Məhkəmə qərarları › İş №2(008)-733/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-733/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-733/2022 13.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, 41938 (qırx bir min doqquz yüz otuz səkkiz) ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona qaytarılması, 304 (üç yüz dörd) manat dövlət rüsumunun tutulması, uzun müddət ərzində müalicəsi nəticəsində 1 800 (bir min səkkiz yüz) manat maddi və mənəvi zərərin İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu il tarixində Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı cavabdeh X3 borcun etirafı müqaviləsinə əsasən 66400 ABŞ dolları olan borcun və mənəvi zərərə görə 1000 (bir min) manat pulun alınıb ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1900/2019 saylı 11.06.2019-cu il tarixli qətnaməsi qəbul edilmişdir. Qətnaməyə əsasən cavabdeh X5 İddiaçı xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 53800 (əlli üç min səkkiz yüz) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vasaiti tutulması qət edilmişdir. Bakı şəhər Nizami rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X7 tərəfindən, 07.08.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən cavabdeh X4 icra şöbəsinə çağırılaraq ondan pulun ödənilməsi tələb edilmişdir. X5 həmin məbləği ödəyə bilmədiyinə görə icra məmuru tərəfindən Bakı şəhər Nizami Rayon Məhkəməsinə təqdimat verilərək inzibati qaydada 10 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Bir gün X2 qohumu Cavabdeh ona zəng edərək X1 həmin borc məbləğini tam şəkildə almamağını xahiş etdi və pulun tam şəkildə ödəniləcəyinə dair öhdəlik götürərək söz verdi. Cavabdeh ilə o İddiaçı 25 yanvar 2021-ci il tarixində öz aralarında şahidlərin iştirakı ilə öhdəlik müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən aşağıdakılar razılığa gəlinərək qeyd olunmuşdur. Onlar aşağıda imza edənlər: Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (şəxsiyyət vəsiqəsi seriya AZE № ********, 24.05.2015-ci il tarixdə ASAN 4 tərəfindən verilmişdir) və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE № 0*******, 03.12.2011-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmişdir) aşağıdakı məzmunda razılığa gəlmişlər. Cavabdeh yaxın qohumu X2 məhkəmə qətnaməsi ilə təsdiqini tapmış İddiaçı olan 53 800 (əlli üç min səkkiz yüz) ABŞ dolları məbləğində borcunu aşağıdakı şərtlərlə ödəməyi öz öhdəsinə götürür, ilkin olaraq ən geci 05.03.2021-ci il tarixinədək 6 000 (altı min) ABŞ dolları məbləğində vəsait İddiaçı ödənilir, sonradan hər növbəti ayın 5-dən gec olmayaraq 2 000 (İki min) manat məbləğində vəsait İddiaçı ödənilir və ödəniş gününə olan kursa əsasən ümumi borcdan çıxılır, ödənişə başlanıldığı tarixdən 6 (altı) aydan sonra yenə 6 000 (altı min) ABŞ dolları məbləğində vəsait İddiaçı ödənilir, ödənişin bu qaydada aparılmasına İddiaçı öz razılığını bildirir və öhdəçilik şərtləri yerinə yetirildiyi müddətdə X5 barədə məhkəmə icraçılarına şikayət etmir, Cavabdeh yaxın qohumu X2 borcuna görə eyni zamanda aşağıdakı əmlakı ilə də məsuliyyət daşıyır, 21.01.2016-ci il tarixli RX seriyalı, № ******* Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2218 M saylı bağ sahəsi - 0.04 ha, Cavabdeh borcu vaxtında ödəmədikdə və ya ödəməkdən imtina etdikdə İddiaçı müvafiq qaydada Cavabdeh barədə məhkəmə instansiyalarında iddia qaldıra və Cavabdeh məxsus olan torpaq sahəsinə həbs qoydura bilər, tərəflər arasında imzalanmış öhdəçilik müqaviləsi 2 (iki) nüsxədən ibarət olmaqla tərtib edilmiş və hər ikisi imzalayaraq təsdiq etmişlər. Beləliklə, öhdəlik müqaviləsinə əsasən Cavabdeh tərəfindən ödənilən ödənişlər aşağıda kimi göstərilmişdir.

1. 05 mart 2021-ci il tarixində 10200 (on min iki yüz) manat

2. 05 aprel 2021- ci il tarixində 2000 (iki min) manat

3. 05 may 2021-ci il tarixində 2000 (ik min) manat

4. 05 iyun 2021-ci il tarixində 2000 (iki min) manat

5. 05 iyul 2021 -ci il taixində 2000 (iki min) manat

6. 05 avqust 2021- ci il tarixində 2000( iki min) manat Yuxarıda göstərilən qrafik əsasında borclu pulu Cavabdeh verərək borcunun bir qismini ödəmişdir. Sonradan üzərinə düşən qəbul etdiyi borc məbləğini ödəməkdən yayınır. Hər dəfə pulun gecikməsindən söhbət açılanda tezliklə ödənilməsinə söz verir, ancaq ödəniş etməkdən yayınırdı. Cavabdeh tərəfindən törətdiyi yalan ifadələri ilə, pullarını mənimsəyir və yalan ifadələri ilə onu aldatdığı hadisə nəticəsində əsəb xəstəliyindən müalicə olunur. Ona görə də, cavabdehin bilə-bilə qanunsuz hərəkətləri nəticəsində pozulmuş hüquqlarının müdafiə edilməsi üçün məcbur qalıb məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o X3 öz evini sataraq borca pul vermişdir, daha sonra S.İbrahimov ona olan borcunun bir qismini ödədikdən sonra ödəməkdən imtina etmişdir. Bu səbəbdən də o, məcbur qalıb Nizami rayon Məhkəməsinə cavabdeh Sahil İsmayılova qarşı pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir, məhkəmə onun xeyrinə qərar qəbul etmiş və iş icraya yönəldilmişdir. İcra mərhələsində Sahil İsmayılovun qohumu Cavabdeh onunla öhdəçilik müqaviləsi bağlayaraq Sahilin ona olan borcunu Rəsmiyyədən tələb etməsini xahiş etmişdir, oda onla razılaşmışdır. Rəsmiyyə Sahilin ona olan burcunu bir müddət ödəmişdir, lakin sonradan Sahil ölməsi səbəbindən Sahilin ona olan borcunu Rəsmiyyə xanım qaytarmamışdır. Hal-hazırda Rəsmiyyə xanımın ona 41938 ABŞ dolları məbləğində borcu qalmışdır. Həmin pul məbləğini o Rəsmiyyə xanımdan tələb edir. Öhdəçilik müqaviləsinda qeyd edilən girov predmentinə dair hər hansı bir tələb yoxdur. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 25 yanvar 2021-ci il tarixli öhdəçilik müqaviləsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh (şəxsiyyət vəsiqəsi seriya AZE № ********, 24.05.2015-ci il tarixdə ASAN 4 tərəfindən verilmişdir) və Azərbaycan Respublikasının vətəndaşı İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE № 0*******, 03.12.2011-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmişdir) aşağıdakı məzmunda razılığa gəlmişlər. Cavabdeh yaxın qohumu X2 məhkəmə qətnaməsi ilə təsdiqini tapmış İddiaçı olan 53 800 (əlli üç min səkkiz yüz) ABŞ dolları məbləğində borcunu aşağıdakı şərtlərlə ödəməyi öz öhdəsinə götürür, ilkin olaraq ən geci 05.03.2021-ci il tarixinədək 6 000 (altı min) ABŞ dolları məbləğində vəsait İddiaçı ödənilir, sonradan hər növbəti ayın 5-dən gec olmayaraq 2 000 (İki min) manat məbləğində vəsait İddiaçı ödənilir və ödəniş gününə olan kursa əsasən ümumi borcdan çıxılır, ödənişə başlanıldığı tarixdən 6 (altı) aydan sonra yenə 6 000 (altı min) ABŞ dolları məbləğində vəsait İddiaçı ödənilir, ödənişin bu qaydada aparılmasına İddiaçı öz razılığını bildirir və öhdəçilik şərtləri yerinə yetirildiyi müddətdə X5 barədə məhkəmə icraçılarına şikayət etmir, Cavabdeh yaxın qohumu X2 borcuna görə eyni zamanda aşağıdakı əmlakı ilə də məsuliyyət daşıyır, 21.01.2016-ci il tarixli RX seriyalı, № ******* Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2218 M saylı bağ sahəsi - 0.04 ha, Cavabdeh borcu vaxtında ödəmədikdə və ya ödəməkdən imtina etdikdə İddiaçı müvafiq qaydada Cavabdeh barədə məhkəmə instansiyalarında iddia qaldıra və Cavabdeh məxsus olan torpaq sahəsinə həbs qoydura bilər, tərəflər arasında imzalanmış öhdəçilik müqaviləsi 2 (iki) nüsxədən ibarət olmaqla tərtib edilmiş və hər ikisi imzalayaraq təsdiq etmişlər. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1900/2019 nömrəli, 11.06.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh X1 İddiaçı xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 53800 (əlli üç min səkkiz yüz) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul tutulması qərara alınmışdır. - Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Şöbəsinin 07.08.2019-cu il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1900/2019 nömrəli, 11.06.2019-cu il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2218 M saylı bağ sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Məhkəmə ilk növbədə onu qeyd edir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iddia tələbinin 41938 (qırx bir min doqquz yüz otuz səkkiz) ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı məhkəmə iclasında cavabdeh ilə arasında öhdəçilik müqaviləsi əsasında öhdəlik münasibətləri yarandığını qeyd etsə də, məhkəmə iddiaçının diqqətinə çatdırır ki, 25.01.2021-ci il taixində tərəflər arasında bağlanmış tərəflərin adlandırdıqları “öhdəçilik müqaviləsi”-nin növü qanunvericilik ilə nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir öhdəlik münasibətləri yaranmadığından iddia tələbi bu hissəsədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin ilkin hissəsinə yəni cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə mücərrət xarakterli olduğundan təmin edilə bilməz. Məhkəmə iddia tələbinin 1 800 (bir min səkkiz yüz) manat maddi və mənəvi zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hansı formada maddi və mənəvi zərər dəyməsini sübut edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsasız olduğundan təmin edilə bilməz. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Qeyd edilən prosessual hüquq normalarının tələblərinin nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar