Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-7308/2021 18.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Ərizəçi Ərizəçi1 nümayəndəsi X33, Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin nümayəndəsi Nümayəndə, X3 iştirakı ilə, Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X30, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X30, Hacıyeva Hicran Qismət qızına qarşı “notariat hərəkətlərinin aparılmasından imtinadan” şikayətə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) 29.06.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsində hərəkətlərini (hərəkətsizliyni) qanunsuz və AR MM maddələrinə cavab verməyən hesab edilməsi, Ərizəçi1 10.09.2021-ci il tarixli cavabı ilə əlaqədar Bakı şəhəri 4 saylı Asan-xidmət Mərkəzinin notariusu X10 hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Azərbaycan Respublikasının notariat haqqında” Qanununu rəhbər tutaraq X1 öhdəsinə X11 xətt ekspertizasının təyin edilməsi və 09.09.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X1 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini 09.09.2021 -ci il tarixli ərizə ilə birlikdə və 13.09.2021 -ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X10 (bundan sonra mətndə - Notarius) 01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (hüquqi baxıman qərarı) və 01 iyul 2019-cu il tarixli, 1259 nömrəli məktubu (hüquqi baxımdan qərarı) ilə ona ünvan 1 ünvanında yerləşən qeyi-yaşayış sahəsinin (bundan sonra mətndə - Sahə) ½ hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin (bundan sonra mətndə - Mənzil) 14 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsi 04 oktyabr 2019-cu il tarixli 2(008)- 5247/2019 No-li qərarı ilə X1 hərəkətlərini qanunsuz hesab etmişdir! 2015-ci ildə V.V.Qolubevin (Ərizəçi1 doğma bacısı oğlu) adına V- 560/2015 No-li vərəsəlik işinin və X8 (Ərizəçi1 doğma bacısı) adına V-551/2015 No-li vərəsəlik işinin açılması zamanı notarius X30 İ- ЖГ No 300537, 10.05.1980-ci il tarixli atalığın müəyyən edilməsi haqqında sənədin qəbulundan şihafı olaraq imtina etmişdir, ərizəçiyə göstərmişdir ki, bu sənəd hər hansı əhəmiyyətə malik deyildir və hər hansı hüquqi qüvvəyə malik deyildir, bunun nəticəsində Ərizəçi1 qanunsuz qəbul edilən müvafiq qərarlarla vərəsəlik hüququndan məhrum edilmişdir! 19.10.2020-ci ci il tarixində zəruri sənədlər X30 tərəfindən V-560/2015 No-li və V-551/2015 No-li vərəsəlik işinə daxil edilmişdir. X37 inzibati və cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir! Sənədləri əlavə edərək Sidqi Həbibbəyli dərk edirdi ki, əmlak mübahisələrinə aid qəbul edilən bütün qərarlar qanunsuzdur və vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir. Ərizəçi1 19.10.2020-ci il tarixində müraciətində notariusdan saxtalaşdırma faktları haqqında müvafiq icra hakimiyyəti strukturlarını məlumatlandırmağı xahiş etmişdir, lakin notarius hərəkətsizdir! 09.09.2021-ci ildə Ərizəçi1 ekspertizanın təyin edilməsi barədə X38yə müraciət edir və 10.09.2021-ci il tarixində imtina cavabı alır, baxmayaraq ki, notarius qərar qəbul etməli idi! Öz yazılı imzasında notarius Xətai rayon məhkəməsinin 16.10.2020-ci il tarixli, 2(011)-3241/2020 No-li qərarına istinad edir və xatırlatmır ki, bu qərar apellyasiya instansiyası tərəfindən 07.04.2021-ci il tarixində 2(103)- 3862/2021 No-li iş üzrə ləğv edilmişdir və Ərizəçi1 məhkəmənin T.A.Dadaşovun imzalarının ekspertizasını təyin etməsi haqqında vəsatət üzrə qərardadı qəbul etməməsinə görə günahkar deyildir! Öz yazılı imtinasında X38 inzibati icraat haqqında 2- 1(112)-7698/2021 No-li 18.08.2021 -ci il tarixli məhkəmə qərarına istinad edir. Qərardadda inzibati Məhkəmə AR MPM 305.1 və 305.1.8-ci maddələrini göstərir. X38 nəyə görəsə əvvəl qəbul edilən 29.08.2021 -ci il tarixli 2- 1(112)-6580/2021 No-li iş üzrə inzibati aktı xatırlamır, hansında ki, inzibati məhkəmə həmçinin AR MPM 305.1 və 305.1.8-ci maddələrini göstərir! Bu qəbul edilən aktlardan apellyasiya məhkəməsinin inzibati kollegiyasına şikayət verilmişdir, hansında ki, Ərizəçi1 məhkəmə AR İM 62-ci maddəsinə müvafiq olaraq zərərçəkmiş fiziki şəxs hesab etməli idi!!! Halhazırda apellyasiya məhkəməsinin inzibati kollegiyası hakim Aqil Abbasovun 2(102)-5391/2021 No-li mülki iş üzrə Ali Məhkəmənin qərarını gözləyir. T.A.Dadaşovun imzasının xətt ekspertizasının təyin edilməsindən və şübhəli şəxsləri dindirməyə çağırılmasından imtina ilə əlaqədar olaraq, Ərizəçi1 13.09.2021-ci il tarixli ərizə ilə X38yə müracət etmişdir, orada ibtidai istintaqın aparılması üçün əlavə olunan sənədlərin Şəhər Prokurorluğuna göndərilməsi və AR CM 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin qaldırılması haqqında xahiş etmişdir. Ərizəçi1 və onun nümayəndələri notariusun hərəkətsizliyini anlaya bilmirlər və X38ni fiziki şəxslər olan M.C.Dadaşova, Maraqlı şəxs2 və T.Q.Abbasov ilə əlbir hesab edirlər. Ərizəçi1nm 23.12.2015-ci il tarixli müraciətinə əsasən 4 saylı ASAN- xıdmətdə 26 dekabr 2002-ci il tarixində vəfat etmiş doğma bacısı X8 adına və Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən ölmüş hesab edilmiş X6 adına vərəsəlik işi açılmışdır. 25.06.2016-cı cı il tarixində 524670 No-li, 12 yanvar 2016-cı il tarixli baş etibarnaməyə vasitəsilə X35 öz atası X11 adından qanunla müəyyən olunmuş müddət keçdikdən sonra X8 və X6 mirasında maraqlı şəxs olaraq onun vərəsə hesab edilməsi haqqında ərizə təqdim edir. 29.06.2016-cı cı il tarixində Azərbaycan Respublikası Mülki Məcəlləsini kobud surətdə pozaraq Notarius Hicran Hacıyeva 6 ay buraxılanadan sonra, 6 ay və 24 gün keçdikdən sonra X15 varis hesab etmişdir! Varislər 58-ci maddəyə əsasən, mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Ərizəçi1 X2 yazılı razılıq verməmişdir! Ərizəçinin nümayəndəsi Ərizəçi3 tərəfindən aparılan xüsusi araşdırmanın gedişatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olmaqla bir qrup şəxs halında əməllərin törədilməsi dəlilləri və tərkibini təsdiq dən faktlar aşkar olunmuşdur. Bütün qanunsuz qəbul edilmiş mülki aktlarda Ərizəçi1 doğma bacısı X25 X12 arvadı göstərilmişdir, bu isə vətəndaşlıq vəziyyəti aktlarına müvafiq deyildir! Sübutlar fiziki şəxslər X42, Maraqlı şəxs2 və X40 tərəfindən 2014-cü ildən 2018-ci ilə qədər saxtalaşdırılmışdır. Bununla yanaşı 2014-cü ildən 2017-ci ilə qədər məhkəmələrə və 4 saylı ASAN xidmətə bütün ərizələrdə T.A.Dadaşovun imzasının saxtalaşdırılması vizual olaraq aşkar olunmuşdur! Həmçinin sənədli şəkildə müəyyən edilmişdir ki, Dadaşov T.A. və onun arvadı Dadaşov M.C. 05.02.2017-ci il tarixindən İsrail Dövlətinin vətəndaşlığını qəbul etmişlər! Naməlum səbəblərdən T.A.X26 02.03.2017-ci il tarixində faktiki ölümü ilə əlaqədar Bakı şəhərinin Nərimanov rayonunun 38-ci notarial kontorunda kobud pozuntularla beynəlxalq müqavilələrə müvafiq olmayan V-20 No-li vərəsəlik işi çılmışdır! Mirasın bütövlükdə qəbul edilməsində böyük hüquqi əhəmiyyətə malik olan sənədlər yoxdur: 1. Ölüm haqqında və onun səbəbi haqqında rəy yoxdur. 2. T.A.X27 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.3. M.C.X27 vətəndaşının şəxsiyyətini təsdiq edən (teudat zeut) ********* No-li sənədi yoxdur.4. Miras orderi Tsav Yeruşa və ya vəsiyyətnamə üzrə order X56 yoxdur, hansında ki, vərəsənin adı mütləq qaydada göstərilməlidir. 21 iyun 2017-ci il tarixində sənədlərin olmamasına baxmayaraq, T.A.X26 vəfatı ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi Ərizəçi1 hüquqlarını pozaraq Maraqlı şəxs2 hüquqi varis hesab edir! Sonradan müəyyən olunur ki, Maraqlı şəxs2A. vərəsəlik hüququ haqqında şəhadətnaməyə malik olmadan üç daşınmaz əmlak üzrə mülkiyyət hüququ üçün sənədləri Daşınmaz əmlakın 1 No-li Reyestr Xidmətindən almışdır! Nərimanov rayonunun V-20 vərəsəlik işində T.A.Dadaşovun virasdan imtinası vardır, M.Maraqlı şəxs2 öz qızı Dadaşova Dinarənin xeyrinə əri T.A.Dadaşovun mirasından imtina etmişdir, hansı ki, Tsav Yeruşa vərəsəlik orderi olmadan heç bir hüquqi qüvvəyə malik deyildir! Xarici dövlətdən gələn sənədlərin olmaması T.A.Dadaşov və M.C.Dadaşova tərəfindən xarici dövlətin vətəndaşlığının saxta (yalandan) qəbul edilməsini göstərir! Aşkar olunmuşdur ki, Dadaşov T.A. Bakıda ölmüşdür və öz atası 1870-ci il təvəllüdlü, 1958-ci ildə vəfat etmiş X22 yanında dəfn olunmuşdur! Həmçinin aşkar olunmuşdur ki, 1958-ci il təvəllüdlü, 17.12.2006-cı il tarixində Sabunçu rayonunun 3 saylı Kliniki xəstəxanasında vəfat etmiş Dadaşov T.A. və 1933-cü il təvəllüdlü sənədlər üzrə İsrail Dövlətində vəfat etmiş T.A.Dadaşov eyni fiziki şəxsdir! Hər iki halda ad, soyad və ata adı uyğun gələn hər iki fiziki şəxsin ölümü haqqında şəhadətnamə qanunsuz olaraq ölüm haqqında tibbi rəy olmadan, daha doğrusu qiyabi olaraq verilmişdir! Bütün qanunsuz hərəkətlərlələ əlaqədar Ərizəçi1 mənəvi, fiziki və maddi ziyan daşımışdır! Maraqlı şəxs2 qabaqcadan əlbir olmaqla bir qrup şəxslə L.İ. Fominanı əsassız sözlərlə təhqir etməklə onun faktiki ölümünə nail olmaq istəyi ilə əlaqədar ərizəçi iki infarkt keçirdi və ona ürək əməliyyatı icra olundu! T.A.Dadaşov və M.C.Dadaşovun xarici dövlətin vətəndaşlığını qəbul etməsi məhz mirasın qəbul edilməsi və 1933-cü il təvəllüdlü T.A.Dadaşovun Bakı şəhərində faktiki ölümünün gizlədilməsi ilə bağlıdır, bu Ərizəçi1nm əmlakının qanunsuz əldə edilməsi məqsədi ilə edilmişdir, mirasın özü isə X4 ölümü ilə əlaqədardır, hansı ki, Bakı şəhərinin Yasamal rayonunda qətlə yetirilmişdir. Qətlə yetirilmiş V.V.Qolubevin fotoşəkli Nizami metrosunun yanında Polis məntəqəsini axtarılanlar lövhəsində aşkar olunmuşdur! Fotoşəkil 2019-cu ilin sonunda aşkar olunmuşdur və hal-hazırda hakimiyyət nümayəndələri tərəfindən çıxarılmışdır! Miras ilə əlaqədar 2010-cu ildə V.V.Qolubevin ölümü ilə və Ərizəçi1 ilə fiziki şəxslərin yuxarıda göstərilən qanunsuz hərəkətlərindən tam əks olunan qərəzli hərəkətləri görmək olar, onlar V.Qolubevə qarşı necə hərəkət etmişdirlərsə, Ərizəçi1 qarşı da o cür hərəkət etmişlər, qanunsuz olaraq onun əlindən əmlakını almışlar və onu faktiki ölümə çatdırmağa əhd etmişlər! Onların bütün ailələri əmindir ki, V.V.Qolubevi sifariş üzrə bir qrup şəxs qətlə yetirmişdir, və icraçı dəfələrlə nümayəndə Ərizəçi3 ölümlə və zorlama ilə təhdid edən Abbasov Elçin olmuşdur! Düzdür Ərizəçi3 E.Q.Abbasovun və onun pozğun tanışlarının təhdidlərini vecinə də almır! Ərizəçi1 və onun nümayəndələri hesab edirlər və məhkəmə üçün qeyd edirlər ki, T.A.Dadaşovun hüquqi vərəsəsi Maraqlı şəxs2 Beynəlxalq müqavilələrə müvafiq olan sənədlər olmadan öz atasının varisi ola bilməz. Ərizəçi1 həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən notarial orqanların hərəkətlərinə və hərəkətsizliyinə iddia müddəti aid edilmir. 08.10.2021-ci il tarixində ərizəçi şikayətə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək notarius X16 və notarius Xasıyeva Hicran Qismət qızının hərəkətləri (hərəkətsizliyi) qanunsuz hesab edilməsi, Bakı şəhəri 4 saylı ASAN xidmət Mərkəzinin notariuslarına X8 2V-16 saylı vərəsəlik işindən 16-cı səhifədə X7 493509 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 17ci səhifədə X12 319 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 25-ci səhifədə X12 178193 nömrəli ölüm haqqında şəhadətnaməsinin sənədlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi1 nümayəndəsi X39 ərizəmi müdafiə edərək bildirdi ki, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin nümayəndəsi Nümayəndə ərizədəki tələblərlə razılaşmayaraq ərizənin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmamalıdır. - 09.09.2021-ci il tarixli ərizə-müraciətin surətindən görünür ki, ərizəçi 87-ci maddəyə müvafiq olaraq, sübutların təmin edilməsi üçün şahidlər X42, X35, X40 dindirilməyə çağırılması, yazılı sübutlara baxış keçirilməsi və 4 saylı Asan xidmətə təqdim edilmiş 25.06.2016-cı il tarixli ərizədə və X17 adına verilən 524670 nömrəli baş etibarnamədə X11 xətti və imzasının xətt ekspertizası aparılması və 3 gün ərzində ərizəçi məlumatlandırılmasını xahiş etmişdir. - 10.09.2021-ci il tarixli,1590 nömrəli “ekspertizanın və sair hərəkətlərin keçirilməsi haqqında” ərizəyə dair cavab məktubunun surətindən görünür ki, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 128-ci bəndinin 2-ci abzasına əsasən Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin edilmədiyindən, o cümlədən şahid ifadələrində imzanın həqiqililiyi notarius tərəfindən təsdiq edilmədiyindən ərizənin təmin olunması qeyri-mümkün olması barədə məlumatlandırılmışdır. İş materiallarında olan 13.09.2021-ci il tarixdə ərizəçi 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinə müraciət edərək, aydın cinayət tərkibi ilə əlaqədar ərizəçi Fomina.L.İ tərəfindən 09.08.2021-ci il tarixində verilən ərizə 215 səhifədə sənədlərin surətləri ilə birlikdə yeni ərizəyə bərkidilsin və Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120,126.2.1,134,150.2.5,178.3.2,294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri üzrə ibtidai istintaqın başlanması və cinayət işinin qaldırılması haqqında qərarın qəbul edilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Bakı şəhər Prokurorluğuna göndərilməsi və 3 gün ərzində ərizəçiyə cavab yazılmasını xahiş etmişdir. - 4 saylı Bakı Maraqlı şəxs1 Notariat Ofisi tərəfindən verilmiş 15.09.2021-ci il tarixli, 1621 nömrəli ibtidai istintaqın başlanması və cinayət işinin qaldırılması haqqında” ərizəyə dair cavab məktubundan görünür ki, ərizəçini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 204.1-ci və 204.2-ci maddəsinə əsaslanaraq aşkar cinayət haqqında məlumat olduğu təqdirdə, bu haqda müvafiq hüquq mühafizə orqanına müraciət etməyi barədə məlumatlandırmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6580/2021 nömrəli, 29.06.2021-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X18 (Bakı şəhəri 4 saylı ASAN- Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X31 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X19 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X40, Maraqlı şəxs2, X41 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin istintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7698/2021 nömrəli, 18.08.2021-ci il tarixli qərardadına əsasən iddiaçı Ərizəçi1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə, X18 (Bakı şəhəri 4 saylı ASAN- Xidmət Mərkəzinin xüsusi notariusu), Xasıyeva Hicran Qismət qızına (Bakı şəhəri 4 saylı ASAN-Xidmət Mərkəzinin xüsusi notariusu), X31 (Bakı şəhəri 38 saylı notariat kontorunun xüsusi notariusu) və X19 qarşı (Bakı şəhəri 41 saylı notariat kontorunun xüsusi notariusu) X40, Maraqlı şəxs2, X41 üçüncü şəxs qismində göstərilməklə “iddiaçıya qarşı qəsdən törədilən vəzifəli, hüquqi və fiziki şəxslərin hərəkətlərinin (hərəkətsizliyi) qanunsuz və qanun əleyhinə hesab edilməsi, inzibati Xətalar Məcəlləsinin 62-ci maddəsinə əsasən iddiaçının zərərçəkmiş qismində tanınması, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126, 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314, 320-ci maddələri ilə cinayət işinin qaldırılması haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edilməsi’’ tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4785/2015 nömrəli, 05.11.2015-ci il tarixli qətnaməsinə əsasən 08 may 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri. Xətai rayonu. Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilində yaşamış X13 13.05.2010-cu il tarixdə ölmüş elan edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin **********21-05101-093077 reystr nömrəli Texniki Pasportunun sirətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşır küçəsi 7 saylı binanın 77 saylı mənzili X8 mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı 23.01.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilə mülkiyyət hüququ tam payla Ərizəçi1 mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı 09.08.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu İslam Səfərli B.9 ünvanında yeləşən emalatxana tam payla Ərizəçi1 mülkiyyətində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı 28.12.2018-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 7 saylı evin, 99 saylı mənzilə mülkiyyət hüququ ½ hissədə payla X17 mülkiyətində olmuş, digər ½ hissəsi isə açıq saxlanılmışdır. - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6072/2016 nömrəli, 21.11.2016-cı il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı ASAN xidmət mərkəzində Notariat Kontorunun xüsusi notarusu X10 ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilinə dair Ərizəçi1 adına 18.01.2016-cı il tarixdə verdiyi qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında sözügedən mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X11 vərəsəlik hüquqları təmin edilərək ünvan 4 ünvanında yerləşən və ümumi sahəsi 61,45 kv.metr olan 99 saylı mənzilin 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir - Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-5848/2016 nömrəli, 22.11.2016-cı il tarixli qətnaməsinə əsasən X11 Ərizəçi1 və 4 saylı Bakı “ASAN Xidmət" Mərkəzinə qarşı (3-cü şəxs AR ƏMDK yanında DƏDRX Bakı şəhəri Ərazi idarəsi cəlb edilməklə) qanun üzrə vərəsəlik şəhadətnaməsinin, çıxarışın etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınmasının və adına xüsusi mülkiyyətə dair çıxarışın verilməsinin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3158/2017 nömrəli, 21.06.2017-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Ərizəçi1 apellyasiya şikayəti təmin edilməmiş Bakı şəhəri Nizami Nayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(007)- 6072/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 noyabr 2016-cı il tarixli, 2(007)-5848/2016 saylı qətnaməsi ləğv edilmiş, həmin iş üzrə iddia təmin edilmiş, 4 saylı Bakı "ASAN Xidmət” mərkəzində notariat kontorunda ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olar 73 nömrəli təmir emalatxanasına dair Ərizəçi1 adına 29.06.2016-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və onun əsasında qeyri-yaşayış sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” etibarsız hesab edilmiş, X11 hüquqi varisi Maraqlı şəxs2 vərəsəlik hüquqları təmin edilərək, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 7 kv.metr olan 73 nömrəli təmir emalatxanasının 1/2 hissəsinə onun vərəsəlik payı müəyyən edilmişdir. - 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin 01.07.2019 cu il tarixli 1258 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, 30.12.2015-ci il tarixli müraciətinə əsasənda 13.05.2010-cu ildə vəfat etmiş ünvan 4, məzil 99 ünavında qeydiyyatda olan bacınızın oğlu Q.V.Vladimiroviçin adına V-560/2015 saylı vərəsəlik işi açılmışdır. Bakı şəhəri Yasamal rayonu, İslam Səfərli küçəsi, emalatxana b.9 ünvanda yerləşən texniki sahə üzrə 1/2 hissəyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstərilmişdir. - 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin 01.07.2019 cu il tarixli 1259 nömrəli F.L.İvanovnaya ünvanladığı məktubun məzmununda qeyd edilmişdir ki, 23.12.2015-ci il tarixli müraciətinə əsasənda 26.12.2002-ci ildə vəfat etmiş ünvan 4, məzil 99 ünavında qeydiyyatda olan bacınız K.N.İvanovnanın adına adına V-551/2015 saylı vərəsəlik işi açılmışdır. ünvan 4, məzil 99 ünavında yerləşən mənzilə dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən sizə vərəsəlik şahədatnaməsi verilməsi mümkün olunmadığı göstərilmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş ******* saylı 29.04.2006-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzili X6 adına daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan çekmişdir. - Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reystrindən verilmiş ******* saylı 18.07.2007-cı il tarixli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüququ üzrə Maraqlı şəxs2½ hissə, X14 ½ hissə adlarına adına daşınmaz əmlakın dövlət reystrindən qeydiyyatdan çekmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə mülkiyyət hüququ ½ hissədə payla X17 , digər ½ hissəsi isə X14 mülkiyətində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə mülkiyyət hüququ ½ hissədə 18.07.2007ci tarixindən payla X17 , digər ½ hissəsi isə 25.07.2015-ci il tarixindən isə X20 mülkiyətində olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 32 saylı evin 4 nömrəli mənzilə tam mülkiyyət hüququ ilə 11.09.2015-ci il tarixində X23 olmuşdur. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2- 1260/06 nömrəli, 29.08.2006-cı il tarixli qətnaməsinə əsasən X11 miras qoyan-anası X9 birinci növbəli vərəsəsi kimi mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət uzadılmış, Bakı şəhəri Səbail rayonu Nizami küçəsi 32 saylı evin 4 saylı mənzilinə X6 adına verilmiş 05.04.2006-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə və MN Seriyalı ******* saylı, 29.04.2006-cı il tarixli qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Birinci növbəli vərəsə kimi X11 miras qoyan- anası X7 30/12493 nömrəli, 20.05.1993-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissədə payı müəyyən edilmiş, X24 Bakı şəhəri Nizami küçəsi 32 saylı evin, 4 saylı mənzilinin 1/2 hissəsinə mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşırmaz Əmlakın Reyestri Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Müiki Kollegiyasının 2(103)-3108/2016 nömrəli, 18.05.2016-cı ıl tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.08.2006-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, 28.04.2015-cı ıl tarixli qətnaməsinə əsasən X11 anası - X5 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin 1/2 hissəsinə vərəsəlik hüquqları tanınmış, qətnamə X11 adma miras əmlak üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsi üçün əsas hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6452/2016 nömrəli, 06.10.2016-cı il tarixli qətnaməsinə əsasən maraqlı şəxs Ərizəçi1 apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1083/2015 nömrəli, 28.04.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1492/2017 nömrəli, 30.03.2017-ci il tarixli qərarına əsasən maraqlı şəxs Ərizəçi1 kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06.10.2016- cı ıl tarixli, 2(103)-6452/2016 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7135/2017 nömrəli, 31.07.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)~1083/2015 saylı, 28.04.2015-ci il tarixli qətnaməsi ləğv edilmiş, X11 Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 32 saylı evdə yerləşən 4 saylı mənzilin anası- Qolubeva Yekaterına ivanovnanın adında açıq saxlanılmış 1/2 hissəsinə vərəsəlik hüququ tanınmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-980 nömrəli, 20.02.2018-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 31.07.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-5247/2019 nömrəli 04.10.2019cu il tarixli qətnaməsinə əsasən 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X10 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsindən imtinaları (01 iyul 2019-cu il tarixli, 1258 nömrəli məktubu (qərarı) və 01 iyul 2019-cu ıl tarixli, 1259 ^ nömrəli məktubu (qərarı) əsas hesab edilsin, 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinin xüsusi notariusu X18 Ərizəçi1 adına ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 1/2 hissəsi və Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilinin 1/2 hissəsi üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həvalə edilmişdir. - 2V-16 saylı notariat işindən görünür ki, X8 vərəsəsi bacısı Ərizəçi1dır və buna dair 18.01.2016-cı il tarxində qanunu üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. - 29.04.2006-cı il tarixli ölüm haqqında arayışdan görünür ki, 14.01.2006 cı il tarixli X28 14.01.2006-cı il tarixində beyin işemiyası səbəbindən Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. - 178193 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 14.01.2006-cı il tarixində beyin işemiyası səbəbindən Bakı şəhəri Səbail rayonunda vəfat etmişdir. - 493509 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 08.06.1995-ci il tarixində Bakı şəhərində ölmüşdür. - “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərin məhkəmə aidiyyəti müəyyən edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-İVQD №-li Qanunu ilə MPM-in XXXVİİİ fəsli («Notariat hərəkətlərindən və ya həmin hərəkətlərinin aparılmasından imtinaya dair şikayətlər») həmin Məcəllədən çıxarılsa da, «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında baxılması MPM-in 305.1, 305.1.8-ci maddələrində təsbit olunmuşdur. Buna görə də «notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə» xüsusi icraat qaydasında (maraqlı şəxslər arasında hüquqa dair mübahisə olduqda isə iddia icraatı qaydasında) ümumi məhkəmələr tərəfindən baxılır. - Mülki işin matriallarından müəyyən edilir ki, Ərizəçi1 məhkəməyə müraciət edərək Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu Hacıyeva Hicran Qismət qızının qanunla müəyyən edilmiş müddət keçdikdən sonra (6 ay) 29.06.2016-cı cı il tarixində T.A.Dadaşovun varis hesab edilməsin qanunsuz və AR MM tələblərinə cavab verməyən hesab edilməsini xahiş etsə də, ərizəçi göstərilən altı ay müddətin hansı tarixdən hesabladığını, o cümlədən Tofiq Dadaşovun hansı vərəsəlik işi üzrə varis hesab edilməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən məhkəmə hesab edr ki, şikayət ərizəsi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə ərizəçinin şikayət ərizəsinin digər hissəsinə münasibət bildirərək qeyd edir ki, ərizəçi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X10 ərizəçiyə ünvanladığı 10.09.2021-ci il tarixli cavabının qanunsuz hesab edilməsini xahiş edərək, notarusun üzərinə X11 xətt ekspertizasının təyin edilməsi və 09.09.2021-ci il tarixli ərizədə göstərilən şübhəli fiziki şəxslərin dindirməyə çağırılması haqqında qərar qəbul etmək vəzifəsi qoyulması, X1 üzərinə Notariat haqqında Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə müvafiq olaraq, Ərizəçi1 qanuni maraqlarının təmin edilməsi məqsədi ilə sənədlərin surətlərini 09.09.2021 -ci il tarixli ərizə ilə birlikdə və 13.09.2021 -ci il tarixli ərizə ilə birlikdə ibtidai istintaqın aparılması üçün Şəhər Prokurorluğuna göndərilməsi və AR CM-nin 120, 126.2.1, 134, 150.2.5 (təhdidlər), 178.3.2, 179.3.2, 294.1, 295.1, 307, 308, 314 və 320-ci maddələri üzrə cinayət işinin açılması haqqında qərarı qəbul edilməsi vəzifəsi qoyulması və Bakı şəhəri 4 saylı ASAN xidmət Mərkəzinin notariuslarına X8 2V-16saylı vərəsəlik işindən 16cı səhifədə X7 493509 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 17-ci səhifədə X12 319 nömrəli ölüm haqqında şəhadətnaməsinin, 25-ci səhifədə X12 178193 nömrəli ölüm haqqında şəhadətnaməsinin sənədlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etsə də, məhkəmə araşdırılması zamanı ərizəçinin tələbinin qanunu əsası müəyyən edilmədiyindən, o cümlədən qeyd edilən hərəkətlərin yerinə yetirilməsini zəruri edən hallar sübuta yetirilmədiyindən şikayət ərizəsi Bakı şəhəri 4 saylı Asan xidmət Mərkəzinin notariusu X10 hərəkətlərinə münasibətdə də təmin edilməməlidir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən Dövlət notariusu əqdləri və etibarnamələri təsdiq edir; miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; şəxsin sağ olması faktını təsdiq edir; şəxsin müəyyən yerdə olması faktını təsdiq edir; şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; fiziki və hüquqi şəxslərin ərizələrini və sənədlərini başqa fiziki və hüquqi şəxslərə verir; [35]Öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;[36]icra qeydləri aparır; eksellərə protestlər tərtib edir; çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir; sənədləri saxlanmaq üçün qəbul edir; dəniz protestləri tərtib edir; sübutları təmin edir. Azərbaycan Respublikasında notariat hərəkətlətinin aparılmasına qaydaları haqqında Təlimatın 128-ci bəndində əsasən Notarius maraqlı şəxslərin ona müraciəti zamanı məhkəmə, istintaq və ya təhqiqat orqanının icraatında olan işlər üzrə sübutları təmin etmir, o cümlədən şahid ifadələrində imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmir. [210] Həmin Təlimatın 190-cu bəndinə əsasən Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir. Notariuslar maraqlı şəxslərin notariusa müraciət etdikləri zaman məhkəmənin , istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər. Həmin Təlimatın 191-ci bəndinə əsasən Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir. Bundan başqa ərizəçi məhkəmə icraatı dövründə xüsusi qərardadın çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək AR MPM-nin 265.4-cü maddələrini rəhbər tutaraq xüsusi icraat işinə cəlb olunmayan Bakı şəhəri 4 saylı Asan Xidmət Mərkəzinin notariusları X30, Hacıyeva Hicran Qismət qızının və üçüncü şəxslər X36, X17, X32 qanunsuz hərəkətləri ilə bağlı ərizəçi F.L.İvanovnanın pozulmuş hüquq və vəzifələri barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120, 126.2.1, 134, 150.2.5, 178.3.2, 179.3.2, 294.1, 320-ci maddələrinə müvafiq olaraq qabaqcadan əlbir olmaqla qəsdən törədilmiş cinayət faktları üzrə xüsusi qərardad qəbul edilməsini xahiş etsədə, məhkəmə araşdırılması zamanı qeyd edilən şəxslərin əməlində cinayət tərkibinin əlamətlərinə dəlalət edən kifayyət qədər sübutlar olmadığından vəsatət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizəçi1 maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinin xüsusi notariusu X30, Hacıyeva Hicran Qismət qızına olmaqla “notariat hərəkətlərinin aparılmasından şikayətə” dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi günddddən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-7308/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-7308/2021
18.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver