Məhkəmə qərarları › İş №2(008)-725/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-725/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-725/2024 31.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən dəymiş zərər kimi müəyyən olunan 3110.40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o - ünvan 1 ünvanda yerləşən həyət evində yaşayır. 2023-cü ilin aprel ayında küçə divarına bərkilidmiş qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sındığını görüb bu barədə dərhal “104” telefon nömrəsi ilə əlaqə saxlayıb baş vermiş hadisə barədə Cavabdehnə məlumat vermişdir. xx.xx.2023cü il tarixdə qaz sayğacını yenisi ilə əvəz edildi və bu barədə ******* saylı akta tərtib olundu. Bir müddət əvvəl müəyyən etmişdir ki, təbii qazdan istifadəyə görə abonent hesabına 3110.40 (üç min yüz on manat qırx qəpik) manat borc məbləği yazılıb. Borcun yazılma səbəbini dəqiqləşdirmək üçün o “Azərqaz” İstehsalat Birliyinə müraciət etmişdir. Orada ona aktlar təqdim edildi. Həmin aktlara əsasən müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən qaz sayğacı yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacı çıxarılaraq yoxlamaya göndərilmiş, xx.xx.2023-cü il tarixli, MSK 14-2-2/3-5-3932-1 saylı akta əsasən, qaz sayğacı yoxlamadan keçmış və sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün gövdənin üzərində aşkar olunmadığı qeyd olunmuşdur. Bundan sonra ******* saylı, xx.xx.2023-cü il tarixli akt tərtib edilərək, 12960 kubmert qaz itkisi dəymiş ziyan kimi müəyyən edilmişdir. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları qaz sayğacını başqa sayğacla əvəz etmiş, sayğacda aşkarlanan qüsurlara görə onun təqsirini sübut etmədən, 12960 kubmetr qaz itkisi hesablanmış və onun hesabına 3110.40 manat borc yazmışlar. Evindən çıxarılmış qaz sayğacında baş verən qüsurlar onun müdaxiləsi və ya səhvi ucbatından baş verməyib. Cavabdeh İB-nin aktlarında qaz sayğacının hesablanma mexanizminin qoruyucu örtüyünün gövdənin üzərində aşkar olunmadığı qeyd olunub. Belə olan halda o hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o məsuliyyət daşımır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün sınması onun təqsiri ucbatından baş verməyib. Sayğacın küçədə yerləşdiyini nəzərə alınsa, istənilən bir şəxs sayğaca müdaxilə edə bilər. Həmçinin sayğac çıxarıldıqdan sonra xüsusi qablaşdırmaya yerləşdirilərək yoxlanılması üçün laboratoriyaya aparılmalı olduğu halda Cavabdeh İB-nin əməkdaşları bunu da etməmişlər. Belə olan halda hesab edir ki, həmin sayğacda olan qüsurlara görə o məsuliyyət daşımır. Onun sayğacın hesablama mexanizminin qoruyucu örtüyünü sındırmağına heç bir əsas, sübut da yoxdur. Göründüyü kimi onun evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda, o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın yararsız hala düşməsində istehlakçı olaraq onun təqsirini sübuta yetirmədən, ona qarşı əsassız və qanunsuz tələblər irəli sürmüşdür. Göründüyü kimi, qeyd olunan müqavilə şərtlərində qaz paylayıcısının heç bir halda istehlakçıya münasibətdə güc və ya məcburetmə tədbirinin tətbiq etməsi hüququ, eləcə də, istehlakçının məcburetmə tələbləri ilə müəyyən hərəkətlərin edilməsi vəzifəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi, hazırki iddia ərizəsi üzrə cavabdeh olan Cavabdeh İB tərəfindən birtərəfli qaydada istehlakçı olaraq onun barəsində hər hansı məsuliyyət tədbirinin tətbiq edilməsi, qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif məbləğlərdə maliyyə-pul sanksiyasının tətbiq edilməsi və həmin məbləğin birbaşa və məcburi qaydada istehlakçı olaraq ondan ödənilməsinin tələb edilməsi “qazdan istifadə qaydaları”nın tələblərinə, cavabdehlə onun arasında bağlanılmış qazın alqı-satqı müqaviləsinin şərtlərinə və digər normativ hüquqi aktların tələblərinə ziddir. “Qazdan istifadə qaydaları”-na 2 nömrəli əlavədə qeyd olunur ki, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləyə əsasən, istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) paylayıcının vəzifəsidir. Paylayıcı yalnız qaz sayğacının göstəricisinə əsasən, istifadə olunan qazın həcmini və dəyərinin tam və dəqiq uçotunu aparmalıdır. Bütün bu olanlar onu dərindən sarsıdaraq, əsəbləşdirir. Çünki CavabdehİB-nin əməkdaşları ona qarşı açıq-aşkar yalan mövqedə dururlar. Bu mənəvi təsirin nəticəsi olaraq, əsəb hissi keçirir, daima özünü gərgin hiss edir. Bundan başqa, hesab edir ki, məhkəmə işin faktiki hallarını, maddi və prosesual hüquq normalarını nəzərə alaraq, iddiaçı olaraq onun yuxarıda qeyd etdiyi ünvanda yerləşən evində olan qaz sayğacı üzrə Cavabdeh İB-nin Aktı əsasında məcburetmə tədbirinin tətbiq olunması, bu üsulla vurulmuş zərərin birtərəfli qaydada hesablanması və mülki-prosessual qanunla, habelə icra haqqında qanunvericilikdə tənzimlənən metodlardan kənar maliyyə-pul sanksıyasının tətbiq edilməsi yolverilməz sayılmalıdır,”Azəriqaz” İB-i qanuna zidd hərəkətlərinə son qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş matriallarına əlavə edilmiş İddiaçı məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə istehlakçıya 2023-cü ilin may ayı üçün qalıq və aktlar üzrə 3110.40 manat borcu yaranmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt surətindən görünür ki, 14-2-2/3-5-3932-1 saylı rəyə əsasən 1009S********** nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdənin üzərində aşkar olunmamışdır. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən 12960 kubmetr qaz sərfiyyatı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********00000 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdənin üzərində aşkar olunmaması qeyd edilmiş və bunun əsasında itirilmiş qazın həcmi 12960 kub metr hesablanaraq dəymiş zərər 3110.4 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü gövdənin üzərində aşkar olunmaması məhz iddiaçının təqsiri səbəbindən olması öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehliyinin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən **********00000 saylı abonentə hesablanmış 3110.40 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Azəriqaz” İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən **********00000 saylı abonentə qanunsuz olaraq hesablanmış 3110.40 (üç min yüz on manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar