Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-713/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-in nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğvi və əsassız hesablanmış dəymiş ziyanın hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “aktın ləğvi və əsassız hesablanmış dəymiş ziyanın hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən tərtib olunmuş, aktın ləğvi və akt əsasında ünvan 1 ünvanında küçədə quraşdırılmış qaz sayğacına (abunəçi kodu: **********00110) tətbiq edilmiş ******* nömrəli aktın ləğvi, akt əsasında 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat məbləğin hesab kodundan silinməsi və məhkəmə getdiyi müddətdə hər ödənilən məbləğin yarısının borca çıxılmasının dayandırılması və borca çıxılan ödənişlərin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən ona məxsus ünvan 1 ünvanında, küçədə quraşdırılmış qaz sayğacına (abunəçi kodu: **********00110) onu iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan keçən qaz sərfinin düzgün getməməsinə görə onun icazəsi və iştirakı olmadan qeyd edilən ünvanda quraşdırılmış qaz sayğacının plombunu qırmış, sayğac sökülmüş və dövlət yoxlamasına aparılmışdır. Belə ki, söküldükdən sonra yeni quraşdırılmış sayğacını qoşub, sayğacın müqaviləsini evdə olan ustaya təqdim etdikdə köhnə sayğacın düzgün işdəmədiyi, vizual heç bir qüsur olmadığına görə ekspertizaya göndərilib, yoxlamadan keçirilib nəticə barədə məlumat verəcəklərini qeyd ediblər. Yalnız bu barədə sonrakı həftələrdə heç bir məlumat verilməmişdir. 7 ay sonra 2023-cü il oktyabr ayında “MilliÖn” aparatında pul vurarkən ekranda 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat olduğunu görüb. Sayğac dövlət yoxlamasında keçirilərkən Cavabdeh İB-yi tərəfindən ona heç bir rəsmi məlumat və xəbərdarlıq olunmadan, onun iştirakı olmadan yoxlamadan keçirilmişdir və heç bir akt təqdim etmədən ona yuxarıda qeyd edilən dəymiş ziyan hesablanmışdır. Məhkəməyə gəlmədən öncə onlara bir daha məhkəməyə gedəcəyini və aktı ona verməməklərinin qanun pozuntusu olduğunu bildirdikdə ona ******* nömrəli akt verilib. Sayğacda hər hansısa bir müdaxilə haqqında şəkil yoxdur. Öncəliklə sayğac düzgün işləmədiyinə görə sökülür ekspertizaya göndərilir, sonra isə heç kimə məlum olmuyan, heç bir əsası olmuyan borc məbləği yazılır. İddiaçı hesab edir ki, Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli aktı qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Abonent saldosundan görünür ki, **********00110 abonent kodu olan İddiaçı qazdan istifadə nəticəsində 6220,80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, sayğaca müdaxilə edilərək, sayğacın elektron hissəsi korpusdan aralanmışdır. Dəymiş ziyan 51840 m3 hesablanmışdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x360=51840 m3 hesablanmışdır. Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00110 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın elektron hissəsi korpusdan aralanmışdır və bunun əsasında itirilmiş qazın həcmi 51840 m3 metr hesablanaraq dəymiş zərər 6220,80 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın elektron hissəsi korpusdan aralanması iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********00110 nömrəli abonent İddiaçı qanunsuz olaraq hesablanmış 6220,80 manat borc silinməlidir. İddianın qismən təmin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, iddiaçı məhkəmə gedən müddətdə hər ödənilən məbləğin yarısının borca çıxılmasının dayandırılması və borca çıxılan ödənişlərin geri qaytarılması xahiş etmişdir. Bildirirk ki, sayğaca ödənilən ödənişlərdən aparılan tutmaların dayandırılması ilə bağlı iddiaçı MTT barədə ayrıca ərizə ilə müraciət etməmiş, həmçinin, sayğaca yüklənilən məbləğdən borca çıxılmış hissəsinin geri qaytarılması ilə bağlı isə dəqiq məbləğ və bu barədə heç bir sübut təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 6220,80 (altı min iki yüz iyirmi manat, səksən qəpik) manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-713/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-713/2024
26.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver