Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7107/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, usta Cavabdeh onlardan aldığı və heç bir iş görmədiyi halda mənimsədiyi 500 (beş yüz) manat pulun ondan alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, evinin açıq balkonuna plastik pəncərələrə kompleksi düzəltdirmək üçün Maştağa qəsəbəsi, Maştağa ŞTQ ev 26 A ünvanında yerləşən “Plastik Sex”də usta Atəşlə razılığa gələrək 14 iyul 2022-ci il axşam 17:00 radələrində usta Atəşin istəyi ilə material olmaq üçün 200 m, şüşələri sifariş etmək üçü 300 manat, cəmi 500 manat vermişdir. Usta Atəş tapşırdı ki, 10 metr uzunluğunda olan balkonun sağ, sol axırlarına tikinti, palçıq tökdürsün. Söz verdi ki, sabah gəlib ip çəkəcək, 15 iyulda usta Atəş telefonlara cavab verməmişdir. Həyətinə gətirdiyi tikinti ustaları və iş icraçısı onu ayıq-sayıq saldılar ki, balkonu əyri arxaya, yana, sola, sağadırlar. Vicdanlı hər bir plastik ustası bu sifarişi götürə bilməz. Həmçinin plastiklər plastikdən qoyula yer bərkidilir. Bərkidilən yerdən plastikə deyil. 15 iyul 2022 Atəşlə əlaqə saxlaya bildiyi üçün 16 iyul 2022-də 07:49 radələrində öz telefonun ***-***-**-** ilə Atəşin ***-***-**-** nömrəsinə zəng edib. Pəncərə sifarişini ləğv elətdirmişdir. Bildirmişdir ki, verdiyi 500 manat qaytarsın. Lakin usta Atəş pulunun qaytarmaqdan imtina etmişdir. 16 iyul 2022-də günortadan sonra Atəşin yanına getmiş, 17 iyul 2022-ci il hal şahidi olan Mehdizadə Kəmalə ilə birlikdə sexə getmişlər. Atəş pulu qaytarmaqdan imtina edilmişdir. Dedi beh geri qaytarılmır. 28 iyul 2022-ci il tarixdə uyğun olaraq Sabunçu RPİ-nini 14-cü Polis Bölməsinə şikayət ərizəsi vermiş, həmçinin 02 avqust 2022-ci il hal şahidi Mehdizadə Kəmalə də 14-cü PB-nin şikayət ərizəsi ilə müraciət edərək onlara qarşı dələduzluq etdiyinə, puluna vermədiyinə görə məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Lakin Sabunçu RPİ-nin təhqiqatçısı, polis baş leytanantı Əfsun Əzimov, heç bir təhqiqat aparmadan, üzləşdirmə aparmadan, onların izahatları, təqsirkar hesab etdiyi Cavabdeh alınmış bircə izahatında təqsirkar “qara qaşına”, “qara gözünə” görə xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd etmişdir. Onlara da mülki mübahisə kimi məhkəməyə müraciət etməyi məsləhət bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı onu öz evinə aparaq ona məxsus balkona pəncərə sifariş etmişdir. O isə öz növbəsində ondan 200 manat beh almışdır. Ümumi sifarişin məbləği isə 1200 manat danışılmışdır. Bundan sonra o ölçüləri götürərək pencərə sifariş vermişdir. Lakin iddiaçı 3 gündən sonra ona zəng edərək pulunu qaytarmasını, sifarişdən imtina etmiş olduğunu bildirdi. O isə pulu qaytara bilmədiyini, balkon üçün pəncərə sifariş etmiş olduğunu yalnız 200 mant puldan 100 manat olan hissəni qaytara biləcəyini bildirdi. Məhkəmə iclasına şahid qismində dəvət olunmuş Mehdi-zadə Kəmalə Əbdürəhman qızı ifadəsində bildirmişdir ki, iddiaçı onun əridir, cavabdeh isə ustadır. Əri cavabdehi plastik pəncərə salmaq üçün çağırmışdır. Cavabdeh ərindən 500 manat beh almışdır ki, pəncərə sifariş edəcəkdir. Lakin onlar səhərisi gün sifarişdən imtina etdiklərini cavabdehə zəng edərək bildirmiş, cavabdeh isə pulu qaytarmaqdan imtina etmişdir. O özü gözü ilə görmüşdür ki, iddiaçı cavabdehə 5 dənə yüzlük pul əksinası vermişdir. Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, yuxarıda göstərilənlərə əsasən vətəndaş Mehdi-zadə Telman Salman oğlunun şikayəti əsasında Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh Məhəmməd oğlu izahatında göstərmişdir ki, xx.xx.2022ci il tarixdə bir nəfər şəxs onun işlədiyi plastik pəncərə sexinə yaxınlaşmış və pəncərə lazım olduğunu bildirmiş, onunla ev ünvanına gedib, həyətindəki plastik pəncərə düzələsi yeri ona göstərmişdir. Həmin yerə baxıb öz fikrini bildirmiş və onunla razılaşmışdır. Sonra ardıcıl iki gün həmin ünvana ölçüyə getmişdir. Onunla razılaşdığı 1200 manatdan cəmi 200 manat beh almışdır. 3 gün keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə həmin şəxs ona zəng edərək yoldaşının pəncərəni istəmədiyini bildirmişdir. O da demişdir ki, behi artıq materiala vermişdir, qaytara bilmir. Ondan sonra Telman ona demişdir ki, 200 manatın 150 manatını geri ver, 50 manat sənin yol pulun olsun. O da razılaşmayaraq 100 manat qaytara biləcəyini və hissə-hissə verə biləcəyini söyləmişdir. O da razılaşmış və 100 manat imkanın olanda verərsən demişdir. O, həmin şəxsi ilk dəfə idi ki, görürdü. O, İddiaçı 1200 manat məbləğdən 200 manat beh almışdır. Həmin vaxt orada onun özü və yoldaşı olmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə podrat müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında şifahi qaydada qaydada podrat müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin izahatı ilə müəyyən edilir ki, sifarişçi olan iddiaçı müqavilənin ilkin mərhələsi üçün 200 manat məbləğində pul vəsaitini cavabdehə vermişdir. Lakin iddiaçı müqavilənin ilkin mərhəlisi üçün cavabdehə 500 manat pul verməsini irəli sürsədə bu halı təsdiq edəcək möhtəbər və təkzib olunmaz sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinin tələbinə uyğun olarq sifarişdən imtina edərək cavabdehə ödəmiş olduğu pulu geri tələb etsədə, cavabdeh bundan yalnız 100 manatını geri qaytara biləcəyini, geridə qalan 100 manatı isə ona dəymiş olan ziyana hesablanmasını xahiş etsə də, məhkəmə iclası zamanı cavabdehə şifahi bağlanmış podrat müqaviləsi üzrə hər hansı bir ziyan dəyməsini təsdiq edən sübut məhkəməy təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 200 (iki yüz) manat məbləği pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 200 (iki yüz) manat məbləği pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7107/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7107/2022
07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver