Məhkəmə qərarları › İş №2(008)-7079/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7079/2023

01.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7079/2023 01.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsədin sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, Maraqlı şəxs olmaqla, doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikası Bakı şəhərində 15 sentyabr 1996-cı il tarixdə bir qız uşağı doğması barədə hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, 15 sentyabr 1996-cı il tarixdə Bakı şəhərində 3 nömrəli şəhər klinik xəstəxanasının doğum şöbəsində anadan olub. X1 08 iyun 1956-cı il tarixində Bakı şəhərində anadan olub, xx.xx.1978-ci il tarixdə X3 ilə nikaha daxil olmuşdur. Anası 2014-cü ildə vəfat edib, ölümü qeydiyyata alınmayıb. Atası haqqında məlumatı olmayıb və onu tanımayıb. Ailə daxili yaranmış müəyyən səbəblərdən və sənədlərdə problem olduğuna görə vaxtında doğum haqqında şəhadətnaməsi alınmayıb. Maraqlı şəxsnə doğum faktının müəyyən edilməsi üçün müraciət etsə də, ona məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsi məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 16 noyabr 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi izahatında bildirmişdir ki, ərizəçini çoxdan tanıyır. Ərizəçinin anası vəfat edib, sənədinin olmadığından anasının ölüm haqqında şəhadətnaməsini almaqda çətinlik çəkirdi. Ərizəçinin doğum haqqında arayışı olduğunu bildirmişdir. X4, yəni anasının birinci nikahından dünyaya gəldiyini dedi. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-1809/2023 nömrəli cavab məktubunda doğumun qeydə alınması üçün tələb olunan sənədlər təqdim edilmədiyindən doğumun dövlət qeydiyyatı mümkün olmamışdır və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə olunub. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Yeganə Muxtar qızı 15 sentyabr 1996-cı il tarixdə bir qız uşağı doğub. İş materiallarında olan Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, Ərizəçi həqiqətən Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 A nömrəli mənzildə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Ərizəçi hazırkı ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, toplanmış və araşdırılmış sübutlar X2 bir qız uşağı doğması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X2 Azərbaycan Respublikasının Bakı şəhərində xx.xx.1996-ci il tarixdə bir qız uşağı doğması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar