Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-714/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, doğumun qeydə alınması, atasının “X7”, milliyyətinin “azərbaycanlı”, anasının “Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızı”, milliyyətinin “azərbaycanlı” olmasının qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, ərizəni müdafiə edərək onunla əsaslandırmışdır ki, Ərizəçi bacısı X8 xx.xx.1995-ci ildə Bakı şəhərində yerləşən Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu Xəstəxanası MMCnin doğum şöbəsində anadan olsa da, bu günə kimi bacısı X3 doğumunun qeydə alınması ilə bağlı valideynlərin müraciəti olmadığından, doğum haqqında şəhadətnamə alınmamışdır. Beləliklə də, şəxsin bacısının hal-hazırda 26-dan artıq yaşı olsa da, şəxsiyyətini təsdiq edən heç bir sənədi mövcud deyil. X3 atası X7, anası-Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızıdır. Anası xx.xx.2013-cü ildə Bakı şəhərində vəfat etmişdir. Xüsusi olaraq qeyd edir ki, xx.xx.1995-ci ildə Bakı şəhərində yerləşən Azərbaycan Dəmir Yolları QSC Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu Xəstəxanası MMC-nin doğum şöbəsində anadan olması ilə bağlı rəsmi müraciət ilə bağlı xx.xx.2020-ci il tarixli məlumat “xəstəxananın qəbul şöbəsinin qeydiyyat jurnalına” əsaslanaraq verilmişdir. Doğumun qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi üçün 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə rəsmi müraciət etsə də, qeydiyyat şöbəsi xx.xx.2022-ci ildə müraciətinin təminindən imtina etmişdir. Göstərilənlərə əsasən, nümayəndə, ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edib, nümayəndənin izahatında göstərdiklərini təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmədə şahid qismində iştirak edən X9 ifadəsində bildirmişdir ki, o, Ərizəçi və bacısı Lamiyənin xalasıdır. Lamiyə bacısının kiçik qızıdır. Lamiyə doğulduqdan sonra doğumuna görə tibbi şəhadətnamə alınmışdır. Lakin bacısı Səkinə xərçəng və şəkər xəstəliklərindən əziyyət çəkməsi səbəbindən, uşağının doğumu barədə şəhadətnaməni ala bilməmişdir. Təsdiq edir ki, bacısı qızı Lamiyə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Ərizəçi və Lamiyə bacısı Səkinənin qızlarıdır. Qızların atası isə Vaqifdir. Uşağın hər iki valideyni vəfat etmişdir. Təsdiq edir ki, bacısı qızı Lamiyə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, əvvəllər Ərizəçi və onun bacısı İlahə ilə uzun müddət yaxın qonşu olmuşlar. Lamiyəni uşaqlıqdan tanıyır. Təsdiq edir ki, o, Ərizəçi bacısıdır. Məhkəmə ərizəçini (nümayəndəsi və vəkilini) və şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: - 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, X7 və X1 rayon qeydiyyat şöbəsində xx.xx.1979-cu il tarixdə, 195 saylı akt qeydli nikah bağlamışlar, arvada Səfiyarova soyadı verilmişdir. - Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə Bakı şəhərində ölmüşdür. - "xxxx" QSC-nin Həkim Sanitar Xidməti Bakı Dəmir Yolu Xəstəxanası MMC tərəfindən xx.xx.2020-ci il tarixə verilmiş arayışdan məlum olur ki, xx.xx.1995-ci il tarixdə X10 Bakı Dəmir Yolu Xəstəxanasına, doğum şöbəsinə daxil olmuşdur. Fizioloji doğuş xx.xx.1995-ci il, saat 06:15-də, çəkisi 3.800 qram, boyu 53 sm olan, diri qadın cinsli uşaq doğulmuşdur. xx.xx.1995-ci ildə sağlam şəkildə ana və uşaq evə yazılıblar. Xəstəlik tarixinin saxlanılma müddəti 25 ildir, yalnız xəstəxananın qəbul şöbəsinin qeydiyyat jurnalındakı olan məlumatdır. -4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, X6 doğum şəhadətnaməsinin verilməsindən o əsasla imtina edilmişdir ki, doğumun qeydə alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5.1-2.5.4-cü bəndlərinə əsasən, valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd və ya uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarını tədqiq edib, sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, toplanmış və araşdırılmış sübutlar Ərizəçi bacısı Lamiyənin xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsinə, atasının X7, Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızı, onların milliyyətcə azərbaycanlı olması barədə qənaətə gəlmək üçün əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi içraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəci həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi uşağın hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, X2 xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməli və doğum akt qeydində atasının “X7”, milliyyətinin “azərbaycanlı”, anasının “Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızı”, milliyyətinin “azərbaycanlı” olması qeyd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi bacısının xx.xx.1995-ci il tarixdə, Bakı şəhərində X4 və Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızının birgə nikahından doğulması faktı müəyyən edilsin. Onun doğum akt qeydində soyadı qrafasında “Səfiyarova”, ad, ata adı qrafasında “Lamiyə Vaqif qızı”, ata qrafasında “X7”, atanın milliyəti olaraq “azərbaycanlı”, ana qrafasında “Səfiyarova (Xoşdar) Səkinə Abdulla qızı”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Doğum haqqında şəhadətnamənin verilməsi ərazi üzrə qeydiyyat şöbəsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-714/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-714/2023
14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver