Məhkəmə qərarları › İş №2(008)-724/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-724/2024

31.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-724/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğluna, Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğluna, Cavabdeh6 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlunun və Cavabdeh6 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7 ünvanında yerləşən 4 nömrəli mənzildən çıxarılmaları xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yenəşən mənzili 31 yanvar 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 alaraq mülkiyyətinə keçirmişdir. Alqı-satqı müqaviləsindən daha sonra Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidemətindən ******* saylı, xx.xx.2017-ci il tarixli Çıxarış əldə etmişdir. Cavabdehlər onun mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar və eyni zamanda faktiki olaraq həmin mənzildə yaşayırlar. Mənzili əldə etdiyi ilk vaxtlar ona bildirdilər ki, maddi imkanları olmadıqları üçün başqa yerə gedib yaşaya bilmirlər. O da onların bu xahişlərin nəzərə alaraq onun mənzilində müəyyən müddət qalıb təmənnasız yaşamaqlarına şərait yaratmışdır. Bir müddət müddət bundan qabaq ona məlum oldu ki, mülkiyyətində olan mənzilində faktiki yaşayan cavabdehlərin maddi imkanı da yaxşıdı və hər biri də işlə təmin olunublar. Bu xəbərdən sonra onlardan xahiş etmişdir ki, uzun müddət təmənnasız yaşayaraq ona satdıqları mənzili boşaltsınlar. Ancaq onlar bu xahişini yerinə yetirərək mənzilindən çıxmırlar. Onda məcbur olaraq onların oradan çıxarılmaları üçün məhkəməyə müraciət etmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, iddiaçı ərizə ilə məhkəməyə müraiət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ********** nömrəli çıxarışının elektron imza ilə təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7, 4 saylı mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İlyas Aslanov küçəsi, ev 7, 14 saylı mənzili 25.000 manata İddiaçı satmışdır. Cavabdeh2 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. X1 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh6 tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh5 Hüsaməddin qızı tərəfindən verilmiş Bakı şəhəri 15 saylı Notariat Kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasını razı olduğunu, alqı-satqı müqaviləsində göstərilən müddət ərzində mənzildən və qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 31 nömrəli, xx.xx.2023-cü il tarixli Arayışndan görünür ki, Cavabdeh4, Cavabdeh2, X1, Cavabdeh5 Hüsaməddin oğlu, Cavabdeh6 ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadılar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, xx.xx.2017-ci il tarixli, AN-İ ******* nörəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinin əsasən Cavabdeh4 ünvan 1 saylı mənzili 25.000 manata İddiaçı satmışdır. xx.xx.2017-ci il tarixdən daşınmaz əmlaka mülkiyyət hüququ İddiaçı məxsus olmuşdur. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlu, Cavabdeh6 iddiaçının müraciəti olmasına baxmayaraq həmin əmlakı boşaldaraq mülkiyyətçiyə təhvil verməmiş və həmin əmlakdan istifadə hüquqlarını qanuni əsas olmadan davam etdirərək mülkiyətçinin hüquqlarını pozmuşdur. Yuxarda qeyd edilənləri nəzəra alaraq məhkəmə hesab edirki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlu, Cavabdeh6 ünvan 1 saylı mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Hüsaməddin oğlu, Cavabdeh6 ünvan 1 saylı mənzildən çıxarılsınlar. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar