Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7267/2022 18.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu rayon Məhkəməsinin hakimi Tahirə Əlif qızı Əsədova Ərizəçi maraqlı şəxs kimi Bakı 4 saylı «ASAN XİDMƏT» Mərkəzi qeyd edilməklə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs kimi Bakı 4 saylı «ASAN XİDMƏT» Mərkəzi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1943-cü ildə Bakı şəhərində anad olmuş X1 xx.xx.1936-cı ildə anadan olmuş və xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası Xəlilova (Seyidova) Səfurə Ələkbər qızının doğma bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 152-ci maddələrinə əsasən geri qaytarılmalıdır. Belə ki, ərizədən görünür ki, Ərizəçi anası ilə qohumluq münasibətlərinin müəyyən edilməsini istədiyi şəxs - X2 ərizəçinin xalasıdır. Göründüyü kimi, hazırkı tələblə X2 məhkəməyə müraciət etməli olduğu halda, Ərizəçi səlahiyyəti olmadığı halda belə bir tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149 -cü maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.3-si maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir; 152.4-sü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur; 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, ərizəçinin belə bir iddia irəli sürmək üçün subyektiv hüququ mövcud olmadığından və ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Şikayət qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-7267/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7267/2022
18.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver