Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7130/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Maftun Süleymanovun iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh orqan CavabdehASC-nin iddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 175 k nömrəli əmri ləğv edilməsi, işdən çıxarıldığı boşdayanma günlərinin əvəzi ödəniməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o bir vicdanlı Azərbaycan Respublikasının vətəndaşıdır. Yeni Azərbaycan Partiyasının Yevlax şəhər İdarə Heyətinin üzvüdür. Deputatlığa namizəd olmuşdur. Çoxsaylı dövlət təltifləri vardır. O mübahisələndirildiyi əmri iki həftə öncə aldığından dərhal mübahisəsi Mediasiya Şurasında mübahisələndirərək, bir ay keçmədən hazırki iddianı hazırlamışdır. O bu günə kimi əmək kitabçası belə almamışdır. Əmək kitabçasını almadan hal hazırki iddianı hazırlayaraq məhkəməyə təqdim etmişdir. Aqroservis ASC-nin xx.xx.2020-ci il tarixli 161/ü saylı əmrinə əsasən 25- 28 dekabr 2020-ci il tarixlərində X1 invertarlaşdırma işləri aparılmışdır. O, həmin vaxt "xxxx" ASC-nin X2 direktor vəzifəsində işləmişdir. Bu vəzifəyə xx.xx.2015-ci tarixində təyin edilmişdir. İdarədə aparılan araşdırma zamanı bir sıra əşyaların, kimyəvi vasitələrin çatışmadığı qeyd edilmişdir. O bildirmişdir ki, gübrə çatışmazlığı və artıqlığının yaranması onunla bağlı olmuşdur ki, X2 yaxınlığında hazırda adını xatırlamadığı gübrə satışı ilə məşğul olan “MMC” ilə Cavabdeh ASC arasında müqaviləyə əsasən Cavabdeh ASC-yə kükürdlü gübrə həmin MMC tərəfindəın verilmişdir. MMC-yə məxsus olan kükürdlü gübrə razılıq ilə nümayəndəliyin həyətinə yığılmışdır. Heydər adlı fəhlə bilmədən MMC-yə məxsus olan kükürdlü gübrə əvəzinə Cavabdeh ASC tərəfindən nümayəndəliyə təhvil verilmiş gübrəni fasilələrlə satmışdır. Bundan xəbər tutduqda səhvən satılmış gübrə tərəfindən eyni tərkibli kükürdlü gübrə ilə əvəz edilmiş, lakin yoxlama zamanı həmin gübrənin köhnə olduğu bildirilmiş və cəmiyyət tərəfindən verilmiş gübrədən ayrılmış, artıq aşkar edilmiş gübrə kimi sənədləşdirilmiş, ondan cəmiyyət tərəfindən verilmiş gübrənin bərpa edilməsi tələb edilmiş, Cəmiyyət arasında olan razılığa əsasən köhnə gübrə yenisi ilə əvəz edildikdən sonra Cəmiyyətin sədr müavinləri onunla yenidən əlaqə saxlayaraq, köhnə gübrənin yenisi ilə əvəz edilməsinə rəhbərliyin razılıq vermədiyini, yeni alınmış gübrənin satılaraq məbləğin, yəni 163.286.08 manat pulun Cəmiyyətin bank hesabına köçürməyini bildirmiş, ondan özünün alıb yerinə qoyduğu gübrənin anbardan çıxarılması tələb edilmiş, o da bundan imtina etmişdir. Bu səbədən toplanmış material hüquqi qiymət verməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Bundan sonra dəyişdirilmiş gübrənin pulu, yəni 163.284 manat pulu 2021-ci ilin mart ayı ərzində, xx.xx.2021-ci tarixdə 93.333 manat, xx.xx.2021-ci il tarixdə 37.332 manat, xx.xx.2021-ci il tarixdə isə 32.619 man pulu 3 dəfəyə cəmi 163.284 manat pulu cəmiyyətin bank hesabına ödəmiş və cəmiyyətə aidiyyəti olmayan 174,85 ton ammofozvə kükürdlü ammofoz mineral gübrəsini nümayəndəliyin anbarından çıxartmışdır. Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli, 1614/ü saylı əmrinə əsasən X1 aparılan inventarlaşdırma zamanı texnika və aqreqatların əskik gəlməsi müəyyən edilməsi ilə əlaqədar bildirir ki, bir ədəd 2005-ci ıl istehsalı olan qoşqu, bir ədəd 2010-cu il istehsalı olan Niva kombaynı, bir ədəd 2007-ci il istehsalı olan kotanla birlikdə, 1221 Belarus traktoru operatr lizinq müqavilələrinə əsasən aparılmış şəxslərin həyətlərində olduğu üçün Nümayəndəliyin anbarında aşkar edilmişdir. Bundan sonra həmin texnika və aqreqatlar Nümayəndəliyin anbarına təhvil vermişdir. Nümayəndəliyin özəlləşdirilməsi gecikdiyi üçün alqı-satqının həyata keçirilməsi mümkün olmamışdır. Müqavilələrin hamısı üzrə ödənişlər qanuni olaraq Cavabdeh ASC-yə ödənmişdir. Barəsində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılarkən Cavabdeh ASC-nin xx.xx.2021-ci il tarixli 83/k nömrəli əmri tərtib edilmiş, həmin əmri onun vəzifə səlahiyyətlərinin icrası 09 mart 2021-ci il tarixindən dayandırılmışdır. Onunla bağlı aparılan cinayət təqibi tamamlanmadan, Cavabdeh ASCnin 175 k nömrəli əmrlə 27.05.202 İ-cı ı tarixində onu “Əmək Məcəlləsinin” ç bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki onun barəsində Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi müvafiq araşdırma aparırdı. Onun işi ilə bağlı “Aqroservisin" qeyd etdiklərim tam araşdıraraq 07 aprel 2022-ci il tarixində cinayət tətbiqinə xitam verilinəsi haqqında qərar qəbul edərək. AR CM-nin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə CM-nin 73-1.3-cü və CPM-nın 40.2-cı maddələri ilə xitam verilmişdir. O, "Aqroservis” ASC-nin cinayət işinin nəticəsini gözləmədən bir günün içində işdən azad olmuşdur. Cavabdeh tərəfindən, qaldırdıqları məsələlərin yekun nəticəsi gözlənilmədən o, AR ƏM-nin 70.ç bəndi ilə əsassız olaraq işdən azad edilmişdir. Əmrdə qeyd edilənlər obyektiv deyildir. Hal-hazırki müddətdə bir şəxsin işdən çıxarılması həm onun özü, həm də ailə üzvləri üçün çox ciddi çətinliklər yaradır. Bu səbəbdən də o, işdən çıxarılmasını hesab edir ki, ciddi qanun pozuntusudur. Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinassızlıqla əmək funkisiyasını vəzifə borcunu yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozmuş olsun. O, iddiasını müdafiə edir. Məhkəmə qaydasında baxılıb iddiasının təmin edilməsini istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Maftun Süleymanov iddia tələbinin əsasız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini, o cümlədən iddia müddətini tətbiqi barədə ərizənə nəzərə alaraq iddianın təmin edilməməsini məhkəmədn xahiş etdi. xx.xx.2022-ci il tarixdə cavabdehin nümayəndəsi etiraz və iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı ‘‘Aqroservis" ASC-yə qarşı qaldırdığı əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəz edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi aşağıda göstərilən səbəblərdən əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırmışdır. Belə ki, Əmək Məcəlləsinin 288-ci maddəsinin şərtlərinə uyğun olaraq iddiaçının ərizəsində göstərdiyi məsələlər fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəninə əsasən fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı Cavabdeh ASC-nin 2021-ci İİ 27 may tarixli 175/k nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə əsasən 2021-ci il 27 may tarixində tutduğu vəzifədən azad edilmişdir. "Aqroservis” ASC-nın 2021 -ci il 27 may tarixli 23/A-221 nömrəli məktubuna işdən azad olunma barədə Cavabdeh ASC-nin 2021-ci il 27 may tarixli 175/k nömrəli əmri də əlavə olunmaqla əmək kitabçasının götürülməsi barədə müraciət ünvanlanmış və İddiaçı tərəfindən 2021-ci il 11 iyun tarixdə şəxsən imzalanaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçıya işdən azad olunması 2021-cı il 11 iyun tarixdə məlum olmuş və Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci və 3-cü hissələrinə uyğun olaraq o, həmin gündən etibarən 1 ay ərzində məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etməmişdir. Beləliklə, cavabdeh əmək qanunvericiliyində fərdi əmək mübahisələrinin həlli üçün nəzərdə tutulmuş iddia müddətini ötürməklə iddia qaldırdığı üçün həmin iddia məhkəmə tərəfindən təmin edilməməlidir. Bundan başqa İddiaçı 2012-ci il 20 iyul tarixdən Təsərrüfat hesablı Yevlax Aqroservis filialında müdir, 2015-ci il 11 mart tarixindən 2021 -ci il 27 may tarixinədək Cavabdeh ASC-nin X1 direktor vəzifəsində işləmişdir. Yevlax Aqroservis filialının müdiri vəzifəsində işləyərkən müqavilə öhdəliklərini pozduğuna, mineral gübrələrin satışında nöqsanlara yol verdiyinə görə ona "xxxx" ASC- nin 2013-cü il 30 sentyabr tarixli 1586/ü nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. X2 direktoru vəzifəsində işləyərkən lizinqə verilmiş kənd təsərrüfatı texnikalarından istifadəyə görə müqavilə öhdəliklərinin, mineral gübrələrin satışında, satışın və daxil olmanın uçotunun aparılmasında, habelə taxılyığan kombaynlardan istifadə sahəsində ciddi nöqsanlara yol verdiyinə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2016-cı ıl 06 iyun tarixli 54 nömrəli əmri ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. X2 direktoru vəzifəsində işləyərkən isə məlumat formasında torpaq sahəsi düzgün göstərilmədiyinə görə “Aqrolizinq1' ASC-nin 2019-cu il 25 yanvar tarixli 41 /k nömrəli əmri ilə xəbərdarlıq elan edilmişdir. X2 direktoru vəzifəsində işləyərkən istifadəsində olan texnikaların vəziyyətində, əsas vəsaitlərdə və ehtiyat hissələrində bir sıra çatışmazlıqlar, nöqsanlar və neqativ hallar aşkar edildiyinə görə “Aqrolizinq" ASC-nin 2019-cu il 20 may tarixli 213/k nömrəli ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Göründüyü kimi, İddiaçı işlədiyi müddət ərzində "xxxx" ASC-nin rəhbərliyi tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə, barəsində intizam tənbehi tədbirləri tətbiq edilməsinə baxmayaraq, törətdiyi əməllərdən heç bir nəticə çıxarmamış, maddi məsul şəxs kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, 2020-ci il üzrə X1 aparılmış inventarizasiya zamanı İddiaçı fəaliyyətində yenidən nöqsan və çatışmazlıqlar aşkar edilmişdir. Bununla əlaqədar araşdırma aparılması üçün 2021 -ci il 09 mart tarixində İddiaçı “Aqroservis" ASC-nin 2021-cı ıl 09 mart tarixli 83/k nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. İddiaçı işdən azad olunması Cəmiyyət tərəfindən təqdim olunmuş materiallar əsasında qanunvericiliyin tələblərinə uyğun araşdırılmışdır. Daha sonra işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları, yəni hərəkət və hərəkətsizliyi nəticəsində işəgötürənin mənafeyinə ciddi xələl gətirildiyi müəyyən olunmuşdur. İşçinin işlədiyi müddət ərzində yol verdiyi kobud səhvləri müxtəlif səbəblər və hallarla bağlı olduğu, işəgötürənə hüquqazidd, təqsirli davranışı nəticəsində zərər yetirən hərəkət və hərəkətsizliyə yol verdiyindən onunla bağlanmış əmək müqaviləsinin xitam verilməsi üçün əsas yaranmış, təsdiq olunmuş vəzifə təlimatları və bağlanmış əmək müqaviləsinin şərtləri İddiaçı tərəfindən kobud surətdə pozulmuşdur. “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin X1 2020-ci il üzrə aparılmış inventarizasiya zamanı Nümayəndəliyin mineral gübrə anbarındakı faktiki qalıq Cəmiyyətin “1C" avtomatlaşdırılmış idarəetmə və mühasibat əməliyyat sistemində olan qalıqla üzləşdirilərkən çatışmazlıq və nöqsanların olduğu aşkar edilmişdir. Belə ki, X2 anbarında 100%-lik dəyəri 165526,08 manat olan 177.350 ton ammofos, 100%-lik dəyəri 53.33 manat olan 0 1 ton ammonium nitrat, 100%-lik dəyəri 7113,30 manat olan 97 ton nitroammafoska mineral gübrəsinin, 100%-lik dəyəri 328,628 manat olan 5.8 litr cowboy, 100%-lik dəyəri 80,0 manat olan kingpix, 100%-lik dəyəri 84,0 manat olan ephtal, 100%-lik dəyəri 81,0 manat olan hexygit, 100%-lik dəyəri 68,1 manat olan melodyne pestisidinin anbar çatışmazlığı, eləcə də Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə aidiyyəti olmayan və Cəmiyyət tərəfindən X5 rəsmi şəkildə təhvil verilməyən 100%-lik dəyəri 163192,75 manat olan kükürdlü ammofos mineral gübrəsinin Nümayəndəliyin anbarında artıq gəlməsi faktı müəyyən edilmişdir. Araşdırmanın nəticələri müvafiq qaydada sənədləşdirilmiş və bu barədə Cəmiyyətin Daxili nəzarət şöbəsi tərəfindən audit rəyi tərtib olunmuşdur. Beləliklə, “Aqroservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qeyd olunan fakt üzrə aparılmış araşdırma nəticəsində X2 direktoru İddiaçı ona etibar edilmiş dövlət əmlakının mənimsəməsinə dair əsaslı şübhə yaranmış və aşkar edilmiş pozuntulara qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmişdir. Bundan sonra, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə vurduğu ziyanın tam həcmdə ödənilməsini təmin etmişdir.Buradan da göründüyü kimi, İddiaçı Cəmiyyətə dəymiş ziyanı ödəməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntularını təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilənlər əsasında məlum olur ki, İddiaçı Cavabdeh ASC-yə qarşı qaldırdığı əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəz edilməsi və işə bərpa tələbinə dair iddia tamamilə əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli olduğunu bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı barəsində CM-nin 179.3.2-ci maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-1.3-cü və Azərbaycan Respublikası CPM-nin 40.2-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən Cavabdeh ASCnin X2 balansındakı texnikaları icarəyə verilmsəi prosessində yol verdiyi nöqsanlar özündə cinayət əməlinin tərkib əlamətlərini ehtiva etmədiyindən bu epizodlar üzrə cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarın surətindən görünür ki, ibtidai istintaqın gedişində Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X6 tərəfindən bəzi şəxslərə texnikaların verilməsi barədə müqavilələrin onların özləri tərəfindən imzalanmadığı, habelə texnika verilmiş şəxslərin adlarına yox başqa şəxslərin adlarına texnikaların verilməsi barədə müqavilələr tərtib edildiyi və imzalandığı müəyyən edilsə də bunun Nümayəndəliyin iş prosesinin surətləndirilməsi, texnikanın istifadəsiz qalmaması, son nəticədə Nümayəndəliyin maddi vəziyyətinin pisləşməməsı məqsədilə edildiyi və bu növ qüsurlu müqavilələrin bağlanması nəticəsində “Aqroservıs" ASC-ə hər hansı maddi ziyanın dəymədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14 2-ci maddəsinə əsasen cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Odur ki, İddiaçı əməlində cinayət qanununda nəzərdə tutulmuş vəzifə saxtakarlığı cinayətinin formal əlamətləri mövcud olsa da yuxanda göstərilən xüsusatlara əsasən az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yeni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmadığı üçün əməlləri (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilə bilməz. Bununla belə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X1 aparılmış yoxlama zamanı çatışmadığı aşkar edilmiş gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə taladığı müəyyən edilir. Beləliklə aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, 11 mart 2015-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X2 direktoru vəzifəsinə təyin olunmaqla 27 may 2021 -ci il tarixədək həmin vəzifədə işləyən İddiaçı Cəmiyyətlə arasında bağlanmış tam maddi məsuliyyət haqqında fərdi müqaviləyə əsasən vəzifəli şəxs kimi “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən satış üçün xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində ayrılmış 163.286,08 manat dəyərində olan gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf edərək külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamışdır. İstintaqın gedişində İddiaçı tərəfindən 163.286,08 manat məbləğində ziyan Cavabdeh ASC-nın bank hesabına ödənilmiş və bununla da İddiaçı tərəfindən vurulmuş ziyan tam aradan qaldırılmışdır. “Aqroservis" ASC-nin İdarə heyətinin sədri Elmir Rəhmanov tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş 08 iyul 2021 -ci il tarixli, 23/2-1344 saylı məktubda İddiaçı tərəfindən cəmiyyətə vurulmuş ziyanın tam aradan qaldırıldığı, zərərçəkmiş şəxsin nümayəndəsi Məftun Süleymanov tərəfindən istintaq orqanına təqdim olunmuş ərizədə Cəmiyyətin İddiaçı hər hansı şikayət və tələbi olmadığı göstərilmişdir. 10 mart 2022-ci il tarixdə İddiaçı cinayət əməli nəticəsində onun tərəfindən vurulmuş ziyanın müvafiq faiz dərəcəsi üzrə dövlət büdcəsinin hesabına ödəniş etməyə hazır olması, barəsində Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə ibtidai istintaq orqanına müraciət edərək mənimsəmə xüsusatı üzrə vurulmuş ziyan qismində 163.286,08 manat məbləğində pul vəsaitinin əlli faizini, yəni 81.643,04 manat məbləğində pul vəsaitini ödəmək istədiyini bildirmiş, 10 mart 2022-ci il tarixdə 50.000 manat və 31 mart 2022-ci il tarixdə 31.645 manat olmaqla, cəmi 81.645 manat pul vəsaitini Azərbaycan Respublikası Baş Prokurorluğunun "xxxx" ASC-də olan depozit hesabına ödəmişdir. Bakı 9 saylı Mediasiya Təşkilatının MŞB/9-00186 nömrəli, xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışın surətindən görünür ki, Tərəflər ilkin mediasiya sessiyasında iştirak etdiyini, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2019cu il tarixli, 41/k nömrəli X4 və İddiaçı Xəbərdarlıq edilməsi barədə əmrin surətindən görünür ki, X2 direktoru İddiaçı ilkin sənədlərdə 6 ədəd qaimədə torpaq sənədi qismində “Alqı-satqı müqaviləsi” qəbul edilmiş, 1 ədəd qaimədə ərizə və məlumat formalarında torpaq sahəsi düzgün yazılmamışdır. Bununla bağlı İddiaçı izahat alınmış və xəbərdalıq edilmişdir. Aqroservis” ASC-nin xx.xx.2013-cü il tarixli, 1586/6 nömrəli İddiaçı barəsində intizam tənbehinin verilməsi haqqında əmrin surətindən görünür ki, təsərrüfat hesablı Yevlax Rayon Aqroservis filialının müdiri X8 Cəmiyy\ət qarşısında müqavilə öhdəliklərini pozduğuna, mineral gübrələrin satışında nöqsanlarına yolverdiyinə, bunula da intizam xətası törətdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı madəsinin 2-ci hissəsinin “b” bəndnə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 90 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 10 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 30 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 20 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 13 ton ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh ASC-nin Yevlax RN-nin anbarında Cavabdeh ASC-yə məxsus olmayan 2020-ci il istehsalı olan 33.9 ton kükükrdlü ammofos gübrəsi İddiaçı təhvil verilmişdir. xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, gübrələr üzə cəm 1655.75 ton, əskik gəlmə miqdarı 174.95 ton, dəyəri 163.286.08, pestisidlər üzrə faktiki miqdarı 3385.4ton müəyyən edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021ci il tarixli, 83/k nömrəli vəzifənin icrasının həvalə edilməsi barədə əmrin surətindən görünür ki, X3 direktoru İddiaçı vəzifə səlahiyyətlərinin icrası 2021-ci il 09 mart tarixindən müvəqqəti olaraq dayandırılmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021ci il tarixli, 23/2-1121 nömrəli təqdimatının surətindən görünür ki, Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinə təqimat ünvanlanaraq Ramiq Mustafanın təqdimatında göstərilənlərin araşdırlması, X2 direktoru İddiaçı əmək vəziflərini kobud şəkildə pozması və vəzifə öhdəliklərinin icrası zamanı qanunazidd hərəkət və hərəkətsizliyi nəticəsində ciddi nöqsanlara, neqativ hallara yol verdiyi üçün onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə münasibət bildirilməsi qeyd edilmişdir. Cavabdeh ASC-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 25 nömrəli protokolunun surətindən görünür ki, Cavabdeh ASC-nin X2 direktoru İddiaçıəmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin xx.xx.2021ci il tarixli, 175/k nömrəli İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən görünür ki, İddiaçı X2 direktoru 2021-ci il 27 may tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı əmək kitabçasının Cəmiyyətin İnsan Resursları çöbəsindən götürməsinə dair məlumatlandırılmışdır. İş matraillarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli xəbərnamədən görünür ki, İddiaçı əmək ktabçasının götürmsəinə dair Cəmiyyətin məktubunu xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. - 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. - 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç)işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildəpozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. - 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə, qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Ağayev X7 ASC-nin X2 diroktoru vəzifəsində çalışdığı zaman əmək müqaviləsinin şərtərini bir neçə dəfə pozaraq intazm məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə isə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin X1 aparılmış yoxlama zamanı çatışmadığı aşkar edilmiş gübrə və pestisidləri hər hansı sənədləşmə aparılmadan özünə məxsus təsərrüfat sahələrində istifadə etməklə öz şəxsi ehtiyaclarına sərf etməsi halı müəyyən edilmiş, ilkin olaraq vəzifə səlahiyyətlərinin icrası 2021-ci il 09 mart tarixindən müvəqqəti olaraq dayandırılmışdır-Qeyd edilən hal 07 aprel 2022-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarda da öz təsdiqini tapmışdır. Daha sonra Aqroservis ASC-nin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınaraq xx.xx.2021-ci il tarixli 175 K nömrəli Əmr ilə “İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 may 2021-ci il tarixindən xitam verilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən əməkqanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 71-ci maddəsinin 2-ci hisəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. - 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - 72-ci maddəsinin “ə” bəndinə əsasən, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının əmək müqaviləsinə xitam verildiyini bildiyi tarixdən 1 ay müddətinə məhkəməyə müraciət etmək hüququ olmuş olduğu halda o, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Belə ki, mülki işin araşdırılması zamanı məlum olur ki, iddiaçının xx.xx.2021-ci il tarixli 175 K nömrəli əmirdən məlumatı olmuş bununla bağlı bildirişi isə xx.xx.2021-ci il tarixdə qəbul etmişdir. İddiaçı əmri məhkəməyə müraciət etməmişdən 2 həftə əvvəl almış olduğunu bildirsə də bu halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 372.1ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 283.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşin faktiki hallarından da görünür ki, iddia müddətinin axımı iddiaçının onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə bildirşi aldığı andan xx.xx.2021-ci il tarixdən başlamış, lakin iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan sonra iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan başqa məhkəmə iddia tələbinin işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədər ki, iddia tələbinin birinci hissəsi təmin edilməmişdir, iddia tələbi bu hissələrdə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7130/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7130/2022
25.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver