Məhkəmə qərarları › İş №2(008)-704/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-704/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-704/2024 10.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/s, ünvan 1 evə təbii qazına görə əsassız hesablanmış 1.000 manat məbləğində borcun onun **********00003 saylı abonent hesabından silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə tarixdə cavabdehin nümayəndəsi onun yaşadığı ünvana gələrək onun evinin qaz sayğacını dəyişib yenisi ilə əvəz etmişlər və sayğaca plomb vurulmuşdur. Sayğacı çıxarıb aparan zaman ona bildirmişlər ki, sayğaca baxış keçiriləcəkdir. Cavabdeh tərəfindən sayğaca baxış keçirildikdən sonra ona 1.000 manat məbləğində əsassız borc yazmışlar. Cavabdeh bildirir ki, guya ki sayğaca müdaxilə edilərək içərisində deşik açılmışdır. Halbuki, sayğacın üzərində plomb olmuşdur, o, plomba müdaxilə etməmiş, belə olan halda sayğacın üzərində plomb olduğu halda o, sayğacın içərisində necə deşik aça bilər ki? Bu mümkün olan bir şey deyildir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən əsassız hesablanmış borc qalmaqda davam edir, onun adından silməkdən imtina edirlər. Cavabdeh əsası olaraq 96 manat kartdan tutmuşdur. Hesab edir ki, həmin əsassız hesablanmış borc məbləği onun abonent hesabından silinməlidir. Ona görə də o, məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində iddiaçının atasının adı səhvən “Noruz” yerinə “Novruz” kimi qeyd edilmiş, aktların tarixi isə 24.102018 və xx.xx.2018 yerinə 24.102.2023 və 31.102023 kimi qeyd edilmişdir. Odur ki, iddia ərizəsində iddiaçının atasının adının “Noruz” aktların tarixinin isə xx.xx.2018 və xx.xx.2018-ci il tarix kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş matriallarına əlavə edilmiş İddiaçı məxsus **********00003 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2023-cü ilin sentyabr ayının sonu üçün 958.5 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akt surətindən görünür ki, İddiaçı Maştağa qəsəbəsi, Savalan y/s, ünvan 1 ünvanında yerləşən evdə 29/1710-02023/1-30 saylı xx.xx.2018-ci il tarixli rəyə əsasən 1202A**********54 nömrəli sayğacın çıxış plastmas borusu deşilmişdir. xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus 1202A**********54 nömrəli sayğac 1802AZ**********34 nömrəli sayğacla əvəz edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00003 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 9720 kub metr hesablanaraq dəymiş zərər 972 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşilməsi məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən **********00003 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 9720 manat borcdan 972 manat olan hissəsi silinməlidir. Bundan başqa iddiaçı xx.xx.2018-ci il tarixli akta əsasən yazılmış cərimənin silinməsi xahiş edilsə də, iş materiallarına əlavə edilmiş aktdan məlum olur ki, sözügedən akt sayğacın dəyişməsi ilə əlaqədar tərtib edilmiş, həmin akta əsasən hər hansı bir cərimə məbləği hesablanmamışdır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən **********00003 saylı abonentə qanunsuz olaraq hesablanmış 972 (doqquz yüz yetmiş iki) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar