Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-713/2023 28.11.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin boşaldılması və istifadəyə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş qanuni istifadəsinə verilmiş torpaq sahəsinin boşaldılması və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum atası X1 1968-ci ildə 16765 nömrəli müqavilə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsi 30-cu dalanda yerləşən ümumi sahəsi 2500 kv.m (0.25 ha) olan 1572 nömrəli bağ sahəsi ayrılmışdır. Bakı şəhər İcra hakimiyyətinin bağlar təsərrüfatı komissiyasının xx.xx.2001-ci il tarixli sərəncamının 18 nömrəli protokolu əsasında onunla X2ı və istismarı birliyi arasında “Bağın icarəyə verilməsi haqqında” 15 avqust 2001 -ci il tarixli 16765 nömrəli müqavilə bağlanmışdır. “Yerli İcra Hakimiyyətlərinin nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhər icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Məlumat üçün nəzərinizə çatdırmışdır ki, qeyd edilən müqavilə və hüquq müəyyənedici digər sənədlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin arxivində mövcuddur. Cavabdeh istifadəsində olan ümumi sahəsi 2500 kv.m (0.25 ha) olan 1572 nömrəli bağ sahəsinin bir hissəsini zəbt etdiyindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmasında çətinliklər yaranmışdır. Cavabdeh tərəfindən dəfələrlə şifahi qaydada xəbərdarlıq edilmiş, bağ sahəsinin eskiz-layihəsi əsasında onun istifadəsində və sahibliyində olduğu bildirilmiş, lakin cavabdeh tərəfindən haqlı tələbləri təmin edilməmişdir. Beləliklə, cavabdehin zəbt etdiyi torpaq sahəsi qanuni istifadəmə ayrılmış torpaq sahəsidir və istifadəsinə qaytarılmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək qanuni istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 30-cu dalan, 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 39T-4110xx.xx-4490883.61 koordinatlarda yerləşən hissəsinin boşaldılması və istifadəsinə qaytarılması barədə qətnamə çıxaırlması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 Babalı oğlu iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək mülki işin baxış iclasının başqa vaxta təxirə salınmasına, təxirə salmadığı halda iddia tələbinə baxıb iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2023-cü il tarixdə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, hazırkı iddia tələbini irəli sürmək üçün İddiaçı subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı tərəfin sübut qismində məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubu və həmin məktuba əlavə edilmiş xx.xx.2001-ci il tarixli, 16765 nömrəli "Bağın icrayə verilməsinə dair" Müqaviləni nəzərədən keçirsək həmin müqavilənin 2021-ci ilin avqust ayının 15-də müddətinin bitdiyini, yəni müqavilənin 20 il müddətinə qüvvədə olduğunu, həmin müddətini isə 2 il bundan əvvəl bitdiyini müəyyən etmiş olur. Həmin müqavilənin hazırda qüvvədə olması barədə məhkəməyə iddiaçı tərəfindən heç biri sübut təqdim edilməmişdir. Qeyd olunanlar cavabdeh tərəf olaraq onlara tam şəkildə qənaətə gəlməyə əsas veriri ki, mübahisəli torpaq sahəsi dövlətin mülkiyyətindədir və həmin torpaq sahəsinin iddiaçı tərəflə heç bir hüquqi bağlantısı yoxdur. Qeyd olunanların nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bağın icarəyə verilməsi haqqında 16765 nömrəli, xx.xx.2001-ci il tarixli müqavilədən görünür ki, X3 ilə Ləhiş qəsəbəsində 0.25 ha bağ sahəsini, sahəsi 32.75 kv.metr olan 1 otaqdan ibarət binanı, yaradıcı binaları hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” vermiş və “İcarədar” həmin bağ sahəsini təhvil almışdır. Bağın icarəyə verilməsi haqqında müqavilənin müddəti hər iki tərəfin razılığına əsasən 20 ildən artıq olmayaraq, müəyyən edilmişdir. Bağın icarəyə verilməsi haqqında 25273 nömrəli, 15 dekabr 1993-cü il tarixli müqavilənin surətindən görünür ki, Suraxanım Səfərhüseyn qızı ilə Ləhiş qəsəbəsində 0.12 ha bağ sahəsini, sahəsini hər iki tərəfin imzaladığı və bu müqaviləyə əlavə edilən inventar vərəqəsinə müvafiq olaraq icarə üçün “İcarədara” vermiş və “İcarədar” həmin bağ sahəsini təhvil almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********52 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvanlanmış mütəxəssis rəyindən görünür ki, Faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə birmərtəbəli yarım-zirzəmili yaşayış evi (yaşayışa yararsız) və hovuz tikilisi mövcuddur. Bununla bağlı koordinatları əks etdirən sxem əlavə olunmuş, İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilməsi, İddiaçı iddiasına əsasən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499,0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/4713 nömrəli ekspert rəyindən görünür ki, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937.0 kv.m təşkil edir. Sözügedən sahədə bir mərtəbəli yarım zirzəmili yaşayış evi (yaşayışa yarasız) və hovuz tikilisi mövcud olması, İddiaçı iddiasına əsqsən qonşusu Cavabdeh tərəfindən onun torpaq sahəsinin 499.0 kv.m hissəsi hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmiş olması qeyd edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********35 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən ünvanlanmış mütəxəssis rəyindən görünür ki, faktiki olaraq iddiaçının istifadəsində olan bağ sahəsinin sərhədləri üç tərəfdən qonşu hasarla ayrılıb, yol tərəfdən isə sərhəddi şərtidir. Faktiki torpağın sahəsi 1937,0 kv.m təşkil edir. Sözügedən sahədə birmərtəbəli yarım-zirzəmili yaşayış evi (yaşayışa yararsız) və hovuz tikilisi mövcuddur. Bununla bağlı koordinatları əks etdirən sxem əlavə olunmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1572 nömrəli bağ sahəsinin arxiv cizgisində qeyd olunan sahənin faktiki olaraq 499.0 kv.m hissəsi qonşu tərəfindən hasarla ayırlaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi 1572 nömrəl bağ sahəsinin arxiv cizgisində qeyd olunan sahənin faktiki olaraq 499 kv.m hissəsi qonşu tərəfindən hasarla ayrılaraq öz istifadəsində olan digər torpaq sahəsinə birləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin daşınmaz əmlakın üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi ilə bağlı xx.xx.2018-ci il tarixli, **********29 nömrəli bildirişindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1572 saylı bağ sahəsində mərkəzçəkmə və hasarlama işləri tam aparılmamış və bağ sahəsinin ərazisi 2058.8 kv.m təşkil etmiş olduğu bildirilmişdir. Bu səbəbdən də ərizənin icrasında imtina edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı şikayət ərizəsi əsasında vətəndaş Cavabdeh izhatında qeyd edilmişdir ki, Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 1478B saylı müqavilə əsasında xx.xx.2007-ci il tarixdən rəsmi qaydada həmin torpaq sahəsini icarəyə götürüb, mişar daşları ilə hasar inşa edərək içərisində ağac əkmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin təhqiqatçısı polis polkovnik-leytenantının xx.xx.2021-ci il tarixli cinayət işinin rədd edilməsinə dair qərarında Cavabdeh vermiş olduğu izahatından görünür ki, sözügedən ərazidə yerləşən 0.18 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixində rəsmi qaydada 1478B saylı müqavilə əsasında Kürdəxanı Bələdiyyəsindən 30 il müddətinə icarəyə götürmüş olduğunu bildirmişdir. Sözü gedən torpaq sahəsinin qonşuluğunda yerləşən 0.24 ha torpaq sahəsinin kimə məxsus olmasını bilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsindən ibarət olan 1572 nömrəli bağ sahəsi X2 və İstismarı Birliyi ilə X4 arasında bağlanmış xx.xx.2001-ci il tarixli icarə müqaviləsi əsasında iddiaçının qanuni sahibliyinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadatrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********35 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan məlum olur ki, iddiaçının qanuni sahibliyində olmalı olan 2500 kv.m olan torpaq sahəsinin 1937 kv.m olan hissəsi hazırda iddiaçının istifadəsindədir, 499 kv.m olan digər hissə isə qonşu tərəfdən hasarla ayrılaraq öz istifdasində olan digər torpaq sahəsinə birləşdirlmişdir. Məhkəmənin Bakı şəhər Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə göndərmiş olduğu sorğuya cavabdan, habelə xx.xx.2021-ci il tarixli cinayət işinin rədd qərarında qeyd edilmiş Cavabdeh tərəfindən verilmiş izahatdan da məlum olur ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissəsi Cavabdeh qanunsuz istifadəsindədir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən 1572 nömrəli bağ sahəsinin 499 kv.m olan hissənin zəbt edən qonşunun Cavabdeh olması həmçinin hazırki mülki iş üzrə iştirak edən cavabdehin nümayəndəsi və vəkili tərəfindən də inkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 499 kv.m olan hissəsi cavabdehin hesabına boşaldılmalı və sözügedən hissə iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş qəsəbəsində yerləşən ümumi sahəsi 0.25 ha olan 1572 nömrəli bağ sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 499.kv.m olan hissəsi Cavabdeh hesabına boşaldılaraq torpaq sahəsi iddiaçının istifadəsinə qaytarılsın. Mülki iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə ödənilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-713/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-713/2023
28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver