edilmişdir. Ərizəçi X1 məhkəməyə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, ərizəni və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Tərəflər tərəf məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalı, ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud Ərizəçinın vəsatəti ilə ərizə qaytarıla bilər. Bundan başqa Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılırsa ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllə 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 7628 nömrəli qəbzdən görünür ki, X1 tərəfindən 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi X1 maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri» X2 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» mülki iş geri qaytarıldığından X1 tərəfindən ödənilmiş 100 manat dövlət rüsumun büdcədən ərizəçiya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 268, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X1in maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri» X2 1 saylı Bakı Ərazi İdarəsi olmaqla «hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər və xx.xx.2023-cü il tarixli, 7628 nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar