Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-706/2024 12.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (Südçülük Sovxozu), Abbas Səhhət küçəsi 104 nömrəli sahədə yerləşən evinə müqaviləsiz sudan istifadəyə görə 168 (yüz altmış səkkiz) manat məbləğində yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, 16 iyun 2021-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (Südçülük Sovxozu), Abbas Səhhət küçəsi 104 nömrəli sahədə yerləşən torpaq sahəsi və üzərində tikili olan evi almış, həmin torpaq sahəsini də öz adına rəsmiləşdirmişdir. Buna baxmayaraq iddiaçı həmin evdə yaşamamış və bu gündə yaşamır. Faktiki olaraq ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu ünvanda yaşayır. Cavabdeh ASCnin əməkdaşları onun Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (Südçülük Sovxozu), Abbas Səhhət küçəsi 104 nömrəli sahədə yerləşən evində yaşayış olmadığı və sudan istifadə olunmadığı halda, onun müqaviləsiz su istifadə etdiyi qeyd edərək iştirakı olmadan akt tərtib edilmişdir. Qeyd olunan ünvanda yaşamadığını qəsəbə nümayəndəliyi də təsdiq edə bilər. Eyni zamanda aktdan da görünür ki, akt tərtib olunan zaman iştirakı təmin edilməmiş aktda onun imzası yoxdur. Əsassız hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ASC xx.xx.2024-cü il tarixdə iddiaya qarşı etiraz verərək, X2 məxsus mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikası Nazirlər kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təstiq edilmiş “Sudan istifadə Qaydalarına” əsasən aparıldığından iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Мəhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, borcun əsassız olduğunu və həmin ünvanda yaşayış olmadığını bildirərək, yazılan borcun silinməsini məhkəmədən xahiş etmişdir. Мəhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, məhkəməyə aktları təqdim etdiklərini, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunan 111879 nömrəli, 22 sentyabr 2023-cü il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi Südçülük Sovxozu ünvanında yerləşən evin su təchizatı və kanalizasiya sisteminə baxış keçirilmiş və müqaviləsiz sudan istifadə aşkarlanmışdır. Aktdan göründüyü kimi, İddiaçı həmin aktda imzası yoxdur. İş materiallarında olan İddiaçı məxsus abonent kartından görünür ki, onun 171,10 manat borcu vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyi istehlakçıların hüquqları vardır. Azərbaycan Respublikasının Su Məcəlləsinin 98-ci maddəsinə əsasən sudan istifadə haqqı müəyyən edilərkən istifadə edilən suyun qiyməti əsas götürülür. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30-cu maddəsinin 1-ci bəndinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qanunun tələbindən də göründüyü kimi iş materiallarında iddiaçıya hər ay sudan istifadə ilə bağlı hansı məbləğdə borcunun olması barədə heç bir məlumat verilməmişdir. Həmçinin iş materiallarına iddiaçı tərəfindən əlavə edilmiş **********00887 nömrəli abonent kodundan da göründüyü kimi Bakı şəhəri, Sabunçu rayonu, A.Səhhət küçəsində X2 məxsus evə xx.xx.2022-ci il tarixində quraşdırılmış Zenner G-4 manarkalı sayğacın abonent saldosundan da görünür ki, sayğacın göstəricisi 0 manat təşkil edir. Bu hal bir daha təstiq edir ki, həmin ünvanda yaşayış olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə CavabdehSC tərəfindən verilmiş etiraza fikir bildirərək qeyd edir ki, etirazda X3 Bakı şəhəri, Sabunçu rayonu, X6 ev 5/516 ünvanında sudan müqaviləsiz istifadə edildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təstiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.7-ci bəndinə əsasən su təchizatı sisteminə qanunsuz qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi 1 illik müddətinədək hesablanır. Bu səbəbdən də, itirilmiş sərfiyat 240 kub x 0,70 = 168 manat borc hesablanmışdır. Məhkəmə bu halları əsaslı hesab etmir. Belə ki, Hüseyin Mehdiyev tərəfindən sudan qanunsuz qoşulma halı ilə bağlı iş materiallarında bu halları təstiq edəcək foto və ya dideo çəkiliş ümumiyyətlə bu halı təstiq edən hər hası sübut təqdim edilməmişdir. Eyni zamnda 22 sentyabr 2023-cü il tarixli akta diqqət edən zaman aktda 28 oktyabr 1999-cu il tarixli 723 nömrəli “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası qanunun tələbləri rəhbər tutularaq, X2 borc hesablanmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçıya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (Südçülük Sovxozu), Abbas Səhhət küçəsi 104 nömrəli sahədə su və kanalizasiya xidmətləri üzrə sərfiyyata görə 168 manat borc hesablansa da bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı məxsus abonent hesabına daxil edilmiş borc əsassız olduğundan silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə görə, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinin hesabına ödənilməlidir. Göstrilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsu Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi (Südçülük Sovxozu), Abbas Səhhət küçəsi 104 nömrəli sahədə yerləşən evə sudan istifadəyə görə əsassız olaraq hesablanmış 168 (yüz altmış səkkiz) manat borc silinsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Qətnamədən tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-706/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-706/2024
12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver