Məhkəmə qərarları › İş №2(008)-7354/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-7354/2022

30.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-7354/2022 30.12.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Sabunçu rayon qeydiyyat şöbəsinin maraqlı şəxslər qismində göstərildiyi ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Sabunçu rayon qeydiyyat şöbəsinin maraqlı şəxslər qismində göstərildiyi ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq ərizə və əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslərin nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-in 170.1-ci, 263-264-cü və 267ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Sabunçu rayon qeydiyyat şöbəsinin maraqlı şəxslər qismində göstərildiyi ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar