Məhkəmə qərarları › İş №2(008)-7281/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7281/2024

05.12.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7281/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən, torpaqdan çıxarılma və təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən, torpaqdan çıxarılma və təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, X5 və X1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş 0050130-13073 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.036948 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş 0050130-13073 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini zəbt edərək qanunsuz olaraq həmin evdə yaşayır. Bir neçə dəfə cavabdehdən sözü gedən torpaq sahəsini və orada yerləşən fərdi yaşayış evini tərk etməsini tələb etsə də, cavabdeh evi və torpaq sahəsini tərk etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək, 2010-cu ildən ora gəlin gəldiyini, tikilinin köhnə tikili olduğunu və heç bir sənədi olmadığını, həmin sahənin ölmüş həyat yoldaşının nənəsindən qaldığını, onun uşaqlarının atalarının vərəsəsi olduğunu deyərək, iddi tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə olunan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, 0050130-13073 reyestr nömrəli, ********** qeydiyyat nömrəli torpaq sahasə ünvan 1 nömrəli sahə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X6 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi, 11 ünvanında yerləşən, ümumi sahəsi 0.085348 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.036948 ha əmisi qızı İddiaçı bağışlamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun baldızı olduğunu, yəni mərhum həyat yoldaşı X2 doğma bacısı olduğunu, həmçinin əmisi oğlu X6 Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq, onu və iki azyaşlı qız uşaqlarını daimi yaşadıqları mənzildən çıxartmağa cəhd etmiş, lakin nə Sabunçu Rayon Polis idarəsi, nə də Bakı İnzibati Məhkəməsi onun qanunsuz iddiasını təmin etməmişdir. Bununla kifayətlənməyərək, Elxan Süleymanov əmisiqızı olan Arzu Atakişiyev ilə əlbir olub onu və iki qız uşağını daimi yaşadıqları fərdi yaşayış evindən çıxarmağa çalışırlar. Belə ki, 1990-cı ildən mərhum nənəsi Anabəyim Əlirza qızı güya mülkiyyətində olan torpaq sahəsini və mülki fərdi yaşayış evini oğlan nəvələrindən biri Elxan Süleymanova vermişdir. Halbuki, onun 853.28 ha kv.m torpaq sahəsində onun digər oğlu Rəhman və onun da oğlu - yəni mərhum yoldaşı X3 rəsmi qeydiyyatda olmuşdur. Ceyhun Süleymanovla 2010-cu ildə nikaha girdikdən sonra hazırda yaşadığı evə gəlin gəlmiş, yoldaşı Ceyhun Süleymanov 2018-ci ildə vəfat etmişdir. Qeyd olunan ünvanda yaşayaraq, iki azyaşlı qız övladlarını ailə başçısını itirməsi ilə bağlı müavinət və yardımla böyütdüyünü, yoldaşının doğma bacısı onu iki yetkinlik yaşına çatmayan qız uşağı ilə küçəyə atmaq istəyir. İddialarının əsassız olduğundan, təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavavbdeh Cavabdeh 2010-cu il tarixdə Ceyhun Süleymanovla nikaha girərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi, 11 ünvanında yerləşən tikilinin iki otağına gəlin köçmüş və hazırki vaxtadək orada yaşayır. Qeyd olunan tikili İddiaçı vermiş olduğu izahatına əsasən 1988-ci il tarixdə tikilmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən X6 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsi, 11 ünvanında yerləşən, ümumi sahəsi 0.085348 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0.036948 ha əmisi qızı İddiaçı bağışlamışdır. Bağışlama müqaviləsinin məzmunundan göründüyü kimi İddiaçı yalnız 0.036948 ha torpaq sahəsi bağışlanmışdır. Yəni İddiaçı Cavabdeh, X5 və X1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş 0050130-13073 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən, həmin fərdi yaşayış evinin yerləşdiyi 0.036948 ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və boşaldılaraq ona təhvil verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Məhkəmə araşdırması zamanı yerli baxış təyin olunaraq qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı da Cavabdeh yaşadığı sahə daş hasarla ayrılaraq, ayrıca həyətə giriş-çıxış qapısı, işıq, su və qaz sayğacları quraşdırıldığı müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, araşdırma zamanı Cavabdeh hazırda yaşadığı tikilinin İddiaçı bağışlanmış 0.036948 ha torpaq sahəsi hüdudları daxilində olması barədə iddiaçı heç bir sübut təqdim etməmişdir. Həmçinin Cavabdeh yaşadığı sahənin baxımsız vəziyyətdə olması ilə bağlı Bələdiyyə tərəfindən onların yaşadığı sahənin dam hissəsinin bələdiyyə vəsaiti hesabına təmir olunması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Göstərilən halları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ:

İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən, torpaqdan çıxarılma və təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzaliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar