Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7030/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızı, Ərizəçi Mubarizovnanın hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Mubarizovna ərizə ilə məhkəməyə müraciət edərək, şəxsiyyətinin müəyyən olunması və vətəndaşlıq məsələsinə baxılması üçün hüquqi əsas yaradılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2, 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2-ci maddəsində məhkəmə qaydasında müəyyən edilən faktların dairəsi göstərilmişdir. Lakin onlar arasında şəxsiyyətin müəyyən olunması barədə hüquqi əhəmiyyətli faktın müəyyən olunması nəzərdə tutulmamışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, ərizənin məzmunundan müəyyən olunur ki, Ərizəçi Mubarizovna vətəndaşlığı olmayan şəxsdir. Bu səbəbdən, o, ilk növbədə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsubiyyətinin olmamasının müəyyən edilməsi barədə arayış verilməsini xahiş etməli, həmin orqandan imtina cavabı aldıqdan sonra şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir. Yəni ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən imtina məktubu aldıqdan sonra, həmin orqanı maraqı şəxs qismində işə cəlb etməklə, qeyd olunan tələblə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Mubarizovnanın hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra o, ümumi qaydada aidiyyəti məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-7030/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7030/2025
16.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver