Məhkəmə qərarları › İş №2(008)-7212/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7212/2021

20.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7212/2021 20.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs olmaqla qaçqın kimi məskunlaşaraq daimi yaşamaq faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, 01.01.1988-ci il tarixdən 01.01.1992-ci l tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşaraq daimi yaşamaq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə aidiyyət qaydalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin149-cu maddəsi ilə müəyyən edilmiş forması və məzmununa riayət edilməməklə verildiyindən əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında ərizələrə ərizəçinin yaşadığı yer üzrə verilir. Ərizəçi Sabunçu rayonun ərazisində yaşamasına dair hər hansı bir sənəd ərizəyə əlavə edilməmişdir. Əksinə, ərizəçinin 1992-ci il tarixədək Gəncə şəhərində yaşamasına dair arayış əlavə edilmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, həzarki iddia tələbi üzrə maraqlı şəxs qismində Dövlət Miqrasiya Xidməti deyil, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi göstərilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçinın 01.01.1988-ci il tarixdən 01.01.1992-ci l tarixədək Azərbaycan Respublikası ərazisində qaçqın kimi məskunlaşaraq daimi yaşamaq faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. HakimTahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar