Məhkəmə qərarları › İş №2(008)-7065/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7065/2024

27.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7065/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi iştirakları ilə, Ərizəçi 5 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi X7nin xx.xx.2003-cü il tarixli 28 №-li əmrlə arvadı X3 verilmiş 3-1155 kodlu 0,06 ha mirasın qəbulu müddətinin üzürlü hesab edilərək uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X5 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etmişdir. Birgə yaşadıqları dövrdə Sabunçu rayon, ünvan 1 ünvanında yerləşən mənzildə yaşamışlar. Birgə nigah zamanı təsərrüfatı birlikdə idarə etmiş və daşınmaz əmlak əldə etmişlər. Belə ki, AR Prezidentinin İşlər İdarəsinin X7nə məxsus (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) 3-1 155 kodlu 0,006 ha torpaq sahəsi xx.xx.2003-cü il tarixli 28 nömrəli Əmrlə mərhum həyat yoldaşının adına verilmişdir. Hazırda torpaq sahəsini öz adına keçirmək və qeydiyyata saldırmaq istəyir. Lakin miras əmlakla bağlı,yəni onun qəbul edilməsinin təsdiqi və prosessual müddətlərin bərpası zərurəti vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1959-cu il tarixdə doğulmuşdur, Bakı şəhəri Sabunçu rayon, ünvan 1də qeydiyyatdadır (AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçi xx.xx.1984-cü il tarixdə Cəfərova (Ələkbərova) Gültəkin Əyyub qızı ilə nikahını bağlamışdır (İİİ-JQ seriyalı 433172 №-li nigahın bağlanması haqqında şəhadətnamə). Onlraın iki uşağı doğulmuşdur: xx.xx.1985-ci il tarixdə X13, xx.xx.1987-ci il tarixdə X8 (322742 və 433172 №-li doğum haqqında şəhadətnamələr). Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 096 №-li sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7) Həmkarlar Təşkilatının xx.xx.2003-cü il tarixli 02 №-li protokolu nəzərə alınaraq Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7nin xx.xx.2003-cü il tarixli 28 №-li X1 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, torpaq sahəsinin sxemi tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X7 tərəfindən X3 Əmlak məsələləri Dövlət Komitəsinə təqdim olunması üçün xx.xx.2018-ci il tarixdə 850 №-li arayış verilmişdir. Həmin arayışa əsasən X7 tərəfindən (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) xx.xx.2003-cü il tarixli 28 nömrəli X2 müəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,06 ha hesabı ilə 3-1 155 kodlu torpaq sahəsinin ayrıldığı təsdiq edilmiş, torpaq sahəsinin ölçüsünün sənəd üzrə uyğun olduğu, məhkəmə mübahisəsinin olmadığı bildirilmişdir. Ərizəçinin arvadı X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 107901 №-li №-li ölüm haqqında şəhadətnamə). Ərizəçinin anası X4 mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu Ərizəçinin ərizəsi əsasında 5 saylı Bakı Asan xidmət mərkəzi notariat ofisinin xüsusi notariusu Xalid Hacıyev tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən olunmuş müddətin ötürüldüyünə görə ötürülmüş müddətin bərpası üçün notrarius tərəfindən məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir (notariusun xx.xx.2024-cü il tarixli, 1710 №-li məktubu). Hazırda ərizəçi mərhum anasına məxsus olmuş daşınmaz əmlakın qəbul edilməsi müddətinin uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın birinci növbə olan vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi üzrlü səbəblərdən vaxtında müraciət etmədiyindən ərizə təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsi X7nin xx.xx.2003-cü il tarixli 28 №-li X2 verilmiş 3-1155 kodlu 0,06 ha mirasın Ərizəçi tərəfindən qəbulu müddətinin ötürülməsi üzürlü hesab edilərək uzadılsın (bərpa edilsin). Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar