Məhkəmə qərarları › İş №2(008)-7318/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7318/2020

27.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7318/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC-nin onun işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli 272/K saylı əmrin ləğv edilərək, onun işə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa ediləcəyi günədək məcburi işburaxmaya görə aylıq əmək haqqının hesablanaraq ona verilməsi vəzifəsinin Cavabdeh ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi forma və məzumununa riayət edilmədən verilmişdir Belə ki, İddiaçı iddia ərizəsinin qoşma hissəsində mübahisələndirdiyi tələblə bağlı əmrin surətinin əlavə edilməsini göstərilsə də, həmin əmrin surəti iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə Cavabdeh ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Cavabdeh ASC-nin adı dəyişdirilərək «xxxx» ASC adlandırılmışdır. Göründüyü kimi, həmin tarixdən Cavabdeh ASC-nin adı «xxxx» ASC-yə dəyişdirilmiş, lakin iddiaçı Cavabdeh ASC-nin onun işdən azad edilməsi barədə olan xx.xx.2020-ci il tarixli 272/K saylı əmrinin ləğv edilməsini istəyir. İddiaçı iddia ərizəsində ləğv edilməsini istədiyi xx.xx.2020-ci il tarixli 272/K əmrin surətini iş materiallarına əlavə etmədiyindən, həmin əmrin Cavabdeh ASC və «xxxx» ASC tərəfindən verildiyini müəyyən etmək mümkün deyildir. İddia ərizəsində cavabdeh «xxxx» ASC göstərilsə də, tələb Cavabdeh ASC-yə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar