Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-705/2025 13.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X11 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşaqları - X5 və X6 ilə birlikdə onun xüsusi mülkiyyətində olan ünvan 1-dən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun gəlini, X5 və X6 isə onun nəvələridir. Cavabdeh iki il əvvəl azyaşlı uşaqları - X5 və X6 ilə birlikdə onun mülkiyyətində olan ünvan 1-dən köçüb getmişlər. Həmin vaxtdan indiyə kimi mülkiyyətində olan ünvan 1-ə gəlməmişlər. Cavabdeh və onun azyaşlı uşaqları - X5 və X6 onun mənzilindən köçüb getmələrinə baxmayaraq, formal olaraq onun mənzilində pasport qeydiyyatında qalmışlar. Belə olan halda bir mülkiyyətçi kimi onun hüquqları əsassız olaraq məhdudlaşdırılır. Cavabdeh və onun azyaşlı uşaqları - X5 və X1 mülkiyyətində olan ünvan 1dən qeydiyyatdan çıxara bilməyi üçün, ilkin olaraq mülki məhkəmə icraatı qaydasında onların sözügedən mənzildən istifadə hüquqlarının olub-olmaması müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş edərək bildirmişdir ki, Cavabdeh ilə oğlu X2 xx.xx.2006-cı il tarixdə birgə nikaha daxil olmuşdurlar. Cavabdeh ilə oğlu arasında nikah bağlandığı gündən onlar onun mülkiyyətində olan mənzildə yaşamışdırlar, lakin artıq 3 ildir ki, cavabdeh və onun 2 azyaşlı övladları evi tərk etmişdir. Lakin oğlu hələdə onun evində yaşayır. Cavabdeh ilə oğlu arasında bağlanmış nikah pozulmamışdır. Ancaq oğlunun qeydiyyatdan çıxarılmasını isdəmədiyini, oğlu ilə cavabdehin hazırda küsülü olduğunu bildirmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırlımış cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2010-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı xx.xx.2005-ci il tarixdən rəsmi qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzildə İddiaçı ilə ynaşı X2, X12, X6, X4, Cavabdeh, X3r. Elektron məhkəmə İnformasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixdən ünvan 2 ünvanında yerləşən mənzildə rəsmi qeydiyyatda olmuşdur. Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etmiş, mediasiya xərci olaraq 50 manat ödənilmişdir. 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 147 saylı Mənzil- Kommunal İstismar Sahəsinin 687 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı gəlini Cavabdeh və nəvələri X7 və X8 qonşuların aktına əsasən Bakıxanov qəsəbəsi, Əhmədbəy Ağayev küçəsi, ev 27, mənzil 24 ünvanında yaşamırlar. Bakı şəhər sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə X9 arasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində 894 nömrəsi ilə nikah bağlanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-ci il tarixli qərarına uyğun olaraq yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Beləliklə mülki işin hallarından məlum olur ki, iddiaçının oğlu ilə cavabdeh xx.xx.2006-cı il tarixdən rəsmi nikaha girərək hazırda iddiaçının mülkiyyətində olan mənzildə yaşamışdırlar. Beləliklə məhkəmə hesab edir ki, mülki iş matrilallarına əlavə edilmiş çıxarışdan sözügedən məznilin iddiaçının mülkiyyətinə keçməsi tarixi xx.xx.2010-cu il olduğu qeyd edilsədə, işin hallarından görünür ki, hələ xx.xx.2005-ci il tarixdən iddiaçı həmin mənzilə rəsmi qedyiyyata alınmışdır. İddiaçının vermiş olduğu izahatdan da məılum olur ki, iddiaçının oğlu ilə cavabdeh rəsmi nikaha daxil olduğu tarixdən cavabdeh həmin mənzildə yaşamağa başlamışdır. Beləliklə məhkəmə hesab edir ki, hazırki hüquq münasibələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müddaları tətbiq edilməlidir. Məhkəmə araşdırılması zamanı məlum olur ki, cavabdeh iddiaçının gəlinidir. Cavabdeh 2006-cı il tarixdən iddiaçının mülkiyyətində olan mənzildə yaşayaraq rəsmi qeydiyyata alınmış olsada, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən onun həmin mənzildə isitifadə hüququnun olması üçün yalnız mülkiyyətçinin razılığı ilə yol verilə bildiyi halda, iddiaçının cavabdehin həmin mənzilə istifadə hququnun olmasına dair yazılı razılığının olmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə məlum olurki, cavabdehin həmin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda olması formal xarakter daşıdığından yəni cavabdehin ünvan 2 ünvanında yerləşən mənzilə istifadə hüququ yaranmadığından olmayan hüquqa xitam verilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-705/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-705/2025
13.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver